5.07.2020

Tahirə Bərraq - Şeirləri














                    Qarabaĝ

Bu dərdi çəkməyən dərd nədi bilməz,
Nə qəmə alışar, nə üzü gülməz.
Nədən ayrılığın heç sonu gəlməz?!
Bəlkə sən bilirsən, danış, Qarabaĝ.

Sevinc sən tərəfə niyə üz tutmur?!
Bir təbəssüm edib səni ovutmur,
Alışan qəlbini bir an soyutmur,
Min ümidlə dolu sözlər Qarabaĝ.

Bağlar köhnə yaran hər gün təzə köz
Dərtdən söz açmağa varmı bircə söz?!
Gəl, bu dərdə indi susa-susa döz
Dözmək nə çətinmiş, çətin Qarabaĝ.

Tər çiçək misalı çöhrən solsa da,
İntizar gözlərin yaşla dolsa da,
Hələki qismətin həsrət olsa da
Darıxma, həsrətdə bitər Qarabaĝ.


----------------- Qəzəl ------------------


Gözün aydın, könül, eşq adlı diyara səfərim var,
Sənin olsun bir ömürlük nə sevincim, kədərim var.

Sual etmə, necə yığmış dağı dağ üstünə qəlbim,
Bu nədir ki? Hələ bir laləyə dönmüş cigərim var.

Elə bil ağ gəmiyəm, sahili tərk etməyə məhkum,
Məgər indi mənə yoldaşlıq edən bir nəfərim var?

Başa vurdum qoca ömrü neçə sevda döyüşündə,
Nə səbəbdən nə uduzdum, nə də ki bir zəfərim var?

Neçə müddətdi ki, Bərraq, bbu yanar qəlbin odundan,
Gecə-gündüz od alıb paylayan odlar şəhərim var.


Müəllif; Tahirə Bərraq














0 Rəy:

Yorum Gönder