9.03.2020

Ətli blinçiklərin hazırlanma qaydası. Kulinariyada biz!



Ətli  blinçiklərimizin reseptini sizinlə paylaşıram;

Tərkibi;

40-50 ədəd üçün
1lt süd
2 st un
4 yumurta
0,5duru yag
1 x/q şeker tozu
1ç/q duz

İçlik
500qr. çəkilmiş mal əti
2 ədəd soğan
duz,istiot
qızartmaq üçün- 2/3 x.q bitki yağı

Hazırlanması;

Əvvəlcə dərin bir qaba yumurta, süd əlavə edib yaxşıca çalın. Daha sonra un, şəkər tozu, duru yağ və duz əlavə edib qarışdırmağa davam edin. Xəmir qatı olmamalıdır. Tavanı qızdırıb yağ əlavə edirik, daha sonra duru xəmiri çömçə ilə töküb, tavanı silkələyərək hər tərəfinə yayırıq. Hər iki tərəfi qızılı rəngdə olan qədər qızardırıq. Blinçik xəmirləri hazırdır.

İçini hazırlamaq ücün mal ətini və soğanı ət maşınında çəkin. Daha sonra tavada üzərinə su əlavə edib, bişirin. Suyu quruyandan sonra yağ əlavə edib qovurun. Yağda tam bişənə qədər qovurub, duz və istiot vurun.

Daha sonra hər blinçik xəmirinin içinə hazırladığınız içdən qoyub, zərf şəklində bükün. Tavaya bir az bitki yağı töküb blinçikləri azacıq qızardın.


Hazırladı; Aytən Səfərli


0 Rəy:

Yorum Gönder