Tərk edib dünyanı köçəndə hər kəs,
İçəcək Əzrail verən şərbəti.
Düşünmür bunları hər bəndə, hər kəs,
Xaliqi sübhanda olan heybəti.
*
Fərq etməz kasıbdır yoxsa ki,varlı,
Gec ya tez dünyanı tərk edəcəkdir!
Zalımlıq edən də,guya "vüqarlı",
Kimliyin köçdükdə dərk edəcəkdir!
*
Belə ki,çalış sən xeyirxaqlıq et,
Xeyirxaq əməllər savab adlanır.
Dünyadan tədarük toplayaraq get,
Tamahkar olanlar ancaq aldanır!
*
Sözsüz ki,Xaliqin əmridir öncə;-
Namaz qıl,oruc tut,təslim ol Ona!
İnsan tək yaşamaq gərəkdir öncə,
Məbadə girəsən hər an "min dona"!
--------------------
Bezmişəm yalandan Salam verəndən,
Hər an min bir cildə girən birindən.
Deyim ki,bezmişəm həm də ki,səndən?
İşə bax,riyakar danışır dindən.
*
Bezmişəm səmimi olmayan üzdən,
Yox abrı,həyası,gülür yalandan.
"Adam"var dəm vurur min üzlü,düzdən,
Deyir:-Heç qorxmuram o,can alandan.
*
Bezmişəm hər şeyi satıb,alandan,
Mənliyin ayaqlar alta atandan.
Zalıma qorxudan hey əl çalandan,
Xalqının sərvətin yala satandan.
*
Bezmişəm mən hətta inan özümdən,
Gözüm də dad edir artıq üzümdən.
Ruhum da inciyib görən gözümdən,
Qələmsə bezibdir olan dözümdən.
-----------------------------
Nə olar,lütvünlə,ey uca Allah,
Bağışla günahkar olan bəndəni.
Bi həqqi əhli beyt əfv elə Allah,
Olduqca şərmsar*1 olan bəndəni.
*
Ey qüdrət sahibi,Rəhimü-Rəhman,
Rəhminlə et nəzər bu tövbəkara.
Şəriksiz,bənzərsiz Xaliqi-sübhan,
Son qoy bu qüssəyə,bu ahu-zara.
*
Nəsib et layiqli ibadət edim,
Əfv eylə bu fani cahanda məni.
İmamım Səccad tək səcdəyə gedim,
Səsləyim hər zaman,hər anda Səni.
*
Hacətim budur ki,ey Kərim Allah,
Təqvalı*2 mömin tək ucalım daim.
O,məşhər günündə,ey Əzim Allah,
Yetişsin dadıma Höccəti-Qaim*3.
*
Qəbrin ilk gecəsi sevindir məni,
Nur saçsın məzara saleh əməllər.
İlahi,əzabla yaxma bəndəni,
Yanmasın bu şeri yazan bu əllər.
*
Rəbbəna,naümid etmə Fikrini,
Dünyadan imanla apar Sən məni.
Nəsib et həmən an edim zikri…
-----------
Bu gecə son gecədir,fürsəti əldən vermə,
Elə Rəhmanə dua,rəhməti əldən vermə.
*
Tövbə qıl,göz yaşı tök,yalvar Ona,süst olma,
Nazil olmuş kitaba diqqəti əldən vermə.
*
Nemətin yağdırır Allah Ramazanda ey dil,
İstəyirsən bərəkət neməti əldən vermə.
*
Endi Cəbrail ilə yer üzünə min rəhmət,
Göydən enməkdə olan xəl"əti əldən vermə.
*
Topla sərmayə bu gün,axirətə çatdı məqam,
Əbədi məskən olan cənnəti əldən vermə.
*
Bu gecə qədrdə üstündür min aydan,sən də,
Zikr elə Xaliqi,ünsiyyəti əldən vermə.
*
Ömr bir lütvdü gər,azdı zamanı Fikri,
O səbəb böylə gözəl müddəti əldən vermə.
--------------------
Mən yaman yorğunam,insafın olsun,
Ey dərdim,nə olar qəlbimi tərk et.
Rəvamı bəxtimin gülşəni solsun,
Gedərkən qayıtma,bir dəfəlik get.
*
Get ki,mən ömrümün qalan hissəsin,
Firavan yaşayım,giley etməyim.
Qəlbim də dəyişsin naləli səsin,
Dünyadan səninlə birgə getməyim.
-----------------------------
Neyləyim indi mən bu dünyada,de,
Nə vaxtdır tənhayam sənin üzündən.
Car çəkib dərdimi bağır,yada de,
Axsın yaş durmadan görüm gözündən.
*
Alışıb yanıram bağlı otaqda,
Bu atəş çoxdandır yandırır canı.
Əriyir şam kimi cismim yataqda.
Bəs görən can alan Əzrail hanı?
*
Çətin ki,səhərə sağ çıxam,gecə,
Yaxşı ki,sən varsan mənim yanımda.
İşdi o,qayıtsa söylə bivecə:-
Mən onu anırdım bu son anımda.
-----------------------------
Riyakar yaltağın,alçaq üzündən,
Bilmirəm neyləyim mən hara gedim.
Razıyam yox olum onun gözündən,
Qoy desin arxamca:-Hardadır yetim?
*
Bəlkə mən yox olub qayıtmayım heç,
Söylə öz fikrini qələm,nə edək?
Sən bircə demə ki;-Vecə alma,keç,
Ondansa danışma.Dur yığış gedək.
-----------------------------
Nə vaxtdır bir insan axtarır gözüm,
Yorulub demir ki;-Yoruldum yaman.
Bilmirəm bu dərdə mən necə dözüm,
Bəlkə sən deyəsən neyləyim,zaman.
*
Gecələr yumulmur,hey fikir edir,
Yuxum da tərk edir məni bu üzdən.
Olur ki,günlərlə kor qoyub gedir,
Bəlkə də yuxumla itir o,gözdən.
*
Tapsaydı insanı olardım rahat,
Getməzdi o,bir də heç yerə mənsiz.
Gəlmir ki,bir deyim:-Gözüm,dada çat,
Həsrətəm mən sənə,çətindi sənsiz.
-----------------------------
Olur ki,qorxuram bəzilərindən,
Bir "qismi ibadət" əhlidir,əfsus.
"Adam"var qorxuram onun şərindən,
Bu dəmdə şeytansa deyir ki,sən sus!
*
Sus deyir,yazma dur,neynə gərəkdir,
Yoxundur başqa iş,bəlasan başa.
Ondansa əlinə bir ağac əkdir,
Baş qoşma insana,özünçün yaşa.
*
Nə işin var sənin bəzilərində,
Allaha ibadət edən birində.
Həyasız Məsmənin kefli ərində,
Keyf elə ay qaqa,nə var bu dində.
*
Sən əbəs ömrünü verirsən bada,
Səbr elə,gəl mənə qulluq et bir az.
Müşkülüun olan tək çatım mən dada,
Yazsan da bir şer dediklərmi yaz.
*
İşə bax ey Fikri,nədir bu yazdın,
Guya sən şeytandan uzaqsan indi?
İncimə sözümdən yamanca azdın,
Yazdırıb ismini boynuna mindi.
-----------------------------
*
Nə olar gəl görüşək,
Söz verək eşqimizə.
Gedirəm yol üstəyəm nazlı nigar,
Sıxacaq qəlbimi həsrət yenə yar.
*
O sənin mavi gözün,
Ram edib inan məni.
Gecələr yatmayaraq,
Yada sal hər an məni.
Rəvamı kimsə desin olubdu xar,
Arzumdu desin görən bir yarı var.
*
Ömrümə nur saçanım,
Sev məni alovlanım.
Sevirəm mən səni qəlbən gözəlim,
Həyatda hər bir anım.
*
Yox tayın,bərabərin,
Gecdi yar,mən gedirəm.
Nola tez gəl telinə çatsın əlim,
Səninlə fəxr edirəm.
*
Müəllif: Tahir FİKRİ.






0 Rəy:
Yorum Gönder