Bir qarlı gecənin soyuq şaxtası
Qəlbimdən qəlbinə ötürür səni
Tənhalıq elə bil bəyaz qar olub
Bürüyüb kədəri, qəmi qussəni
Açılmır qəlbimin konul aynasi
Açılmır alnımda notlu qırışlar
Bəs nə vaxt bəs haçan qayıdar geri
Parlayar üzümdə xoşbəxt baxışlar
Gülərək keçdiyim işıqlı küçə
Sanki zulmətiylə qorxudur məni
Bir zaman sevgimə dar olan dünya
İndi barmağına dolayir məni
Barışdım.taleyim qismətim budur
Bəlkə aldadıram özüm özümü
Gedişin elə bil əfsanə oldu
Artıq tamamlamir sözüm sözümü
Soyuq qış ayında sığındım sənə
İsti qucagini məlhəm sanmışdım
Ruhuma qəsd edib getdin o gecə
Mən elə o gecə yarım qalmışdım...
Müəllif; Elməddin NURUYEV






0 Rəy:
Yorum Gönder