
Tərkibi;
500 q. mal əti,
1 orta ölçüdə soğan.
80q düyü duz istiot sarıkök.
və üzəri üçün 2 böyük pomidor
2 böyük kartof
2 soğan
2 şirin bibər qırmızı da olar.
1deste suyut.
2-3qasiq yağ.
1 st. yarıim su.
Zövqə görə istəyən duz və istiotunu yenə eləvə edə bilər.
Hazırlanma qaydası;
Deməli çəkilmiş mal ətinə soğanı xırda-xırda doğrayırıq. Ədviyyatları əlavə edib, yaxşı qarışdırın xəmir yoğuran kimi, düyüsünü də əlavə edin. Bütün ərzaqları halqa-halqa doğrayırıq. Şüyüdü də incə doğrayırıq. Qazana 1 xörək qaşığı yağ əlavə edirik, halqa formada doğranmış kartofları düzürük. Sonra əti kotlet şəkilinə salıb kartofun üzərinə düzürük, soğan, kartof, pomidor, bibəri də eyni şəkildə əlavə edirik. Sonra doğranmış şüyüdü üzərinə əlavə edirik. 2 qaşıq yağı üzərinə yayırıq. 1st. yarım suyu töküb, qoyuruq qaza. Əvvəlcə yüksək xodda, sonra isə xodunu azaldırıq. Təxmini 35 dəqiqəyə yemək hazır olacaq. Nuş Olsun!
Hazırladı; Xəyalə BAYRAMOVA.
Qeyd; ətraflı izləmək üçün aşağıdakı fotoları izləyin.













0 Rəy:
Yorum Gönder