VİG-TV “SORĞUDA İŞTİRAK ET ”- DƏ QAYDALAR



VİG-TV “Sorğuda iştirak et”-də qaydalar

VİG-TV “Sorğuda iştirak et” qadın mətbəxi deyil. Qeybət, dedi-qodu, flud, offtop, fleym qəti qadağandır. Başqasının şəxsi fotoşəklini müzakirə etmək, onun xarici görkəmini təhqir etmək olmaz.

VİG-TV “Sorğuda iştirak et” məhlə cayıllarının söyüşdüyü, söhbət xırdaladığı yer deyil. Kiminsə reytinqə görə şikayəti, başqa bir istifadəçiyə qarşı iradı varsa, şəxsi ismarıc yazsın.

VİG-TV “Sorğuda iştirak et” acı bağırsaq deyil. Bir fikrin ucundan tutub ucuzluğa getmək, mənasız mübahisələr etmək olmaz. Açılmış mövzuya fikrini bildir, müzakirə apar, yeni nəsə öyrən və öyrət. Başqa istifadəçilərə maraqlı olmayan yersiz disputları başqa saytlarda edin.

VİG-TV “Sorğuda iştirak et” kopipastxana deyil. Bəzən kontenti zənginləşdirmək üçün və ya nadir informasiyanı yerləşdirmək üçün copy-paste etmək lazım gəlsə də, başqa saytlardan xəbərin surətini çıxarıb yeni mövzu kimi bu resursda yerləşdirməyə icazə verilmir. Bu kimi paylaşılan kontentlərdə müəllifi olan əsas mənbələr qeyd edilməlidir.

VİG-TV “Sorğuda iştirak et” düşük çat deyil. Gülmək yaxşı şeydir. Yumoru da qiymətləndiririk. Amma səfeh zarafatları, şit şeyləri yerləşdirmək lazım deyil.

VİG-TV “Sorğuda iştirak et” podium deyil. Hər kəs özünü yaxşı tərəfdən göstərməyə çalışmalıdır; amma özünü, avtomobilini, ailəsini, işlədiyi yeri reklam etmək üçün başqa yerdə blog açmaq məsləhətdir.

VİG-TV “Sorğuda iştirak et” klonlar üçün məkan deyil. Bir nik (nickname,istifadəçi adı) altında çıxış etmək lazımdır. Bir adamın 5 adda qeydiyyatdan keçməsi bizdən çox ona ziyandır. Həmin adamda şəxsiyyətin ikiləşməsi və s. psixoloji problemlər yarana bilər.

VİG-TV “Sorğuda iştirak et” Çinin "Abibas" fabriki deyil deyil. Saxtalıqdan, poddelkadan xoşumuz gəlmir. Odur ki, tanınmış bir adamın adı altında qeydiyyatdan keçmək, prestijli firma yaxud dövlət idarəsində işlədiyini iddia etmək, başqasının adından sui-istifadə etmək qadağandır. Olduğun kimi görün, göründüyün kimi ol!

VİG-TV “Sorğuda iştirak et” rüşvətxor gömrük məntəqəsi-zad deyil. Saytın hər bir qeydiyyatdan keçmiş üzvünə böyük hörmət göstərilir. Onların hər bir təklifinə sayqı ilə yanaşılır. Amma sayt administrasiyasına və ya başqa istifadəçiyə digər istifadəçinin reytinqini süni qaldırmaq, kimisə mükafatlandırmaq üçün müraciət etmək, filankəsə minus vermə, o yaxçı oğlandı yaxud biz yerliyik, bir-birimizə dəstək olaq kimi provokasiyalar etmək qadağandır. Hərəyə özünə görə qiymət verilir!

VİG-TV “Sorğuda iştirak et” -də silinmiş şərh pozulubsa, onu yenidən yazmağa ehtiyac yoxdur. Şərhin silinməyinin özü bir xəbərdarlıqdır. Arifə bir işarə bəsdir.

VİG-TV “Sorğuda iştirak et” səviyyəsiz məktəb saytı deyil. Burada translitlə yazmaq qadağandır. ə əvəzinə e, ü əvəzinə u, ğ əvəzinə g, ç əvəzinə ch, ş əvəzinə sh, ö əvəzinə o yazmaq olmaz. Alt+Shift basıb klaviatura düzümünü dəyişdirmək yaxud Azərbaycan dilində yazmaq üçün hərflərin yerini öyrənməyə çox da vaxt lazım deyil. Translitlə yazılanların reytinqi aşağı düşür. Dilimizə hörmət edək!

VİG-TV “Sorğuda iştirak et” adi Aznet forumu deyil. Bütün hərfləri qalın, kursivlə, BÖYÜK HƏRFLƏRLƏ, TuLlAnAn HəRfLəRlƏ yazmaq olmaz.

VİG-TV “Sorğuda iştirak et” bayram məclisi deyil. Kiminsə ad günü, toyu, nişanı, yası, qaynatasının xalası oğlunun baldızının eltisinin işə düzəlməyi münasibətilə reytinq vermək olmaz.

 
v Mikroblog
Dalbadal 4 mikropost (status) yazmaq olmaz. Mikrobloqgda dalbadal iki videolu yaxud fotolu mikrotopik paylaşmaq olmaz. Mikrobloqda sadəcə videonu yerləşdirmək (sözlərlə izah olmadan) olmaz. Maraqlı videonu paylaşmaq üçün videonun keçidini qoymaq mümkündür.

v Qalereya
Albomda 5-dən az şəkil paylaşmaq olmaz. Albomda üzərində başqa saytın vatermark (su nişanı, emblem, logo) işarəsi olan şəkilləri yerləşdirmək olmaz.

v Topiklər-(məqalələr)
Məqalənin adında :)), :), xD kimi emotikonlar, ???, !!!!!!, ..... kimi çox durğu işarələrindən istifadə etmək olmaz. Teqlərdə tərkibində 3-dən artıq söz olan birləşmələri yazmaq olmaz.

v Şəxsi-məktub
Mənasız tanışlıq məqsədilə (xüsusilə də xanım istifadəçilərə qarşı) şəxsi məktub yazmaq olmaz.

v Offtop nədir?
Ingilis dilində off topic sözündən götürülüb. Mövzuya uyğun olmayan söhbət anlamındadır. Qədim Roma imperiyasının tarixini müzakirə edərkən nisbilik nəzəriyyəsi haqqında danışmaq offtopa misaldır.

v Flud nədir?
İngilis dilində flood sözündən götürülüb mənası daşqın, sel deməkdir. Forumda eynitipli mənasız informasiyanın dəfələrlə təkrarı flud adlanır. Yerli-yersiz, addımbaşı mən səmimi qızam, insan gərək səmimi olsun,səmimi olmaq lazımdır kimi eynitipli şeyləri yazmaq olmaz.

v Fleym nədir?
İngilis dilində flame sözündən götürülüb tərcüməsi od, alov deməkdir. Mənası söz qırğınıdır. Əsəb xəstəlikləri mövzusunda bir istifadəçinin digərinin pişiyinə dəvə deməsi nəticəsində başlanan dava zamanı iki yuzer bir-birilə qırğına çıxırsa,qarşılıqlı olaraq söz atəşinə tutursa,bu fleym sayılır.

v Ban nədir?
Ingilis dilində ban sözü qadağan deməkdir. İstifadəçini müəyyən hüquqlardan məhrum etmək, çox vaxt isə internet-resursdan istifadə etməyi qadağan etməyə ban deyilir.
Dünyada ən böyük cəzalardan biri VİG-TV saytında ban olunmaqdır. Xeops piramidasını təkbaşına tikmək ban olunmaqdan daha üstün sayılır. Ban olunmuş istifadəçi saytda hər-hansı yazı yazmaqdan məhrum olunur,onun hesabı bağlanır,məktub göndərmək imkanı olmur. Gərək istifadəçi elə böyük nifrət sahibi olsun yaxud sayta qarşı elə bir pis hərəkət etsin ki,onu belə ağır cəzaya layiq bilsinlər. Ban olunmuş istifadəçinin yaratdığı kontenti redaktə etmək imkanı olmur.Buna görə də sayt qaydaları ilə yaxşı-yaxşı tanış olmağı məsləhət görülür.

v Çat stilində yazmaq nə deməkdir?
+1, Razıyam, Ura!, Super!!!, Twk, Twkkurler!, Sən yeksən! kimi qısa, məna yükü olmayan ifadələrdən saytda qaçılması tələb olunur.

v Niyə mövzum silinir?
Bir mövzunu bir yerdə açmaq lazımdır. İtinizin yeni doğulmuş küçüyünün rənginin qara olduğunu bir yerdə yazmaq kifayətdir. Təkrarən eyni mövzunu açmağa ehtiyac yoxdur.

v Overkvot nədir?
Оverquotation ingilis sözüdür, mənası çox sitat deməkdir. Bir şərh daxilində 2-3 kommentdən artıq sitat gətirmək olmaz.

v Capslock nədir?
BAX BELƏ YAZMAĞA CAPSLOCK DEYİRLƏR. Şərhlərdə lazım olmayan yerdə CAPSLOCK işlədənlər nəzarətə götürüləcək. CAPSLOCK yaxud yuxarı registrdən istifadə yalnız istisna hallarda oluna bilər.

v Spam və ya qeyri-müvafiq məzmuna necə etiraz edə bilərəm?
Spam, pornoqrafiya, ədalətsiz davranış haqda bizimlə əlaqə bölümünə müraciət etməniz xahiş olunur. Tezliklə lazımi ölçü götürəcək.

v Dini dözümsüzlük nə deməkdir?
Dini liderləri, fəlsəfi cərəyanları yaradanları, böyük dini avtoritetə malik olan şəxsləri təhqir etmək
Müqəddəs kitabları, dini ehkamları gözdən salmaq, onları səfeh, mənasız saymaq
Bir dini cərəyanın nümayəndələri digərinə qarşı provokasiyaya sövq etmək
Təfsirləri,xarici dini ədəbiyyatı səhv yozmaq

v Düzgün yazı qaydaları ilə harada tanış olum? Siolkovski yazmalıyam yoxsa Tsialkovski?
Azərbaycan dilinin orfoqrafik qaydalarını oxuyun.