9.09.2020

Yaşıl İncəsənətdə bu gün - Mədinə FƏRAC


Bu gün VİG TV heyəti olaraq gənclərimizin özünəxas istedadları ilə maraqlanarkən, yaşıl incəsənətə - rəssamlığa həvəsi olan gənc bir xanımı tanıdıq.  Biz onun bir-birindən fərqli, gözoxşayan əsərləri ilə tanış olduqdan sonra haqqında yayım etmək qərarına gəldik.

Mədinə Fərac - 29  sentyabr 1997-ci il  tarixində Lənkəran şəhərində dünyaya göz açıb. Doğulduğu şəhərin  8 nömrəli  tam orta məktəbində  təhsil  alıb. Həmin məktəbi bitirdikdən sonra tibb, kompüter işi, gitar musiqi kimi bir çox sahələrdən dərslər alır. Lakin kiçik yaşlarından incəsənətə, rəsmə olan  hədsiz marağı yenidən bu  gənc qızı rəsm arxasınca yürüməyə vadar edir . Qəlbi  bu yaşıl incəsənətlə döyünən gənc  rəssam bu sahəyə olan maraq və hisslərini belə dilə gətirir.

Mədinə Fərac: - Mən kiçik yaşlarımdan həmişə  nəyisə yaratmaq haqqında düşünürdüm. Rəsamlıq mənim ən rahatlıq tapdığım sahədir. Əlimdə qələm, fırça ilə nəyisə yaradarkən bütün varlığımla özümü o işə qoymağa çalışıram .

Belə ki  2019 -cu ildə imtahan verərək nəhayət ki arzuladığı sahədə təhsil almağa müvəffəq olur. Mədinə  hazırda Lənkəran Dövlət Univetstetində  Rəsm müəllimliyi üzrə ikinci kursda təhsil alır. Əlavə olaraq kibrit suvinirləri, mum füqurları kimi digər yaradıcılıqlarını da özündə kəşf etmişdir. Gəncimizə uğurlar diləyib rəsm əsərlərindən bir neçəsini sizlərə təqdim edirik.

























Hazırladı; Xavər Səfiyeva.

0 Rəy:

Yorum Gönder