İSTİFADƏÇİ HÜQUQLARI




İSTİFADƏÇİ RAZILAŞMASI










x




VİG-TV saytı (https://vig-tv.blogspot.com) hələ domenlə yerləşməsə də, öz daxili qayda-qanunları ilə fəaliyyət göstərən veb-resursdur. Burada qeydiyyatdan keçən şəxs təsdiq edir və razılaşır ki, saytda qeydiyyatdan keçməklə bu İstifadəçi Razılaşmasının şərtləri çərçivəsində fəaliyyət göstərəcək.

1.Razılaşan tərəflər

·      ·    VİG-TV veb-resursunun administrasiyası (bundan sonra administrasiya)
·      ·    qeydiyyatdan keçmiş fiziki və hüquqi şəxslər (bundan sonra istifadəçi)

2. Razılaşmanın müddəaları

·     ·   Administrasiya istifadəçilərə aşağıdakılardan istifadə imkanını yaradır:
·     ·   Administrasiya tərəfindən nəzərdə tutulmuş mətn, qrafiki, video, audio informasiyanın yerləşdirilməsi
·     ·   Administrasiyasın və istifadəçilərin öz aralarında əlaqə yaratması, müzakirə aparması


3. İstifadəçinin hüquqları

·     ·   Saytda axtarış aparmaq, qanun və sayt daxilindəki qaydalar çərçivəsində informasiyanı əldə etmək, yaratmaq,onu yaymaq
·     ·  Yerləşdirdiyi informasiyaya digər şəxslərin yetişimini məhdudlaşdırmaq və qadağan etmək
·       ·   Digər şəxslərin reytinqinə qaydalar çərçivəsində müdaxilə etmək, öz subyektiv fikrini bildirmək
·     ·  Sayt administrasiyasına müraciət etmək, onu maraqlandıracaq məsələ ilə bağlı sayt administrasiyasından dəstək almaq təklifi ilə çıxış etmək
·          Digər istifadəçilər ilə əlaqə qurmaq, şəxsi münasibət yaratmaq


4. Administrasiyanın hüquqları

·     ·  İstifadəçi tərəfindən yaradılmış kontent və istifadəçi hesabını dəyişdirmək və ləğv etmək
·        ·     İstifadəçi hesabını dondurmaq, istifadəçinin reytinqinə müdaxilə etmək, istifadəçi tərəfindən yaradılmış kontentə yetişimi məhdudlaşdırmaq
·     ·    İstifadəçi tərəfindən yaradılmış kontentdən axtarış optimizasiyası, reklam və marketinq alətləri üçün istifadə etmək
·     ·    Sayt istifadəçilərinin öz aralarında və üçüncü kənar şəxslə münasibətlərini nizamlamaq üçün arbitraj funksiyasını yerinə yetirmək
·          Sayt istifadəçilərinə elanlar, bildirişlər göndərmək

5. Sayt fəaliyyəti

·      ·    Saytda həm istifadəçilər, həm də administrasiya tərəfindən postmoderasiya həyata keçirilir.
·       ·     Saytda yerləşdirilən kontentin məzmununa, ondakı səhvə və sayt istifadəçilərinin öz aralarında paylaşdığı informasiyaya görə administrasiya məsuliyyət daşımır. Bu informasiyanın istifadəsi nəticəsində baş verən zərərə görə administrasiya cavabdeh deyil.
·     ·     İstifadəçinin saytdaxili fəaliyyəti administrasiyanın nəzərdə tutduğu qaydalar, mövcud qanunvericilik və beynəlxalq internet-etiket kodeksinə uyğun həyata keçirilir.
·     ·    Razılaşmanın istənilən zaman dəyişdirilməsi hüququnu administrasiya özündə saxlayır. İstifadəçi Razılaşması https://vig-tv.blogspot.com/page/agreement ünvanında yerləşir.