
Vətəni vətən edən oğullardır. Vətən və torpaq
şəhid qanı töküldükcə daha da müqəddəşləşir,d aha da doğma olur.
Azərbaycanımız 1990-cı illərdən bu yana şəhid
balalarına qucaq açır.
Vətənimizin tarixi qədim olsa da ,bu günə qədər vətəni vətən edən oğullarıdır.
Azərbaycan torpağı həm əsrarəngizliyilə qədim
yaşayış məskənləri , tarixi abidələri ilə
tarixlər boyu sübut etmişdir. Belə
qədim tarixi məkanlardan olan Azərbaycanın
Yardımlı rayonu və onun Honuba kəndidir.Azərbaycanın cənubunda yerləşən Peştəsər və Burovar dağları ilə əhatə olunan 110 evdən ibarət qədim tarixə
malikdir Honuba kəndi.
19 yaşında torpaq üşün canından keçən aprel şəhidimiz Nurəddin Mirzəyev Etimad oğlu 20 dekabr 1996
– cı ildə qədimliyindən söz açdığımız Yardımlı rayunu Honuba kəndində anadan olmuşdur.Orta məktəbi
də,şəhid əmisi oğlu Ənvər Mirzəyevin adını daşıyan məktəbdə oxumuşdu.Məktəbi
bitirdikdən sonra ən yaxın dostu Mirabdulla ilə bərabər sənədlərini LDU-ə versələr
də müvafiq balı toplaya bilmədiyindən qəbul ola bilmirlər.Nurəddin də kömək məqsədi
ilə Sumqayıta dayısının yanına tikintidə işləməyə gedir. Ailəsinin maddi durumu
ağır idi.Tikintidə işlədiyi müddətdə nə qazanc etmişdisə ailəsinə gətirərək evə dönmüşdü. Yay gəlmişdi
kəndə qayıtdığı müddətcə yenə bekar
oturmadı. Hər zaman Ailəsininin maddi durumunu duşunən , fədakar Nurəddin
istirahət mərkəzində işə düzəlir.
Məktəbi bitirmişdi ailəsinə hər cür fədakarlıqla
kömək olurdu.Ömrünün bahar çağında arzular bağında o qədər qönçələnən arzuları
vardır ki...Elə arzuları qönçə olaraq da soldu ürəyində şəhidiminzin.
Qış fesli çatdı artıq Nurəddinin hərbi xidmətə çağrışı başladı. 1
yanvar 2015 –ci il qarlı şaxtalı qış
idi. Honuba kəndi dağlar qoynunda yerləşdiyindən qarlı – şaxtalı yollardan keçib
hərbi komissarlığa getmək üçün maşın da yox idi.i.Nurəddin ona görə hərbi xiddmətə kəndin təcili yardım” maşını
ilə yollandı.Kim bilərdi ki bir zaman bu maşın onun şəhid tabutunu gətirər...
Valideynləri
atası Etimad və anası Fəxriyyə xanım oğlunun “andiçmə” mərasiminə gedirlər.Həmin
gün məlum olur ki Nuraddin düşmənlə üzbəüz bölgəyə düşüb .Valideynlər çox
narahat idilər,dua etdilər oğlu sağ-salamat qayıtsın.Maddi durumlrı ağır
olduğundan təkrar oğlu ilə görüşə gedə bilmədilər.Nurəddin o qədər ailənin
qayğısına qalan,düşüncəli idi ki
valideyinlərinin xidmət etdiyi yerə gəlməyə
bəhanələr edərək qoymqzdı.Hətta əsgər olduğu muddətcə pul da istəməzdi evdən ,
yalnız bir dəfə məzuniyyət götürdü evə gəlməyə.
Sanki son gəlişiymiş anlamışdı Nurəddin.Kəndlərini
gəzir, hər yerində şəkil çəkdirir.Gəlişiylə,Ayaq izləriylə,çəkdirdiyi şəkillər
ilə xatirə qoyub gedir şəhidimiz...Gözləri
yollarda qalan Etimad atanın., ürəyi bala həsrətiylə döyünən Fəxriyyə ana
övladi ilə son görüşləri olur bu görüş...
Azərbaycanın başı üzərini qara buludlar aldığı
müddət 2016 cı ilin aprelində Nurəddinin kiçik qardaşı Nəcməddin hərbi xidmətə
yola düşürdü.Ailəsi oğlunun gedişinə yığıncaq teşkil edir. Həmin vaxt söz-söhbət
gəzir ki cəbhə xəttində narahatlıq
var.Nurəddinin ön cəbhədə olması valideynlərini təşvişə salır. Yığıncağa gələn
qonşular narahat görünürdülər.sən demə bunlar xəbərdar imiş .hardan bilərdilər Bixəbər,
gözü yolda ana,qulağı səsdə ata bir
oğlunu hərbi xidmətə yola salarkən,digər övladının şəhid tabutunu
qarşılayacaqlar..
Azərbaycanın tarixinə qanla yazılan həmin
qanlı aprel günlərində Etimad atanın
da həyətinə şəhid tabutu daxil oldu.
Qışın qarlı- boranlı günlərində maşın olmadığından tibbi yardım maşını ilə hərbi komissarlığa gedən Nurəddin həmin maşınla da şəhid tabutunda döndü evlərinə..Çəkilməsi ağır bir dred idi
ana üçün. Bu xəbəri alınca ana özündən gedir. Həkimlər ayıldınca Fəxriyyə ananı
artıq şəhid balası rəhmət beşiyində yatırdı...
O qədər
arzuları düyünlənib qaldı ürəyində şəhidimizin. Dostu Mirabdullaya söz də
vermişdi hərbi xidmətdən 3 ay tez gəlib
dostunu qarşılayacaqdı. 3 ay sonra dostu dönmüşdü hərbi xidmətdən .Amma Nurəddin
dostunu öz şəhid məzarı ilə qarşıladı...
Nurəddin də öz qəhrəmanlığı ilə yazdı adını
aprel şəhidləri sırasına... Ölümündən sonra” hərbi xidmətdə fəaliyyətinə görə
III DƏRƏCƏLİ MEDALI” İLƏ AZƏRBAYCAN RESPUBLİKASININ PRİZİDENTİ İLHAM
ƏLİYEV TƏRƏFİNDƏN TƏLTİF OLUNDU NURƏDDİN MİRZƏYEV. ALLAH RƏHMƏT ELƏSİN.
Müəllif; Aynurə İNCİ.





0 Rəy:
Yorum Gönder