Solan arzular, qısa həyat yolu, tarix yazan, tarixə dönən şəhidlər...
Təqvimdən vərəqlənən
günlər tarixə
çevrilsə də,hamısı yadda qalan olmur. Günlər var həmin gün unudulur,günlər var əsrlər
keçsə də unudulmaz.Belə günləri
unudulmaz edən qəhrəmanlar,unudulmaz şəhidlərdir. Şəhidlər hər zaman minnətdarlıq
duyğuları ilə yada salınır və dərin etiram beslənilir.
Hər kəs dünyaya gələndə ona bir ömür payı bəxş olunur. Məncə insanın
ömür payına,bəxş edilən həyatına ən gözəl şəkildə “əlvida“ deməyin,əbədiyyət
adlı aşılmaz dağın aşmağın adıdır “şəhid olmaq”. Candan keçən ən yüksək zirvəyə
ucalan daha bir aprel şəhidimiz 1990- cı
ildə Ağcabədi rayonu Hindarx qəsəbəsində anadan olan DİLSUZ
MƏMMƏDAĞA OĞLU QARAYEVDİR.
Üç qardaşın
kiçiyi olan Dilsuz ana babasının himayəsində
əsl vətənpərvər böyümüşdür. Ailənin ayrılıq səbəbi ilə iki qardaş atası ilə
qalsa da, Dilsuzu ana babasıgildə anası
Cəvahir xanım minbir əziyyətlə atasız böyütmüşdü.
Ah-naləsi ürəkləri dağlayan
Cəvahir ana indi oğlunun ayaq basdığı
torpaqdan, daşdan imdad istəyir.
2009- cu ildə hərbi xidmətə
başlayan Dilsuz xidmət bitsə də ,gizir
rütbəli kəşfiyyatçı kimi hərbi xidmətini davam etdirir. İştirak etdiyi əməliyyatlarda igidlik gostərib, kəşfiyyatlarını
ugurla yerinə yetirib.
Aylar, illər qanadlanib fəsillər ötüşüb ömürdən
gedir. 2013 –cü ildə Dilsuz abrı-həyası ilə seçilən Röya Xanimla ailə həyati
qurur. 3 il xoşbəxt yaşasalarda nakam şəhidimin həyatda,sevinci göz yaşlarina
çevrilən,gözü yollarda qalan, Royasına təsəlli ola biləcək bir nişanəsi
qalmadı. Övlad sevinci yaşamadılar.
Sonuncu dəfə döyüşlərə
qatılan 26 yaşlı kəşfiyyatçı Talışlar kəndində qəhrəmanlıqlar göstərərək erməni
girovlarini ələ keçirir. 3 aprel 2016-ci il döyüş zamanı düşmən tərəfindən
rekaşetlə vurulur. Ömrünün iyirmi altıncı baharında ömür bağçasının çiçəklənən
çağında həyata vida edir, şəhidlik zirvəsinə ucalır.
Gizir rütbəli kəşfiyyatçı ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə
görə” III dərəcəli medala layiq görülür.
Deyirlər cəbhədən gələn, Üç
rəngli bayrağa bükülən Şəhid tabutu açılmaz, ancaq pəhləvan, cüssəli igid,
tabutuna sığmayan şəhidim üçün böyük tabut hazırlanır. Dilsuz Qarayev əvvəlki döyüşlərdə 20 şəhid verən Ağcabədi rayonunun
on min əhalisi olan doğulduğu Hindarx qəsəbəsində
torpağa tapşırıldı. O aprel gecəsi
canlarını torpağa fəda edən,şəhidlik zirvəsinə yüksələn,bir ailədən, bir
ocaqdan qopan oğullar təkcə bir ailənin, bir ocağın deyil, bir yurdun bütün
AZƏRBAYCANIN şəhid oğullarına döndülər. Bir elli, Ağcabədli balası kimi səninlə
qürur duyuram, fəxr edirəm nakam şəhidim DİLSUZ QARAYEV!
Müəllif; Aynurə İNCİ






Allah rəhmət etsin bütün şəhidlərimizə onların adı yaddaşlarda qalacaq
YanıtlaSil