- Salam olsun , müqəddəs
padreyə!
+Ah,Olric! Sən idin? Səssizcə
gəlmisən . Lap elə ölüm kimi( gülümsünür)
-Hə ,ata. Səni axtarıramsa
deməli vəziyyət gərgindi.
+Səni incidən nədir, oğlum?
-Dərdim çoxdur,müqəddəs ata.
Dünyanın mənası və həqiqət axtarışındayam. " Mən niyə varam? "
," kiməm? sualları məni narahat edir. Oxuduqlarım da imdadıma çatmır.Bir
gün öləcəm və hələ nə qədər oxumadığım kitab var.
+Ölməkmi?- Padre dodaqlarına
qonan acılı təbəssümü güclə boğmağa çalışdı.Əlindəki kitabı yerə qoyub qəfildən
dilləndi-"Sən yaşamaqla ölməyin arasındakı o incə xəttdi görə bilməmisən.
Ölmək üçün cüzi bir qəza kifayətdi. Bəziləri ayaq üstündə çoxdan keçinib amma
müəyyən səbəblərdən hələ də basdırılmayıblar. Yaxsı, mənim sualıma cavab
ver."Ailən sənin ölümünə hazırdırmı?"
-Ata, bunun məsələyə nə dəxli
var axı? Ölən mənəm.
+Yanılırsan ,Olric.Bu dünyada
ölmək yaşamaqdan daha çətindir. Ən ucuzu sənə iki metr ağ təmiz parça lazımdır
ki, üşüməyəsən. Oralar soyuq olur.Bir yerdə yatmalısan ya yox? Sənin torpaqdan
evin də olacaq və bu o qədər də ucuz başa gəlmir. Sonra sənin yasına gələnləri
xoşnut etmək üçün bir sürü xərc çəkməlisən. Meyvələr ,çərəzlər ,içkilər və daha
nələr, nələr. Bəs sənin üçün satılan,müqəddəslərə ödənən bir iki cümlənin
,duanın pulunu kim ödəyəcək? Sən ancaq özünü düşünürsən,əzizim. Yaxınların buna
hazırdırmı?
-Ehh, onlar bir vasitəylə bunu
ödəyəcəklər. Həm məni çox sevdikləri üçün kədərlənəcək, göz yaşı tökəcəklər.
+Olric , olric! Sənin məktəbdə fəlsəfə ilə aran necə
olub?
-Yaxşı idi, ata.
Milet məktəbinin əsasını qoyan Fales hər şeyin əsasını
suda görürdü.O hesab edirdi ki , bütün mövcudat sudan yaranır,bitkilər
rütubətdən qidalanır,susuz məhv olurlar. Sən öldükdən sonra öz yurdundan
qoparılmış bir neçə çiçək sənin məzarını süsləyəcək. Yeni əkilən hər bir
bitkiyə su vermək vacibdir. Onlar( sənin yaxınların) da bir müddət bu çiçəyi
sulamaq üçün göz yaşlarıyla məzarını yuyacaqlar,sonra isə gözləri Nil çayının
quraqlıqdan bir müddət( təxminən 7 il) quruduğu kimi susuz qalacaq. Və o özənlə
əkdikləri güllər də solub sənə qarışacaq. Qısacası ,onların məqsədi sənə
üzülmək deyil,əkdikləri bir canlını qısa müddətlik yaşatmaq olacaqdır, sevgili
oğlum.
Bunu deyib dərindən ah çəkdi. Əlini yavaş-yavaş
ürəyinə götürdü,o artıq güclə nəfəs alırdı. Əlimi ovcuna alıb " Oğlum ,
məni ölməyə qoyma. Ailəm çox ağır vəziyyətdədi. Mən ölsəm arvadım Adriana və
qızım Luiza necə dolanacaq? Üstəlik mənim də yas xərclərim...
Padre artıq son sözlərini deyib həyata gözlərini
yumdu. Amma gözləri hələ də ailəsinin ehtiyaclarının ardınca boylandığından
açıq qalmışdı.Elə kilsənin açıq qapısı və pəncərələri kimi. Ani hava
toqquşmasından 72 ci səhifədə açıq qalan" İncil"in səhifələri
vərəqləndi və qapandı. Nə təsadüf ki ,yazıq Padrenin də dünən 72 yaşı tamam olurdu.
Anatol Fransın da dediyi kimi" Təsadüf-"Tanrının hadisələrin altında
imza çəkmək istəməyəndə istifadə etdiyi gizli təxəllüsdür"
Müəllif; Könül MƏMMƏDOVA







0 Rəy:
Yorum Gönder