8.07.2020

İD, EQO VƏ SUPEREQO

Ziqmund Freyd şəxsiyyət sturukturunu necə izah edir?

Z.Freydə görə şəxsiyyət 3 əsas sistemdən ibarətdir: id, eqo və super-eqo. Şəxsiyyətin bu sahələrinin hər biri öz funksiyasına, komponentinə, hərəkət prinsipinə, dinamikə və mexanizminə malik olmasına baxmayaraq, bir-biri ilə o qədər sıx şəkildə bağlıdırlar ki, onları ayrılıqda təsəvvür etmək dеmək olar ki, mümkün deyil.


ID – şəxsiyyətin başlanğıc sistemi hesab olunur. Id instinktlər də daxil olmaqla, özündə bütün anadangəlmə psixi olanları birləşdirir. Id – psixi enerji daşıyıcısıdır və digər iki sistemi enerji ilə təmin edir. Freyd idi “həqiqi psixi reallıq” adlandırıb. Id – latın dilindən tərcümədə “o” deməkdir.


Enerji çоxaldığı zaman id onu saxlaya bilmir, bu da gərginliyin diskomfort halı kimi keçirilir. Buna görə də ya xarici stimulyasiya, ya da daxili oyanıqlığın nəticəsində orqanizmdə gərginliyin həddi artdığı zaman id gərginliyi aşağı salır və orqanizmin enerji balansını tənzimləyir. Idin fəaliyyət göstərdiyi gərginliyin nizamlanması prinsipi, məmnunluq prinsipi adlanır.
Öz tapşırığını yerinə yetirmək üçün ağrıdan qaçaraq, məmnunluğa qarışmaq üçün id iki prosesə ayrılır. Bu reflektor fəaliyyət və ilkin prosesdir. Reflektor fəaliyyət özündə anadangəlmə avtomatik reaksiya tiplərini: asqırma və gözqırpmanı əks etdirir, onlar adətən gərginliyi tez aradan götürürlər. Ilkin proses özündə daha mürəkkəb olan reaksiyaları əks etdirir. O, enerjini obyektin obrazının yaradılması ilə çıxarmağa çalışır. Məs: ilkin proses ac insana qidanın mental obrazını verəcək. Bu arzunun yerinə yetirilməsi adlanır. Ilkin proses üçün ən gözəl misal Freydə görə yuxugörmədir. Antistik təfəkkür ilkin proseslərlə daha rəngarəngliklə bəzədilib. Aydındır ki, ilkin proses öz-özlüyündə gərginliyi götürə bilməz. Ac insan qidanın obrazını yeyə bilməz. Beləliklə də, ikinci proses inkişaf edir və şəxsiyyətin ikinci sistemi olan – eqo formalaşır.

EQO-(latınca “eqo”mən deməkdir) – bu tapşırığın həllinə cavab verən psixi aparatdır. Eqo orqanizmin təhlükəsizliyini və özünümüdafiəsini təmin edir. Idin xarici sosial dünyasının, həm də intuitiv tələbatının ödənilməsi uğrunda mübarizədə eqo xarici və daxili aləm arasında diferensiyasını qoruyub saxlamalıdır. Misal üçün: qida axtarışında olan ac insan gərginliyini azaltmaq istəyinə, təsəvvüründə yaratdığı qida obrazını reallıqdan ayırmalıdır. Yəni o gərginlik aşağı düşənə qədər qida tələbatını ödəməlidir.
Deyirlər ki, reallıq prinsipinə əsaslanan eqo ikincili prosesin vasitəsi kimi çıxış edir. Ikincili proses – bu realistik təfəkkürdür. Ikincili prosesin köməyilə eqo məmnunluq tələbatının ödənilməsi üçün plan hazırlayır, sonra isə onu yoxlayır. Ac adam qidanı haradan əldə еdəcəyini düşünür, sonra isə onu axtarmağa yollanır. Bu reallığın yoxlanılması adlanır.
Eqo şəxsiyyətin ən başlıca orqanı adlanır. Belə ki, o fəaliyyət üçün qapı açır, fəaliyyəti sosial mühitə uyğunlaşır və hansı instinktlərin hansı cəhətdən məmnun edilməsi işinə baxır.

SUPER EQO – (latınca “super” ideal, “eqo” mən deməkdir) inkişaf edən şəxsiyyətin sonuncu komponentidir. Freydə görə insan orqanizmi super eqo ilə doğulmur. Hər şеydən əvvəl uşaqlar valideynlərin, müəllim və formalaşdıran fiqurların köməyilə eqoya malik olmalıdırlar. Şəxsiyyətin mənəvi-etik gücü olan super eqo uşağın öz valideynindən normal asılılıgı kimi başa düşülür. Formal olaraq uşaq doğru və səhvi fərqləndirməyi bacaranda, pislik və yaxşılığı öyrənəndə super eqo meydana gəlir. Ilkin super eqo yalnız valideynin uşaqdan gözlədiyi yaxşı və pis davranışı əks etdirir. Uşaq konflikt və cəzadan qurtulmaq üçün hər bir hərəkətini buna uyğun qurur. Freyd super eqonu iki sistem altına ayırır: vicdan və eqo-ideal. Vicdan valideynin cəzalandırılmasının nəticəsində meydana gəlir. Super eqonu həvəsləndirən aspekt eqo-idealdır. Bu valideynlərin öz uşaqlarına verdiyi yüksək qiymətlə xarakterizə olunur, bu fərdin özünü yüksək dərəcədə yaxşı hiss etməsinə səbəb olur.Valideyn nəzarətinin özünü nəzarətə keçdiyi zaman super eqo yüksək dərəcədə formalaşmış olur.


Bütün elm qəbul edir ki, insan həm bioloji, həm də sosial canlıdır. Və bioloji mənşəyinə görə instikvtiv olaraq poliqamdır. Ancaq sosial iyerarxiyada nüfuzunu qorumaq üçün instikvtivlərindən kənar qalır.

Bunun səbəbi nədir? Bunun cavabını Freyd baba verir. Freyd, psixik aparatını 3 əsas hissəsəyə bölür: id, eqo və supereqo. Yəni qısaca şüur, şüur öncəsi və şüuraltı adlandırdığımız hissələrin birləşməsi ilə əmələ gəlir.

İd, qısaca desək, hərbir insanda doğuşdan var olan instinktləri, yəni hərhansı həzz verici bir şeyi arzulamaq, cinsi istəklər kimi bir çox təməl instinktiv hissi ifadə edir və şüuraltının bir hissəsi hesab edilir. Eqo, hal hazırki reallığı, icra olunan hərəkətləri, verilən qərarları ifadə edir və şüur öncəsinin bir hissəsi hesab edilir. Supereqo isə bütün qanunları, insanın həyatındaki vacib prinsipləri, inandığı dinin qanunlarını, ailəsinin ənənələrini, yaşadığı mühitin ənənələrini ifadə edir və şüuraltının bir hissəsi hesab edilir..

Yəni bir insan instinktləri baxımından poliqam həyat arzulamağına baxmayaraq,supereqo, yəni insanın həyatındaki vacib prinsipləri, inandığı dinin qanunları, ailəsinin ənənələrini, yaşadığı mühitin ənənələrini və sair buna imkan vermir. Bu baryeri keçənə biz nə deyirik? Arvadbaz və ya pozğun, nə deyilirsə artıq.

Poliqamiya yalnız insana xas bir xüsusiyyət deyil, digər heyvanlarda və bitkilərdə də vardır. Məsələn bu, eyni bir bitki üzərində, yaxud eyni növdən olan müxtəlif bitkilər üzərində ikicinsli, yaxud ayrıcinsli çiçəklərin əmələ gəlməsidir.

Bununla yanşı belə bir nəticəyə gəlmişəm ki, qadınlar sosial olaraq poliqamiyaya o qədər də meyilli deyil. Burda instinktləri baxımından demədim ha, sosial baxımdan dedim

Primatoloqların araşdırmaları görərir ki, digər primatlarda da bu belədir. Məsələn Primatoloq Frans De Vaalın araşdırmalarına baxsaq bu bizə daha çox aydın olar. Məsələn babunların güclü, qüvvətli olan erkəkllərinin hərəmi olur. 6-7 dişisi olanları vardır. Dişilərini çox qısqanar, ondan ötəri döyüşə bilir, hətta dişi bunu istəməyib başqa erkəyə yanaşsa sopayla döyə-döyə öldürür.

Bəs qadınlar niyə sosial olaraq poliqam həyata daha çox əhəmiyyət vermir? Çünki bununla bağlı David Buss, Miller kimi bioloqların araşdırmaları var. Sadəc bu sualı Artur Şopenhauer "Eşqin metafizikası" adlı kitabında daha yaxşı və fərqi formada şərh edirr: "Bildiyimiz kimi kişi, özünə kifayət qədər qadın verildiyi təqdirdə, asanca ildə yüz uşaq meydana gətirə bilər. Qadın isə, istədiyi qədər çox kişiyə sahib olsada, əkiz ehtimalını nəzərə almasaq ildə yalnız bir uşaq dünyaya gətirə bilər. Buna görə də kişinin gözü həmişə başqa qadınlarda, qadın isə buna qarşılıq olaraq tək bir kişiyə sarılar. Çünki təbiət onu instinktlərinə görə və heç düşünmədən, gələcəkdəki doğumun bəsləyicisi və qoruyucusu olaraq yanında tutub qorumağa davam edər. "

İndi romantiklər Şopenhauerin bu yanaşmasına görə məni baltalayacaq. Ancaq bu həmin romantiklərin anladığı kimi nə patriarxat cəmiyyətinə işarə, nə də ki, xəyanətə haqq qazandırmaq deyil. Bu o demədkir ki, çoxalma üçün kişinin sperması onun üçün instinktiv olaraq əhəmiyyətli deyil. Çünki gündə necə dəfə istəsə cütləşə bilər və ya gündə necə qadından desən uşaq sahibi ola bilər.. Ancaq çoxalmaya görə qadın üçün yumurta hüceyrə əhəmiyyətldir, çünki ildə yalnız bir bala verə bilər. Ona görə də seçiçi olması doğrudur.

@Taryel Abdullayev



0 Rəy:

Yorum Gönder