Fikri
ağlımda oyandı gecə sakit-sakit,
Ürəyim
fikrinə yandı necə sakit-sakit.
Saat
əqrəbləri çox böldü görüş vaxtımızı,
Daha
işsizdi,qalıbdır üçə sakit-sakit.
Gözümü
yollara sən gəlmək üçün dikməmişəm,
Var
ümidim ki xəyalın keçə sakit-sakit.
Sən
gedəndən sora öpmüşdü ayağ izlərdi,
O
səbəbdəndi uzanmış küçə sakit-sakit.
Bəxtini
zər kimi Cavid,çox oyunlarda atıb,
Çox oyunlar da bitib heç-heçə sakit-sakit.
------------------------------------------
Çox çətin işləri insan gətirir hasilə tək,
Duyub insan özünü ta əzəlindən bilə tək.
Tanrı dünyanın, əzizim, o cavan vaxtında,
Buraxıb yer üzünə Adəmi Həvva ilə tək.
İstəməzdim sənə mən ayrılığımdan danışam,
Axı keçmək də olur bir ilə cüt, bir ilə tək.
Bu da işdir, ana bətnindən əkiz dünyayə
Kim gəlib, amma gedibdir yenə son mənzilə tək?
Seviginin nəğməsini yar ilə bəmdən oxuduq,
Ayrılıqdan sora mən qalxacaq oldum zilə tək.
Elə düşdüm ki, gözümdən, tutacaq bir yer yox,
Qırılıb hər tərəfim, məndə də yoxdur əl-ətək.
Təkliyin fəlsəfəsin bilmədi Cavid, amma
Sərf edib ömrünü ol işdə kiçik fasilə tək.
---------------------------------------------------
Ahım qələm kimi göyün axşam varağını
Yazmış ümidlərimlə,gətirsin sorağını.
Yığdıqca yarımın telini sevginin quşu,
Sinemdə hördü mənzilini,saldı bağını.
Kölgəmdə hətta yarələrin görsənir yeri,
Oxlar dəlib keçib elə bu can otağını.
Seltək gəlir xəyalıma hər xatirən sənin,
Uyğum da bənd olub ala bilmir qabağını.
Eşq atəşimdən ayrı düşürsən,yavaş-yavaş
San tüstü tərk edir külə dönmüş ocağını.
Hicranı gəldi,qırdı bütöv qəlb güzgüsün,
Qorxur vüsalı gəlsə kəsər öz ayağını.
Sevda yolunda göz gözü görməzsə,Cavidə,
Agah olar ki tutmadı yarı çırağını.
Müəllif; Cavid Qasımov






0 Rəy:
Yorum Gönder