Əziz xanımlar, bu gün sizə, çox sadə görünən,
lakin, bir az zamanınızı ala biləcək dadlı ev tortunu təqdim edirəm.
Tərifi oxuduqdan sonra aşağıdakı kiçik bir videomda məlzəmələri görüntülü izləyə bilərsiniz. İndi isə keçək şokoladlı tortumuzun hazırlanma qaydasına.
Tərifi oxuduqdan sonra aşağıdakı kiçik bir videomda məlzəmələri görüntülü izləyə bilərsiniz. İndi isə keçək şokoladlı tortumuzun hazırlanma qaydasına.
Resepti
Xəmiri üçün
250 q kərə yağı
3 yumurta
1,5 bardaq şəkər tozu
1 stekan qatig
5,6 st. un
2 paket şəkərli vanel
1 paket qabartma tozu
Kremi üçün
500 qr. Qaymaq, 200 qr. qatılaşdırılmış süd, 1
vanel.
Bu kremi kim istəsə zavarnoy (dəmlənmiş) kremlə
edə bilər.
Mən -şəxsən zavarnoy (dəmlənmiş) krem elədim, içinə
qatılaşdırılmış süd, yağ elavə etdim, qəşəng krem alındı.
Xəmiri hazır olandan sonra qoyun kenara, yarım
saat sonra kündələrə ayırın, yayın, (vam
xodda kəm qovuraraq) bişirin.
Aralarına da (zövqə görə) kim istəsə doğranmış fındıq,
ve ya qoz səpə bilərsiniz.
Ən sonda isə şakaladı sürtgəcdən
keçirərək üzərinə səpə bilərsiniz.
Mən şokoladı səpmədən öncə maraqlı olsun deyə üzərinə xaçvari qaşıq və çəngəl qoydum. Şokoladı zəpdikdən sonra isə qaşıq və çəngəli ehmalca götürərək, gördüyünüz kimi üzərində belə bir forma yaratdım.

Nuş olsun!
Hazırladı:
Firuzə
Bağıyeva.

0 Rəy:
Yorum Gönder