Dünyanın xeyiri şəri bilinmir,
Kimə yol göstərə,kimi azdıra.
Bu gün böyütdüyün övladın,sənə
Sabah məcburduki,qəbir qazdıra
Dünyanın bir ucu qəm paltarında,
Nə etsən sən ona bürünəcəksən.
Gizlənmək əbəsdi,qaçmaq əbəsdi
Hər yandan gün kimi görünəcəksən.
Nə kədər qalmadı,nə qəm qalmadı.
Çəkdik qram-qram kürəyimizdə!
Sağalmaz dərdləri sağlam bədənlə,
Üzbəüz qoymuşuq,ürəyimizdə.
Qarabağ gör neçə ildi virandı?!
Nə gələn,nə gedən,nə bir nəfər var.
Yamaxlı paltarda övlad böyüdən
Atanın,oğlundan bircə xəbər var.
Başınız sağ olsun zəhmətkeş,ata!
Oğlunuz ən böyük zirvəyə çatdı!
İllərdən-illərə əziyyət çəkib.
Bir oğul böyüdüb ərsəyə çatdı,
Onuda düşmənin gülləsi güdsün,
Bir barmaq tətiydə bir göz nişanda,
Atılan balaca dəmir parçası,
Nə qədər acılar verirmiş canda.
***
Yaddaşda qalan, qan qoxuyan bir dünənim var.
Artıq neçə ildir, Qarabağsız vətənim var!
Axdıqca şəhid qanları torpağ yasa batdı.
Qəlblərdə olan qüssəyə saçlarda dənim var.
Yoxdur Qarabağda daha əvvəlki gözəllik!
Bülbülsüz olan bağçada xar yasəmənim var.
Vardır o əsirlikdə qadın xeylağı, xeylaq!
İşgəncəyə dözmüş necə möhkəm bədənim var?
Ölmək vətən uğrunda şərəfdir,kasıb olsan.
Mən bircə biləydim ki,bu qismətdə mənim var.
Axırda,Nəsimi sənə ünvandı bu torpağ.
Cansız bədənim birdə üç arşın kəfənim var.
Müəllif; Nəsimi LAÇIN
8.18.2020
ƏSAS SƏHİFƏ »
GƏNC YAZARLAR
,
VƏTƏNPƏRVƏRLİK
» Qarabağsız vətənim var! - Nəsimi Laçından qan qoxuyan şeir...






0 Rəy:
Yorum Gönder