Post nədir?
Saytda hər yazılan məqalə, nəşr olunmuş yazı post adlanır. Bəzən buna topik
də deyirlər. Əgər postda fotoşəkillərdən istifadə olunursa, əsas hissəni qrafik
informasiya tutursa, buna fotopost
deyilir.
x
Saytdan mənim kompüterimə virus düşə bilərmi?
VİG-TV
administrasiyasının yerləşdirdiyi bütün informasiyalarda virus və ya digər
ziyanverici proqram təminatı yoxdur. Ola bilər ki, digər şəxsin yerləşdirdiyi
bərkitmədə (attachment, прикрепление) virus olsun. Lakin bu çox az ehtimalla baş verə
bilər. Belə bir şeyin ola biləcəyini güman edib narahat olmaqdansa, yaxşı olar
ki, porno-saytlara girməyin, elektron poçtunuza gələn naməlum məktubları
açmayın və fleş-kartların içinə internet-klublarda hər cür lazımsız
informasiyanı doldurmayın.
Emotikon nə olan şeydir?
Emotikonlar, daha dar mənada
smayliklər, insanın hisslərini, emosiyalarını göstərmək üçün simvollar
dəstidir. Məsələn, :-) təbəssüm, L isə narahatçılıq ifadə edir.
Öz adımı (loginimi) dəyişdirə bilərəmmi?
Yox, bu mümkün deyil. Odur ki,
qeydiyyatdan keçməzdən və ad seçməzdən əvvəl yaxşıca götür-qoy etmək lazımdır.
Atalar boş yerə İgid ölər, adı qalar
məsəlini deməyib. Yadda saxlamaq lazımdır ki, login kimi Azərbaycan hərflərindən
istifadə etmək olar.
Mən qeydiyyatdan keçmişəm. Amma sayta daxil ola bilmirəm. Server səhv
yarandığını göstərir.
Çox güman ki, siz g-maili
aktivləşdirməmisiniz. Qeydiyyatdan keçəndən sonra sizin e-mailə sayt adından məktub
gəlir. Gərək həmin keçidə daxil olub hesabınızı aktivləşdirəsiniz. Əgər sizin
poçta elə məktub gəlməyibsə, lakin siz saytdan qeydiyyatdan keçməyi mütləq
istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
Mamoçka, mən neyniyim??? Sayt çox xoşuma gəlib,vsyo super,stilno i so
vkusom. Vig-tv.blogspot.com/registration basdım. Amma e-mailə heç nə
gəlmib.Koshmar!!!
Emosiyalarınızı saxlayın. v.istedadligencler@gmail.com ünvanına probleminiz barədə məktub göndərin yaxud əlaqə saxlayın, hər şey düzələcək. Ola bilər ki,e-mail sizə çatmıb
yaxud spam qovluğuna düşüb. Не беспокойтесь,все будет лучше!
Başqa yerdə sizin sayta daxil olmaq olur, lakin iş yerində sayta daxil
olmaqda çətinliklər var.
Ola bilsin ki, iş yerində
administrator bu sayta daxil olmanı əngəlləyib. Yaxşı olar ki, administrator və
ya informasiya texnikasına cavabdeh olan şəxsə yaxınlaşıb probleminizi
bildirin. Bizə bu barədə xəbər verməyi unutmayın.
Sayt gec açılır. Mən nə edim?
• Birincisi, VİG-TV gec açılmır. Çünki başqa müasir saytlarla müqayisədə
onun həcmi heç də çox deyil.
• İkincisi, mobil telefon və
aşağı sürətli internet xətti olanlar saytın mobil versiyasına daxil ola
bilərlər. Xüsusi olaraq onlar üçün mobil versiya hazırlanıb.
• Üçüncüsü, əgər siz dial-up (yəni
internet-kart alıb 56 Kbit/saniyə sürətlə) xətti ilə qoşulursunuzsa, sizə ADSL
yaxud digər yüksəksürətli zolağa qoşulmağınızı məsləhət görürük.
• Dördüncüsü, ola bilsin
ki,sizin kompüterinizin aparat və proqram təminatında problemlər var. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.
Saytı necə tez-tez yeniləyə bilərəm?
Brauzerinizdə refresh (обновление
страницы) düyməsini basa bilərsiniz. Daha bir metod isə klaviaturada F5
düyməsini basmaqdır. Lakin çox vaxt buna gərək olmur. Canlı efir rubrikasında
Şərhlər və Nəşrlər keçidlərindən istifadə etmək daha əlverişlidir.
G-mailimə saytdan bildirişlər gəlir. Onları necə tənzimləyə bilərəm? Bildirişlərdə hansısa hallarda g-mailinizə bildiriş gəlməsi
mexanizmi yaradılıb.
Kiməsə şəxsi mesaj yazmaq üçün nə edim?
VİG-TV blogger
çat-yazışma xidməti göstərmir.
Frend-lent nədir?
*-------------------------------------------------------------------------------------------------------
Fərdi və kollektiv bloq nədir?
Qeydiyyatdan keçmiş hər bir
istifadəçinin fərdi bloqda yazı əlavə etmək hüququ var. Məsələn, Aynur
Əliyevanın fərdi bloqu. Fərdi bloqlarda əsasən istifadəçinin rastlaşdığı
maraqlı məqamlar, bildirmək istədiyi fikirlər və s. var. İstifadəçi fərdi
bloquna qalaktikadakı ulduzların fiziki xassələrindən tutmuş dünya maliyyə
krizisinə qədər hər bir mövzuda yaza bilər. Lakin daha yaxşı variant budur ki,
müəyyən mövzulara aid postları kollektiv bloqlarda yerləşdirilsin. Məsələn
ulduzlar haqqında postlar astronomiya, maliyyə böhranı ilə bağlı yazılar isə
dünya iqtisadiyyatı bloqlarında yerləşdirilsin. Kollektiv bloqun isə fərqi ondadır
ki, o bir temaya, mövzuya aid olur. Məsələn, ədəbiyyat bloqu, mühazirə bloqu.
Bloqlar arasında yaxşı
naviqasiya üçün kateqoriyalara baxmaq məsləhət görülür.
Kollektiv bloqda yazı yazmaq
üçün əvvəlcə ona qoşulmaq, həmin bloqa üzv olmaq lazımdır. Bunun üçün həmin
bloqun səhifəsində qoşul tıqlamaq lazımdır. Əgər istifadəçi postunu hansı bloqa
daxil edəcəyini bilmirsə və çətinlik çəkirsə, sayt administrasiyasına əlaqə vasitəsilə
müraciət edə bilər.
Mən “Dünya qitələrinin həcmi, sahəsi və yerdəyişməsitarixi” barədə 22 A4
səhifəsi həcmində elmi əsər yazmışam. Onu necə yerləşdirim?
Hər bir topikdə yazılan
simvolların həcminə limit var. Odur ki, bu elmi tədqiqatınızı daha kiçik,
məntiqi bağlılığı olan fəsillərə bölün və yarılıqda onları yerləşdirin. Məsələn:
• Dünyadakı qitələrin sayları
• Xəritələrə görə qitələr
• Soyuq qitələr və orada
yaşayan canlılar
• Qitələr necə yer dəyişdirir?
• Dünyanın maqnit qütbü necə
yer dəyişir?
• ...............
Əgər yazınızı məntiqi
ardıcıllıqla bölə bilməsəniz və bu zaman çətinliyiniz olsa, sayt
administrasiyasına müraciət edin.