8.07.2020

HİND FƏLSƏFƏSİNDƏ 4 QAYDA


Hind fəlsəfi düşüncələri insanlara hər zaman maraqlı gəlmişdir. Sizə həmin fəlsəfədən 4 qaydanı təqdim edəcəm.

Qayda 1: Qarşına çıxan kəslər hər kimsə, doğru kəslərdir. Bunun mənası budur, həyatımızda kimsə təsadüfən qarşımıza çıxmaz. Qarşımıza çıxan, ətrafımızda olan hər kəsin bir səbəbi vardır, ya bizi bir yerə apararlar ya da bizə bir şey öyrədərlər.

Qayda 2: Yaşanmış olan hər nə isə, yalnız yaşana biləcək olandır. Heç bir şey, həm də heç bir şey yaşadığımız şeyi dəyişdirə bilməzdi. Yaşadığımızın içindəki ən əhəmiyyətsiz saydığımız detalı belə dəyişdirə bilmərik. “Belə etsəydim, belə olacaqdı” kimi bir cümlə yoxdur. Xeyr, nə yaşandısa, yaşanması lazım olan, yaşana biləcək olandır, dərsimizi alaq və irəliləyək deyə. Hər nə qədər zehinimiz və eqomuz bunu qəbul etmək istəməsə də, həyatımızda qarşılaşdığımız hər hadisə, mükəmməldir.

Qayda 3: İçində başlanğıc olan hər anı doğru xatırla. Hər şey doğru anda başlar, nə tez nə gec. Həyatımızda yeni bir şeylər olmasına hazır isək, o da başlamağa hazırdır.

Qayda 4: Bitmiş olan bir şey bitmişdir. Bu qədər sadədir. Həyatımızda bir şey sona çatsa, bu bizim inkişafımıza kömək edər. Buna görə sərbəst buraxmaq, getməsinə icazə vermək və əldə etmiş olduğun bu təcrübəylə irəliyə doğru baxmaq daha yaxşıdır.




Hind müdrikliyi məqaləsi

Hindistan yüksək mədəniyyət və zəngin ənənələrdən ibarət bir ölkədir. Bir çox dünya filosoflarının Vətəni - müdrik kəlamları ilə seçilir:

️  İnsanı tanımaq istəyirsən? Onu incit. İnsan kasa kimidir. Nə ilə doludursa, onunla da daşmağa başlayar.

️  Dahi zəkalar fikirləri müzakirə edir. Orta zəkalar  – hadisələri. Cılızlar isə insanalrı.

️  Uşaq sənin evində qonaqdır. Bəslə, tərbiyə ver, azad et.

️  Qadınlar doğuşdan alimdir. Kişilər isə kitab oxuyur.

️  Özünə qalib gəlmək, başqalarına məğlub olmağa qarşı ən güclü vasitədir.

️  Müdriksənsə, varlılarla, rəhbərlərla, uşaqlarla, qocalarla, qadınlarla, axmaqlarla, müəllimlərlə və müdriklərlə mübahisə etmə.

️  Özünü idarə etmək üçün başını işə sal. Başqaları ilə ünsiyyət qurarkən isə ürəyindən istifadə et.

 ️ Qadın parlayırsa, bütün ev parlayır. Qadının qanı qaradırsa, bütün evi zülmət bürüyür

️  Özgəsinə məsləhət verərkən, hər kəs alimdir. Məsləhətləri tətbiq etməyə gəldikdə isə, müdrik belə axmaqdır.

️  Quşun səmada, balığın isə suda izi qalmır. Xeyirxahların yolu belədir.

️  İnsanın bəzəyi müdriklikdir. Müdrikliyin bəzəyi sakitlikdir. Sakitliyin bəzəyi hünərdir. Hünərin bəzəyi isə yumşaqlıq.

️  Ağıllı insan özü qiymətləndirir. Axmaq isə şayiələrə inanır.

️  İnciklikləri qumun üzərində yazın. Yaxşılıqları isə mərmərin üzərində cızın.

️  Pilləkənləri qalxmaqda çətin olan, pilləkənin önündə duran kütləninin arasından irəli keçə bilməkdir.

️  Həyatımızın uzunluğunu dəyişə bilmərik, ancaq onun dərinliyini və enini artırmaq üçün edə biləcəklərimiz var.


Hazırladı; TƏBRİZ İSMAYILOV





0 Rəy:

Yorum Gönder