2.28.2026
Bakıdan Xocalıya 12 günlük piyada "vəfa yürüşü".
8.19.2024
"İnşirah" surəsi, 5-ci ayə. Öz'ünü meditasiya et!
Hər bir çətinliklə birlikdə mütləq bir asanlıq var. İnşirah, ayə 5.
Bu həyatın enişi də var, yoxuşu da. Çətinliyi də, əyləncəsi də var. Xoş günləri, sevincli anları. Həyatın hər anını necə dəyərləndirəcəyin səndən asılıdır.
Nemət var ki, bəladan gələr, nemət var ki asanlıqla əldə edərsən. Lakin, nemətin ən şirini onu çətinliklə əldə etdiyin olar. Buna görə də hər bir çətin anda şükr etməyi, Allaha həmd etməyi bilməlisən. Unutma ki, nemətin gecikməsinə şükr etmək (baxın, nemətin gec gəldiyi üçün Allaha şükr etmək) onu daha da tezləşdirər və bərəkətli edər.
Səbr ən şirin meyvədir. Hz. Əli.
Dünyadakı hər bir çətinliyə səbr etmək güc tələb edir. Başına gələn bəlaya belə şükr etməyi bacarmalısan.
Çünki, Allah sevdiyi ilə dərdli ikən danışar.
Mənə dua edin, Sizə cavab verim. Gafir, 60.
Odur ki, hər bir halda Allahı zikr etmək, Ona dua etmək lazım.
Bəla da Ondan, səla da. Yar da Onun, yara da. Şəmsi Təbrizi.
Bacarırsansa bəlanı sev, bəlaya şükr et. Başına nə gələrsə gəlsin, əsla ruhdan düşmə, əsla yenilmə. İtirdiyin hər şeyə şükr et. Mal-mülk də, övlad da, sağlıq da Onun deyilmi? Məgər sənin olanımı itirirsən? Az bir müddətdə sənə pay verilənə şad deyilsənmi? Məgər itirdiyinə üzülməyin, Onun mərhəməti deyilmi? O verməsəydi, bu qədər sevərmiydin əlində olanı? Nədən itirdiyində sanki daim olacaqmış kimi davranırsan? Bu dünyada hər şey keçici deyilmi? Sən, varlığı itirərkən göz yaşı tökürsənsə, nədən yoxluğa şükr etməyəsən ki?
Unutma...
Sevirsənsə, heçliyi sev, heçi sev. Heçdə olanı sev. Çünki, heçdə olan var olandır. Allah hər şeyi heçdən yaratdı. Sən hər şeydən ehtiyacsız ol ki, hər şeyin var olsun. Əgər, indi boşluqdasansa üzülmə.
Sıfıra düşmək yüksəlişdir.
Yerin ən dərinliyindəki otu belə cücərdən Rəbbimiz var. Şükürlər olsun.
...
Yıxılma...
Fitri təfəkkürün ilə ayaqda qal.
Bütün səbəbləri sıfırla.
Bütün vasitələrdən uzaq ol.
Xarabalığı taxta çevir.
Və ya taxtı xarabalıqda qur.
Hər halınla şükr etməyi bil, şükrün Özü ol. Şükrə doy. Şükürlə doy daim.
Ya Rəbb, Sənə sonsuz şükürlər olsun.
Zülmət qəlblərdən günəşə baxmağı öyrəndim.
Onun varlığındakı işığı içimə çəkdim.
Nurla doldu içim.
Artıq gözlərim bu dünyaya kor olsa da Onu görəcəm.
Onu görən gözə zəval yoxdur.
Daha ağrı çəkmək yox, canım yandı demərəm...
Ruhun yandığı yerdə cismin ağrısı hiss edilməz.
Buna görə ruhumu sağ, diri tutacaq qədər cəsuram.
Ruhu ölü kəslər özlərini diri zənn etməsin, çünki ruh sağlığı üçün yaşamaq yaşamaqdır. Ruhun öldüyü zaman sən də ölərsən. İlk öncə ruhunla yaşamağa çalış. Ruhunla yaşa ki, varlığını hiss edəsən. Varlığını, var olduğunu, Özünü sevəsən. Özünü kəşf edəsən. Özünü, Özü kəşf etsən, bil ki, vüslətin astanasında yar ilə baxışdığını hiss edəcəksən. Özünə, Özə yaxşı bax...
Salam, dua ilə...
8.10.2024
Ölkədə quduzlaşma müşahidə olunur?
Son üç gündə ən azı 5-6 nəfər məni şərləyib, üzümə durub tutdurmağa cəhd edib. Xoşbəxtlikdən heç biri baş tutmayıb (Qüdrət ALLAHA məxsusdur). Allah hamını qorusun, biz də onun içərisində.
Şərbaycanda tutan-tutana, şərləyən-şərləyənədir... Görünən odur ki, millətin əksər hissəsi quduzlaşıb, qalan azlığı gəmirib yeməyə çalışır.... Yadıma Ramiz Rövşənin "Canavar qoca" şeri düşdü. İndi artıq millətin çox hissəsi quduz canavara dönüb, qabaqlarına çıxanı gəmirməyə (şərləməyə, tutdurmağa) çalışırlar.
Qoy bu quduz itlər bilsinlər ki, quduranın ömrü qırx gün olur. Hiss edirəm ki, bu qədər şər-böhtan, yalandan üzə durub, insanların taleyini alt-üst etmək millətin başında çatlayacaq, həm də pis çatlayacaq!
Düzünü deyim ki, bu ilin iyun ayında bir yuxu gördüm. Rəbbim yuxuda mənə agah etdi ki, avqust ayında Azərbaycanda böyük təlatümlər, çalxalanmalar olacaq. Ağına-bozuna baxmadan, Allahın qanunlarını nəzərə almadan hamı bir-birini şərləyib tutdurmağa çalışacaq. İnsanlar abır-həya etmədən, utanıb-qızarmadan kütləvi şəkildə bir-birlərinin üzünə duracaqlar....
Nəhayət, Allah Özü işə qarışacaq və üzü payıza doğru ağır bir bəla göndərib, millətin quduzlaşmış hissəsini "sakitlaşdirəcək" (el dilində desək: millətin "tısı-pısı yatacaq")....
İyun ayında bu yuxunu görəndən sonra həm Feysbuk profilimdə, həm də YouTube kanallarına verdiyim müsahibələrdə avqust ayında ölkədə böyük çaxnaşmalar, təlatümlər olacağını, payıza doğru isə, suların durulacağını, həyatın sakit məcraya düşəcəyini vurğulamışdım.
Təəssüf ki, yuxum çin çıxmaqdadır və avqust girəndən insanların həyasızcasına üzə durmaları, şərləmələri tüğyan etməkdədir. Ölkədə sanki bir quduzlaşma müşahidə olunur... (Allah möminləri qorusun).
Həkim olaraq indiyədək məni bir çox ölkələrə (hətta saraylara) dəvət etsələr də, heç birini qəbul etməmişəm. Çünki, daha çox pul qazanmaq üçün ölkəmi tərk etmək mənim əqidəmə uyğun deyildir. Yəni, Allah burada mənim ruzimi verib, dolandırırsa, başqa ölkəyə getməyə Allahdan utanaram, həya edirəm. Müsahibələrimdə qeyd etmişəm ki, ölkəni ancaq həyatıma təhlükə olduqda tərk edə bilərəm.
Artıq həmin təhlükəni hiss edirəm. Vəziyyət belə davam edərsə həyatımı qorumaq üçün şərbaycanı tərk etmək məcburiyyətində qalacağam. Qabaqcadan deyirəm ki, getsəm də birdəfəlik getməyəcəm. Yuxarıda qeyd etdiim ki, quduranların ömrü qırx gündən artıq çəkmir.... Payızda qayıdıb gələcəm...
Avqust girəndən bir neçə dəfə yazılarımda Allahdan bu ölkəyə bəla gəlməsini arzulamışam. Bəzi dostlar məni qınadılar ki, niyə milləti qarğıyırsan?
Yadınızdadırsa, iki ay öncə, Qurban bayramı günü saytlarda yayımladığım məqalə və videomüsahibəmdə (həmin məqalə və müsahibələr şərh bölümündə.) 2002-ci ilin iyununda Azərbaycanda baş verəsi doqquz ballıq zəlzələnin İrana düşməsi, bir neçə yaşayış məntəqəsinin tamamilə yerə batması hadisəsindən bəhs etmişdim (hansı ki, həmin zəlzələnin Azərbaycanda olacağını mən qabaqcadan bəyan edib, "Hürriyyət" qəzetində dərc etdirmişdim). İki ay öncə sizə bir sirri də açdım ki, həmin bəlanın Azərbaycandan yan keçməsinə səbəb, zəlzələyə üç gün qalmış mənim gecələri yatmayıb, bu millətin bağışlanması üçün Allaha dua etməyim və səhərədək göz yaşı tökməyim oldu. Yalvarışlarımı nəzərə alıb, həmin vaxt Rəbbim bu millətə möhlət verdi (həmin gecə 9 bal zəlzələ qonşu dövlətin ərazisinə düşdü)...
Həmin vaxtdan 23 il keçib. Bu illərdə yüzlərlə məqalə, onlarla kitab dərc etdirib, xalqa təmənnasız paylamışam və bildirmişəm ki, Allahın verdiyi möhlətdən istifadə edib, islah olun, tövbə edib, yolunuza qayıdın... Bu möhlət sizə əbədi verilməyib, müvəqqətidir və yenidən (Nuh qövmünə, lut qövmünə, Saleh qövmünə...gəldiyi kimi) sizə ağır bəlalar gələcəkdir...
Bu 23 ildə xalqın çox hissəsi nəinki islah olundu, əksinə, haqqımda ölüm fətfası verildi; fətvanı icra etmək üçün dəfələrlə evimə hücumlar oldu, o vaxtdan bu yana minlərlə "insan" gördüm ki, məni şərləyib tutdurmaq üçün dəridən qabıqdan çıxdılar (lakin, nə öldürmək, nə də tutdurmaq planları baş tutdu. Bütün hallarda Rəbbim məni qorudu)...
Hazırda elə bir dönəmə gəlib çatmışıq ki, insanlar həyasızcasına üzümə deyirlər ki, səni mütləq şərləyib tutduracağıq. Siz inanmazsınız ki, bu quduzlaşmış məxluqlar mənim qapımı, pəncərəmi belə döyməkdən çəkinmirlər, şərləmək üçün evimə soxulmağa cəhd edirlər (sözlərimin doğruluğuna Allah şahiddir). Artıq o vəziyyətə çatmışam ki, klinikada tanımadığım xəstəni qəbul etməyə ehtiyyat edirəm (tanıdıqlarımı da tək qəbul etmirəm)... Hər səhər işə gedəndə şərlənmədən, tutulmadan evə qayıdacağıma inana bilmirəm. Çünki, ətrafda məni şərləməyə hazır olan minlərlə, on minlərlə "insan" var.
Məni milləti qarğımaqda qınayanlara sual edirəm: belə şəraitdə yaşasaydınız nə edərdiniz? Bəlkə alqış edərdiz ki, biraz da quduzlaşın, gəlin məni didib-parçalayın!? Üç gecə səhərədək yatmayıb göz yaşı tökəndə yaxşı idim, indi bəd dua edəndə pis oldum?
Elə bilirsiniz mən qarğımasam, yaxud, xoş dua etsəm bəla gəlməyəcək? Xeyr, gələcək! Çünki, məndən başqa da minlərlə günahsız şərlənənlər, zindanlarda çürüyənlər var. Onların analarının göz yaşlarının, balalarının ahı-naləsinin boşa gedəcəyinimi güman edirsiniz? Yanılırsınız! Artıq o ah nalələr ünvanına çatıb və Rəbbim Öz qərarını verib! Sadəcə mən bu qərarın icrasının tezləşməsi üçün dua edirəm. Çünki, qorxuram qərar icra olunana (payıza) qədər məni şərləyib həbsə atalar. Bu yaşımda, yayın istisində, kasıb vaxtımda havasız kamerada əzab çəkmək istəmirəm. Bu səbəbdən də qərar Sahibindən icranın tezləşdirməsini diləyirəm. Abrımız, həyamız getmədən bu qudurmuşların balasını tez göndərsin! Səbrimiz tükəndi artıq!
"Elə isə, onlardan ötrü (onların cəzalanmasına) tələsmə , çünki, Biz onların günlərini bir bir sayırıq". Quran, 19:84.
Söz ardı: payızda bu işlərin sonuna dair yazacağım yekun məqalə Quranın bu ayəsi ilə bitəcək:
"Dedi: 'Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim (sizsə mənə lağ etdiniz, əziyyət verdiniz). İndi sizə necə yas tutum?"
Quran, 7:93
Paşa Yaqub ,
Həkim, Elmi-lədun bilicisi
7.04.2023
"Tənzil və Təvil" Sadiq Alısoy
Tənzil və Təvil
Quranın zahiri mənalarına tənzil deyilir, lakin hər ayənin, hər bir hərfin və hətta hər nöqtənin bir sirri vardır. Bu sirrləri açmağa "təvil" deyilir və bu yol, çox doğru yoldur. Nasiri Xosrov Batinilərin bu fikirlərini: "Təvilsiz tənzili qəbul edən, sağ gözü olmayan kora bənzər, təvilsiz Quran duzlu su kimi acı, saman altında su kimi aldadıcıdır. Cənnət, Cəhənnəm, qiyamət, qəbir əzabı təvillə izah edilir. Təvillər dinin əsli və ruhudur." kimi qiymətləndirmişdir.
Təhqiqatımızın mövzusu olan “təvil” üzərində fikir bildirən sufilər kimi, mühəddis və müfəssirlər də etiraf edərək təvili Quranın batini həqiqəti olduğunu bildirmişlər. Məsələn, İbn Ərəbi, Təfsirul-Quranil-Kərim adlı işari təfsirinin müqəddiməsində buyurur: "Ayələrin zahiri onun təfsiridir, batini isə təvilidir. Həddi ağılların onun mənalarından yüksələrək çatabildiyi son nöqtədir. Mətla (həqiqətlərin müşahidə nöqtəsi) isə, ayənin mənasından yüksələrək Malikül-Əllamın müşahidəsinə çatmaqdır.” (Muhyiddin İbn Ərəbi, "Təfsirul-Quranil-Kərim" (Təhq: Mustafa Qalib), s. 4 (Beyrut 1981).)
İslam peyğəmbəri də həmin həqiqətlərin ünvanı kimi dəfələrlə Əli ibni Əbu Talibə işarət vermişdir. Hz. Əlinin bu vəzifəsi səbəbiylə Allah onu hər peyğəmbərə sirr olaraq bildirmiş və Hz. Məhəmmədlə açıq etmişdir. Hz. Əlinin bəzi xüsusiyyətlərini ortaya qoyan batinilər, onunla Hz. Məhəmməd arasındakı əlaqəni batini fikirləri dəstəkləyən mahiyyətdə ortaya qoyurlar. Bunu edərkən mərkəzə Hz. Əlini alırlar. İlk əvvəl ikisi arasındakı vəzifə fərqliliyini, "mən tənzil ilə mübarizə verdim, Əli də təvil ilə mübarizə verəcək" sözünü Hz. Peyğəmbərə isnad etməklə, daha sornra da Hz. Əlinin vəzifəsi olan təvili, tənzilin önünə keçirərlər. Çünki Hz. Əlini “sahibi şərh” olaraq xarakterizə edən batinilərə görə tənzilin həqiqəti təvildir. Nədir təvil?
“Аnd оlsun аçıq-аşkаr оlаn Kitаbа ki, Biz Qurаnı sizin bаşа düşmәyiniz üçün әrәbcә kitаb şәklinә sаldıq. Bizim yаnımızdаkı Ümmül-kitаbdа isә О, ucаmәqаmlı vә möhkәmdir”
Tәvil sözünün lеksik mәnаsı “dönmək, qаyıtmаq” dеmәkdir. Bu sözün lеksik mәnаsı və bu mәnаnı аydın şәkildә çаtdırаn yuxarıdakı ayənin mәzmunundan da mәlum оlur ki, Qurаnın ümumi insаnlаrın dәrkindәn yüksәk оlаn ucа bir mәqаmı və həqiqəti vаrdır. Hәmin hәqiqәt də “tәvil” аdlаnır. Qurаnın tәvili dеdikdә оnun аdi insаnlаrın dәrkindәn uzаq оlаn әsl hәqiqәti nәzәrdә tutulur vә insаnlаrın dәrk еtmәsi üçün Аllаh оnu bu cür söz fоrmаsınа sаlmışdır. Bu isә möhkәm vә yа mütәşаbih оlmаsındаn аsılı оlmаyаrаq Qurаnın bütün аyәlәrindә vаrdır. Аllаh Təаlа hәmin ülvi, gеrçәk hәqiqәtlәri bizim zеhnimizә yахınlаşdırmаq üçün оnlаrı söz fоrmаsınа sаlmışdır. Bu sözlәr, hаnsısа bir fikri izаh еtmәk üçün fərdin şüur sәviyyәsinә uyğun оlаrаq çәkilәn misаllаrа bәnzәyir.
Dеmәli Hikmәt, öyüd-nәsihәt, yахud hökm оlmаsındаn аsılı оlmаyаrаq Qurаnın bütün kәlаmlаrının istinаd еdildiyi gеrçәk оbyеktiv hәqiqәtә təvil dеyilir. Bu hәqiqәt möhkәm vә yа mütәşаbih оlmаsındаn аsılı оlmаyаrаq Qurаnın bütün аyәlәrindә mövcuddur. Yəni tәvil, yаlnız mütәşаbih аyәlәrә mәхsus dеyildir. Qurаnın hәm mütәşаbih, hәm dә möhkәm аyәlәrindә tәvil vаrdır. Еlәcә dә, аyәlәr vә surәlәr Qurаnın mücәrrәd аlәmdәki әsl hәqiqәtinin mаddi аlәmdәki tәzаhürüdür.
Bеlәliklә də Qurаnın tәvili dеdikdә оnun mücәrrәd аlәmdәki әsl hәqiqәti nәzәrdә tutulur vә Qurаnın Аllаh yаnındаkı bu әsl hәqiqәti ilә оnun sözlәri аrаsındаkı әlаqә ruh ilә cism аrаsındаkı әlаqәyә bәnzәyir. Qurаnın ülvi аlәmdәki әsl hәqiqәti söz vә yа ifadə kаtеqоriyаsındаn оlаn bir şеy dеyildir, әksinә о, rеаl vә оbyеktiv bir gеrçәklikdir. Bunа görә dә, аyәlәrin tәvili dеdikdә оnlаrın öz hәqiqi mаhiyyәtinә vә fоrmаsınа qаyıtmаsı nәzәrdә tutulmalıdır. Deməli Qurаnın tәvili оnun tәlimlәrinin әsl mәnbәyindәn ibаrәtdir. (Əllamə Seyid Məhəmmədhüseyn Təbatəbai, Çevirən: Nurəddin Əliyev) Təvil, axirət hallarının izahı, iman, günah və təkfir məsələlərinin şərhi kimi bir çox mövzuda istifadə edilən epistemik (məlumatın qaynağı ilə maraqlanan bölmə) metodun əsas elementlərindən biridir.
Məlum olduğu kimi batini yolun başqa yollara bənzəməyən, məxsusi ənənəsi və ərkanı vardır. “Qiyamət” mövzusunu müxtəlif formalarda ələ alan batinilər üçün ölmüş birinin qiyaməti artıq qopmuşdur.
Kamil insan “Qurani-Natiq”, (danışan Quran), kağız üzərində yazılmış Quran isə “Qurani-Samit”dir (səssiz Quran). “Danışan Quran”,mənəvi təkamül yolu keçmiş, beləliklə də “Kamil Öz” olaraq meydana çıxmış olan üstün bir varlığın adıdır. Lakin, “səssiz Quran” Peyğəmbərimizə gəldiyi formada heç bir dəyişikliyə məruz qalmamışdır və qiyamətə qədər də dəyişikliyə uğramayacaqdır. Deməli dəyişiklik qiyamətdən sonra baş verir. Və bu kitabın hökmü də qiyamətə qədər keçərlidir. Bəs hansı qiyamətdən söhbət gedir? Nədir qiyamət?
Bu söz, "qalxmaq-dirilmək, ölülərin yerlərindən qalxması, dirilməsi" mənasındadır. Burada qiyamət bir sonrakı ruhi mərhələlərə yüksəlməni göstərən batini bir düşüncəni və təlimi ifadə edir. Bu Qiyamət, insana əngəl olan dünya qeyd-şərtlərindən qurtularaq azad olduğu və əmr aləminə bağlanan “Ruhi Öz”, başqa bir ifadəylə İlahi Nəfəslə forma dəyişdirib ucaldığı zaman, ən ali dərəcəyə çatma mənasını verən bir təlimin adıdır. Bu isə həmin nəfsini, yəni özünü bilmək təlimidir.
Bu məktəbə görə “nəfəs” mövzusu çox önəmlidir. Vəhyin alt qatlarına girəbilmək üçün qəlbin xüsusi vəziyyətə ehtiyac olduğunu deyirlər. Batini təcrübənin insan şüurunda meydana gətirdiyi dəyişikliklər nəticəsində o insan varlığın ruhani ölçüləri ilə təmasa keçir və bu zaman qəlbdə bəzi fövqəladə hallar ortaya çıxır. Qəlbdə iki qapı var. Biri daxilə, yəni beş hüdudur ruhaniyə, digəri xaricə, beş hissə-ziddür ruhaniyə açılır. Bu dünyaya aid dad və ləzzətlər qəlbdən çıxarıldığı anda qəlbə doğru qeyb aləmi açılır və həqiqət görülməyə başlayar. Onların fikrincə, nəfəs gələn vaxt qəlb ülvi (ilahi) yox, sufli (dünyaya, maddəyə bağlı) hisslərlə dolu olarsa, gəldiyi kimi geri qayıdır. Onu qəbul etmək üçün qəlb hüzur halında olmalıdır, yəni ilahi nemət yalnız təmiz qəlblərdə təcəlli edər. Bu baxımdan, qəlblər qablara bənzər. Qab su ilə dolu olanda hava (nəfəs) girə bilmir. Nə qədər ki, qəlblər hüdudlar və ziddlərlə məşğuldur, gizli tövhid hasil olmaz. Belə ki, bu nəfəs ilahi nəfəslə bağlı bir məsələdir. Bu dünyada insan, kamilləşmək üçün eşq və idrak vasitəsiylə yüksəlməli, bunun üçün nəfsini nəfəsə çevirməlidir. Məhz həmin bu çevirilmə, təkamülün başlıca ünsürlərindən biri hesab olunur. "Nəfsini bilən Rəbbini bilər " hədisi və "nəfslərinizdə də bir çox ayələr vardır, məgər görmürsünüz?" (Zariyat-51/21) ayəsinin bətnindəki sirrlərlə yola çıxan batinilər, insanın əsas istiqamətinin “nəfs” olduğunu qəbul edərək bütün insani fəaliyyətlərin ondan qaynaqlandığını söyləyərlər. Onlara görə nəfs bədəni idarə etdiyi kimi, kainatı da idarə edir.
Quranda, “Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!” buyuruldu. Ayədəki “yəqin” sözünün “mövt”, yəni ölüm olduğunu, təfsir alimləri də bildirir. Deməli bu ayətdə ölüm gəlincəyə qədər ibadət edilməsi əmr edilir. Ölüm də bu dünya həyatının sonu deməkdir. Çünki Məhəmməd peyğəmbər: “Bir kimsə ölüncə, onun qiyaməti qopmuş olur” buyurdu. Axirət həyatında isə həqiqətlər meydana çıxacaqdır. Orada surətlər həqiqətlərdən ayrılacaqdır. Dünya həyatı başqadır, Axirət həyatı başqa.
Kainatın özü ilə birlikdə hər bir mümkün vücud təkamül yolunu keçməkdədir və bu təkamül yolunun aparıcı amillərindən biri də məhz “ölüm”dür. Belə ki, bəşər üçün təkamül naqis bir özdən, kamil özə qədər reallaşan bir prossesdir. Əgər bu prossesin son mərhələsinin “ölüm” deyilən mütləq hadisə ilə nöqtələndiyini qəbul ediriksə, onda ölüm elə həmin o kamilliyin özü deməkdir. Deməli kamil nəfs ölümü dadan nəfsdir. Təsəvvür edin, bu gün bir çoxlarının ölüm haqda informasiyaları nə qədər primitivdir. Bu söylədiyimiz, həqiqətin görünən tərəflərindən yalnız biridir. Ancaq, bu həqiqətin üstündə daha bir həqiqət də var ki, əslində təkamül naqis bir özdən yox, məhz kamil özdən, kamil surətə qədər reallaşan bir prossesdir. Bu anlayışda nəinki ölüm, heç varlığın qoxusu belə yoxdur. Meydana gələn bu tip səbəblərə görə batinilər, həqiqətləri haqqında suallar verildiyində bunların cavablarını, nəfsini pisliklərdən təmizləyib əxlaqını düzəltməyən kimsəyə vermirlər. Çünki, nəfsi arınmamış olan bu cavablardakı mənaları qavraması mümkün deyil. Bəs bu proqram necə reallaşır? Quran, bətnindəki bu gizli sirrləri açmaq üçün hansı qaydaların izlənməsini göstərir?
Müqəddəs Quranda, “Təmizlənməyənlər toxuna bilməz” (Vaqiə:75-79) deyilir. Ərəbcə “tahir”in ziddi olan “nəcis”in, yəni nəcasətin-pis, kirli olma halının bir başqa mənası ilə nə olduğunu görün həmin kitab necə tərif edir:
“Əlbəttə nəcis olanlar müşriklərdir.” (Allaha şərik qoşanlardır) (9/28)
Deməli, nəcis olma halını meydana gətirən “şirk” düşüncəsidir. (Təmizlənmək, yəni ikilikdən arınmaq-“Ari” olmaq) Bu iki ayə bir tamamlama ilə bunu ifadə edir ki, bu da; “Şirkdə olanlar, yəni Allahın Vəhdaniyyətini və Əhədiyyətini anlamayanlar, tam təmizlənmədən (kitabı) anlaya bilməzlər”. Və yaxud bir başqa mənası ilə anlaya bilmə qabiliyyətləri yalnız təmiz olabildikləri qədərindən asılıdır. Batini anlaya bilmək üçün əvvəl “tahir” olmaq, yəni təmizlənmək lazımdır. Deməli yeni ruha sahib olmaqla şüur dəyişdirmək-yeni şüur ölçülərinə keçmək lazımdır. İnsan bu proqram sayəsində, bədənin istək və arzularına cavab verməyən başqa bir həyata daxil olar. Gün-bəgün yaşadığı hadisələr içində maddədən uzaqlaşmağa, qeyd və şərtlərdən qurtulmağa başlar. Bu vəziyyət insanı öz həqiqətinə yönəlməsinə yol açar. Beləliklə də digər şüur ölçülərinə doğru bir yönəliş başlayar. Bu yönəliş, mistik məşqlərlə (zikir, oruc, gecə namazları, rabitə, meditasiya vs.) getdikcə daha da güc qazanır. Nəticədə insan elə bir nöqtəyə gəlir ki, bir anda klassik bir ifadə ilə desək, pərdə qalxar. Bu dəfə insan, şüuri olaraq daha bir üst ölçüdə özünü tapar. İnsan bir şüur sıçraması ilə daha üst ölçü və vücud mərtəbələrindəki qavrayış sisteminə keçər. Bu ölçülərdə onun bütün fikirləri-varlığa, həyata, mövcudata baxış bucağı dəyişər. Belə deyək, artıq həmin üst ölçülərdəki sistemə uyğun olaraq eşidər, düşünər, görməyə başlar. O, piramidanın təpə nöqtəsindən baxmağa başlar. Məhz bu şüur ölçüsünə keçənlərə, əskilər Vilayət Mərtəbəsi, demişlər. Bu yolçuluq təkliyə-vəhdaniyyətə gedən təkamül yolçuluğudur. Bu yolçuluq hər bir insanın istək və səyinə bağlıdır. Lakin burda da yol bitmir...Bəli, insanda azad iradə və seçim vardır.
Nasları yalnız kəşf və ilhama məzhər olan əhlullah təvil edə bilər. Qəlblərini masivadan (Haqdan başqa hər şey) təmizləyib eşq və idrak vasitəsiylə yüksəlmiş həqiqət aşiqləri ayələri Haq dərgahında əldə etdikləri dərəcələrinə görə təvil edərlər.
Batinilik bir mənalı olaraq yaradılış, adəm, şeytan, haqq-hesab günü, cənnət və cəhənnəm kimi bütün metafizik mövzuların və bu mövzularla əlaqədar ayələrin tamamilə simvolik olması düşüncəsini müdafiə etməkdədir. Simvollar isə heç vaxt hər şeyi bir anda ortaya qoymur. Bəs simvollar necə təhlil edilməlidir? Onları nəyinki məntiq qaydaları ilə hətta müxtəlif tədqiqatlar aparmaqla belə həll etmək olmur. Bu iki amil ilə yanaşı, dərin düşüncə sahibinin mütləq müəyyən bir ilhamla simvola yaxınlaşması aparılacaq tədqiqatın uğurunda vacib amillərdən ən birincisidir. Çünki, bu iş batini bir istedat, başqa bir ifadə ilə desək paklıq tələb edir.
Müəllif; Sadiq ALISOY
6.12.2023
Sabit Qasım - həmkarlarına həsr etdiyi qəzəl
****************Bəhri Həzəc*******************
MəfA'Ilün məfA'İlün məfA'İlün məfA'İlün
Bu qəzəli bütün şair və şairə dostlarıma həsr edirəm. Allah hamınıza yar olsun.
===================================
Hacı Tâlib, axund Âzər, Fənâi, Ârifi-əla,
Hacı Səyyar, Cəsur Nâri, Ruhulla Âmini-məna.
Əmîni, Zülfüqar, Fəhmi, Süleymanlı, bir âləmdir,
Fərâqi, Əhməd Abdullah, Səfâi bülbüli-şeyda.
Dəvâdır kəbleyi Fərman, Əlî, Nâmiq, sözü şəkkər,
Hacı Fərmân ilən Sadiq, şəfâdır Xalidi-dərya.
Məcid Əsri, Rəşad Şükri, Həsən Lütfi ilə, Əmri,
Agâ Mehdi, Nicat Nəsri, Dəyânət məstü bipərva.
Nəcîbə, Mahcamal, Lilpar, Nərîman Mâhirə Mâhi,
Vətənxan, həm anam Sevda, Gülârə Mûnisi-Leyla.
Zaur Rəxşan, Rəşad Novruz, Rauf Fâni, bədâhətli,
Səlim, Seyfulla Elsər həm, Səiddir bunlara həmta.
Ümid Râhib, Nəsir Elnur, Kamal həm, Rüstəmi-kâmil,
Əgər yetməzsə âşiqlər, Əfəndi, Sâbiti-rüsva.
Müəllif: Sabit Qasım / 09.06.2018












