ŞƏKƏR PARƏ
Tərkibi:
3 yumurta, 1-nin ağını sarısından ayırmaq şərti
ilə. Sarısını üstünə vurmaq üçün.
200 q. kərə
yağı (marqarin də ola bilər)
1 st. Şəkər tozu (pudra da olar)
1 vanel, 1 kabartma tozu.
Yarım limon rəndələmək lazım.
1 st. mannı.
3 st. un.
Yarım çay qaşığı soda.
Şərbəti:
2 st. şəkər tozu
2 st. su
Yarım limon suyu.
Hazırlanma qaydası:
2 yumurta və 1 yumurta sarısı 1 stəkan şəkər
tozuyla mikserlə qarışdırılır. Yumuşadılmış 200 qr. yağ əlavə edilir. Sonra sırayla
1 stəkan mannı, 1 paket kabartma tozu. (əgər kabartma tozu yoxdusa quru maya ilə
əvəz edilir) yarım limonu sürtgəcdən keçirərək xəmirin içinə əlavə edilir, 1 paket vanel və 3 stəkan un əlavə edilib
ümumilikdə yaxşıca yoğrulur.
Şərbəti də 2 stəkan şəkər tozu, 2 stəkan su və yarım limon 15-20 dəqiqə qaynadılır.
30 ədəd fındıq, üstünü bəzəmək üçün.
Soba 170 dərəcədə olmalıdır. Üzü qızarandan
sonra hazır şərbətimizi də əlavə edib, soyumasını gözləyirik. Beləcə
şirniyyatımız şəkildə də gördüyünüz kimi hazırdır!
Nuş olsun!
Hazırladı; Xəyalə Bayramova.









0 Rəy:
Yorum Gönder