5.01.2020

Vüsalə Qənbərovadan Portağallı qurabiye resepti - hazırlanma qaydası



















Portağallı qurabiye

Tərkibi:
1 ədəd portağal qabığı rəndədən keçirilir və yarım stəkan portağal suyu sıxılır
2 yumurta sarısının biri üzəri üçün ayrılır.
1stəkan şəkər tozu
1/2st. qatıq və ya xama hansı olsa
50 qr kərə yağı yumşalmış
1/2st duru yag
1 paket qabartma tozu
1 paket vanil
Un aparana qədər
Üyüdülmüş qoz

Hazırlanması:
Sadalananları bir qabda qarışdırıb yumşaq xəmir yoğurun. Xəmiri mandarin böyüklüyündə peçenye forması verib üzərinə yumurta sarısı çəkilir və küncüt səpilir, əvvəlcədən qızdırılmış 180 dərəcəlik sobada çəhrayılaşana qədər bişirin.

PS: qoz olmasa da olar, və ya basqa çerez (fındıq, badam) evdə hansı varsa onu da üyüdüb qata bilərsiz.
Portağal qabığını rəndələyəndə ağ hissəni etmiyin, çünki acılıq verir.

Hazırladı; Vüsalə Qənbərova

Ətraflı; fotolarda















0 Rəy:

Yorum Gönder