
Hot-dog resepti
Tərkibi:
Maya üçün:
Su 100 ml ilıq olmalıdır
Quru maya 1 ç.q
Un 1 ç.q
Şəkər tozu 1-2 ç.q
Xəmir üçün:
Un 3-4 Stəkan
Kərə yağı 50 q yumşalmış
Süd 100 ml
Yumurta 1 ədəd
Duz 1 ç.q
Bitki yağı 1 x.q
İçlik:
Sosiska 18 Ədəd
Hazırlanması:
1. Stəkanda ilıq su, şəkər tozu, maya və unu qarışdırın
və 5 dəq isti yerdə saxlayın.
2. Hazır mayanı xəmiri yoğuracağınız qaba tökün, süd,
yumşaq kərə yağı yumurta əlavə edib qarışdırın.
3. Tam qarışdırılan məhlula unu ələyin, duz qatın və
elastik xəmir yoğurun. Xəmiri dayanmadan 10 dəqiqə ərzində yoğurmaq lazımdır.
Daha sonra qabın divarlarını bitki yağı ilə yağlayıb xəmiri 2 saat ərzində gəlməyə
qoyun.
3. Gəlmiş xəmiri 18 hissəyə bölün və kündələyin. 10 -15
dəq saxlayın ki kündələr yumşalsın. Daha sonra hər kündəni əlinizlə yastılayın
və içərisinə 1 sosiska qoyub xəmirin qıraqlarını birləşdirin.
4. Sobanı 150 dərəcə qızdırın. Soba listini yağlayın.
Hot-doqları 2 sm arasında məsafə olmaqla listə düzün. 5-6 dəq. şişməsi üçün
saxlayın. Yumurtanın sarısını 1 ç.q bitki yağı ile qarışdırın və fırça ilə
hot-doqların üzərinə sürtün.
5. Hoq-doqları əvvəlcə 150 dərəcədə 10-15 dəq xəmir bisəndən
sonra dərəcəni 180- qaldirib uzərinin də qızarmasını gözləyin.
Nuş olsun.
Hazırladı; Vüsalə
Qənbərova
Ətraflı fotolarda









0 Rəy:
Yorum Gönder