VİG - TV LAYİHƏMİZ HAQQINDA


VIG-TV - Vətənin İstedadlı Gəncləri İctimai Birliyinin təşkilatçılığı ilə 2020-ci ildə fəaliyyətə başlayan vətənpərvərlik uğrunda ictimai birliyin veb-saytıdır.


VIG-TV “Mənəviyyatı qoru, vətənini sev, mahiyyətin eşq, vətənə məhəbbət olsun, öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə hazır ol. Vətənin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalan, çünki bu qürur, uğur və baş ucalığıdır. Milli və mənəvi dəyərlərimizi əsl pətənpərvər kimi qoru.” şüarı ilə fəaliyyət göstərməkdədir.

VIG-TV saytında mütəmadi olaraq vətəninə, millətinə, bayrağına sədaqət bəsləyən şəxslər üçün spesifik seçilmiş mövzularda materiallar yerləşdirilir və əsasən maarifləndirici, məsləhətyönlü və ədəbi funksiya daşıyır. Materiallar həm sayt administrasiyası tərəfindən, həm də bloggerlərin özü tərəfindən yaradıla, redaktə edilib və yayımlana bilər. Yaxın zamanda saytda hər bir kəsin blog açması, öz şəxsi gündəliyini aparması, həyatda qarşılaşdığı maraqlı məqamları qeyd etməsi təmin olunacaqdır.

VIG-TV veb-saytında qeydiyyatdan keçən hər kəs səsvermə bölümünə daxil olaraq digər insana, mövzuya, şərhə mənfi və ya müsbət səs verir. Ədalət prinsipini qorumaq üçün verilən səslər istifadəçinin reytinqindən asılı olur: reputasiyası yüksək olan istifadəçinin verdiyi səs daha böyük təsir göstərir. Reytinqi aşağı olan istifadəçi isə məhdudiyyətlərlə qarşılaşır. Saytda ab-havanı məhz istifadəçilər yaradır, kimin yaxşı, kimin pis olduğunu seçir. Bir sözlə, saytı demokratik quruluşa malik onlayn cəmiyyət kimi xarakterizə etmək olar.

VIG-TV veb-saytının əsas TV rubrikası “MÜHAZİRƏLƏR” bölməsində yerləşdirilir. Mühazirələr həmçinin diskussiya yönümlü keçirilir. Səsvermə bölümündə izləyicilərin seçimi ilə istənilən mövzu üzərində hər ayda (imkan daxilində həftədə) 1 dəfə mühazirə keçiriləcək. Mühazirələrə keçirilən mövzu sahəsinin mütəxəssisləri dəvət ediləcək və həmən mütəxəssislər mühazirə sonrası diskussiyada iştirakedən gənclərin sorğularını cavablandıracaq. Keçirilən mühazirələrdən əldə edilən video, videolink, foto, mövzuya uyğun mətn və sual-cavablar saytın “MÜHAZİRƏLƏR” bölməsinə yerləşdiriləcəkdir. Qeyd edək ki mövzular vətənpərvərlik, ədəbiyyat, tarix, fəlsəfə, psixologiya - tibb, teologiya – din, astrologiya, iqtisadiyyat, hüquq, məişət və digər tendensiya üzərində qurulacaqdır. İzləyicilər istənilən mövzuya səs verməklə növbəti mühazirənin arzuolunan mövzu üzərində keçirilməsini həyata keçirə bilərlər. Bunun üçün səsvermə bölməsinə daxil olaraq istənilən mövzunu seçib və ya mövzunun adını bizə - v.istedadligencler@gmail.com ünvanımıza yazıb yollaya bilərlər. Sayt və v.istedadligencler@gmail.com ünvan əsas Vig-tv administrasiyası tərəfindən izlənilərək istəklər qeydə alınır.

VIG-TV blogo-sosial servisdir. Yəni, o həm internet forumu, həm də blogosferanı özündə birləşdirir. Öz fikirlərini bölüşmək, maraqlı bir məlumatı insanların nəzərinə çatdırmaq, digərlərinə daha yaxşı həyat qurması üçün kömək etmək, populyar müəllif olmaq, əsas rubrikamız olan “Mühazirələr”-də iştirak etmək istəyənlər sadəcə olaraq qeydiyyatdan keçməli və VIG-TV saytında xoşbəxt həyat üçün lazımlı mövzularda kontent yerləşdirməlidir. Siyasət və skandala meylli şou-biznes sahələrini çıxmaq şərtilə üzv olan gənclərimiz geniş mövzularda kontent yerləşdirə bilərlər. Kontentdə aşağıdakılar nəzərdə tutulur.

Əsasən vətənpərvərliyə aid mövzular olmaqla, mühazirə bölməsində sadaladığımız mövzulara uyğun:


·         Günlük müşahidələr, məqalələr
·         Ədəbi mövzular, poeziya-şeir, povest, klassika-qəzəl, dahilərdən kəlamlar, roman, hekayə, publisistik oçerklər, gənc yazarların fəaliyyəti, müsahibə, kitab mütaliəsi, bədii əsərlər və s.
·         Elmi, ictimai, aktual yeniliklər, gənc istedadların əl işləri
·         Elektron kitablar
·         Araşdırma, analizə əsaslanan reportaj, sorğu-sual
·         Film-maniya, ssenari, pyes, teatr əsərləri, sevilən aktyorlar
·         İstənilən növ elmi əsər, dissertasiya, diplom işi, səmərələşdirici təklif, kurs işi
·         Foto video, videolink və s. informasiya paylaşımı
·         Xanımlara özəl mövzular, kulinariya, sağlamlıq və digər
·         Xeyriyyə təklifləri, xeyirsevər gənclərimizin fəaliyyəti, uşaq sığınacaqlarındakı atılmış, kimsəsiz, fiziki-qüsurlu gənclərimizin yaradıcılığı, əl işləri, fəaliyyəti
·         məsləhət, tövsiyyə, istək və təkliflər
 
Yerləşdirilən kontentin Azərbaycan dilində olması vacibdir (xarici dil öyrənməyə aid və bəzi spesifik mövzular istisna olmaqla). Kontentdə Azərbaycan dilinin qəbul olunmuş normalara uyğun olaraq istifadə edilməsi tövsiyə olunur. Yazılarda translitdən istifadə etmək, milli əlifbaya məxsus hərfləri (ə,ş,ğ,ı,ö,ü,ç) düzgün yazılmalıdır.

·     ·   Yerləşdirilən kontentdə müəllif hüquqlarına riayət olunması mütləqdir.
·         Kontent xoşməramlı məqsədlərlə yerləşdirilməli, qəbul olunmuş ictimai və saytdaxili normalar çərçivəsindən kənara çıxmamalıdır.
·         Yerləşdirilən kontentdə Azərbaycan Respublikasının dövlət quruluşunu dəyişmək, onun milli rəmzlərinə, ümumilikdə Azərbaycan xalqına, böyük ictimai nüfuzu olan şəxslərə (Məhəmməd peyğəmbər, ölkə prezidenti və s.) qarşı fikirlər bildirmək, onları təhqir etmək qadağandır.
·         Yerləşdirilən kontentdə ədəb-ərkan qaydalarından kənara çıxılmamalıdır və fiziki qüsurları, dili, irqi, seksual oriyentasiyası, milli mənsubiyyətinə görə digər şəxsləri təhqir etmək olmaz.
·         Millətlər, dinlər, ictimai qruplar arası münasibətləri qızışdıran təbliğat aparmaq qadağandır. Mübahisəli faktlardan, tarixin qaranlıq məqamlarından, konflikt doğuran məsələlərdən yalnız tarixi həqiqətləri aşkara çıxartmaq, elmi araşdırma aparmaq, bəzi suallara cavab almaq, konstruktiv müzakirə aparmaq məqsədi ilə istifadə etmək olar.
·         Yerləşdirilən kontentdə dövlət və kommersiya sirlərinin açılmaması, müəyyən arzuolunmaz məqamların, o cümlədən intim hisslərin, şəxsi maliyyə göstəricilərinin və s. gizli saxlanması tövsiyə olunur.
·         Kontentdə ictimai nəzakət qaydalarını pozmaqdan, söyüş, ədəbsiz sözlər, vulqar ifadələr işlətməkdən çəkinmək məsləhət görülür.
 
Sayt istifadəçilərinə istədikləri bloglara abunə olmaq, RSS, axtarış kimi servislər təklif edilir. Biznes-tərəfdaşlıq üçün də sayt əlverişli imkanlar yaradır. Sayt administrasiyası isə istifadəçilərin istəklərinə diqqətlə yanaşması, liberal siyasəti, operativ reaksiyası ilə seçilir.

Saytın qaydaları ilə tanış olmaq məsləhət görülür. Saytın fəaliyyəti ilə bağlı suallara cavab FAQ bölümündə ətraflı verilib.