9.03.2020

Vüsal Qərib - şeirləri





















Dilim də tutulub danışa bilmir,
Qəlbim də ağlayır, göz yaşın silmir,
Ürək  küsüb məndən danışıb, dinmir,
Sənsiz sevincim də, kədərə dönüb,
Neyləyim, dərdimi, ürəkdə bilmir...

Günəş də çıxmayıb, dərdə qərq olub,
Bağdakı güllər də saralıb, solub,
Sensiz bu dünyada zülmətə dönüb
Neyləyim, dərdimi dünyada bilmir.

Gözlərim tutulub, kədərlə dolub.
Qəlbim yana-yana axır qan olub,
Ruhum da dözməyib, tamam yox olub,
Sənsiz hayatım da cavankən sönüb,
Neyləyim, dərdimi, ruhumda bilmir...

***
Darıxmışam.
Necə də xoş idi ötən o günlər,
Mənimçün yaz idi bütün fəsillər,
Yadıma düşdükcə o sənli illər,
O günlərim üçün, çox darıxmışam,
Sevgilim, səninçün çox darıxmışam..

Sən elə bilmə ki, xatırlamıram,
Bu yanan eşq üçün mən də yanmıram,
Yanaraq, təzədən alovlanmıram,
Sevgilim, səninçün, çox darıxmışam..

Məni sən sevsən də, sonda atsan da,
Var-dövlət yolunda, məni satsan da,
Sevincli ömrümə kədər qatsan da,
Qəlbimə vursan da ox, darıxmışam,
Sevgilim, səninçün çox darıxmışam...



Müəllif; Vüsal QƏRİB



0 Rəy:

Yorum Gönder