9.03.2020

APREL DÖYÜŞLƏRİNDƏ ŞƏHİD DİLSUZ QARAYEV


      Solan arzular, qısa həyat yolu, tarix yazan, tarixə dönən şəhidlər...

   Təqvimdən vərəqlənən günlər  tarixə çevrilsə də,hamısı yadda qalan olmur. Günlər var həmin gün unudulur,günlər var əsrlər keçsə də unudulmaz.Belə günləri  unudulmaz edən qəhrəmanlar,unudulmaz şəhidlərdir. Şəhidlər hər zaman minnətdarlıq duyğuları ilə yada salınır və dərin etiram beslənilir.
Hər kəs dünyaya gələndə  ona bir ömür payı bəxş olunur. Məncə insanın ömür payına,bəxş edilən həyatına ən gözəl şəkildə “əlvida“ deməyin,əbədiyyət adlı aşılmaz dağın aşmağın adıdır “şəhid olmaq”. Candan keçən ən yüksək zirvəyə ucalan  daha bir aprel şəhidimiz 1990- cı ildə Ağcabədi rayonu Hindarx qəsəbəsində anadan olan  DİLSUZ MƏMMƏDAĞA OĞLU  QARAYEVDİR.

     Üç qardaşın kiçiyi olan  Dilsuz ana babasının himayəsində əsl vətənpərvər böyümüşdür. Ailənin ayrılıq səbəbi ilə iki qardaş atası ilə qalsa da, Dilsuzu ana babasıgildə  anası Cəvahir xanım  minbir əziyyətlə  atasız böyütmüşdü.
Ah-naləsi ürəkləri dağlayan Cəvahir ana indi   oğlunun ayaq basdığı torpaqdan, daşdan imdad istəyir.

      2009- cu ildə hərbi xidmətə başlayan  Dilsuz xidmət bitsə də ,gizir rütbəli kəşfiyyatçı kimi hərbi xidmətini davam etdirir. İştirak etdiyi  əməliyyatlarda igidlik gostərib, kəşfiyyatlarını ugurla yerinə yetirib.
     Aylar, illər qanadlanib fəsillər ötüşüb ömürdən gedir. 2013 –cü ildə Dilsuz abrı-həyası ilə seçilən Röya Xanimla ailə həyati qurur. 3 il xoşbəxt yaşasalarda nakam şəhidimin həyatda,sevinci göz yaşlarina çevrilən,gözü yollarda qalan, Royasına təsəlli ola biləcək bir nişanəsi qalmadı. Övlad sevinci yaşamadılar.
Sonuncu dəfə döyüşlərə qatılan 26 yaşlı kəşfiyyatçı Talışlar kəndində qəhrəmanlıqlar göstərərək erməni girovlarini ələ keçirir. 3 aprel 2016-ci il döyüş zamanı düşmən tərəfindən rekaşetlə vurulur. Ömrünün iyirmi altıncı baharında ömür bağçasının çiçəklənən çağında həyata vida edir, şəhidlik zirvəsinə ucalır.

     Gizir rütbəli kəşfiyyatçı  ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medala layiq görülür.

    Deyirlər cəbhədən gələn, Üç rəngli bayrağa bükülən Şəhid tabutu açılmaz, ancaq pəhləvan, cüssəli igid, tabutuna sığmayan şəhidim üçün böyük tabut hazırlanır. Dilsuz Qarayev əvvəlki  döyüşlərdə 20 şəhid verən Ağcabədi rayonunun on min əhalisi olan doğulduğu Hindarx  qəsəbəsində torpağa tapşırıldı. O aprel gecəsi  canlarını torpağa fəda edən,şəhidlik zirvəsinə yüksələn,bir ailədən, bir ocaqdan qopan oğullar təkcə bir ailənin, bir ocağın deyil, bir yurdun bütün AZƏRBAYCANIN şəhid oğullarına döndülər. Bir elli, Ağcabədli balası kimi səninlə qürur duyuram, fəxr edirəm nakam şəhidim DİLSUZ QARAYEV!


    Müəllif; Aynurə İNCİ

                                          
                                
                                
                                 



1 Rəy:

  1. Allah rəhmət etsin bütün şəhidlərimizə onların adı yaddaşlarda qalacaq

    YanıtlaSil