Saralıb hicr xəzanıyla həyatım çəməni,
Həsrəti vəsl ilə hər dəmdə min əfğanım var.
Bülbüli-qüdsiyəm, etməm güli-dünyayə nəzər,
Gülşəni qeybdə bir qönçeyi xəndanım var.
Qeyri varım yox ola vəsl günü qurbanın,
O günün həsrəti ilə alışan canım var.
Çarəsiz dərdə düçar etdi məni ayrılığın,
Qalıb ümmid əcələ, qeyri nə dərmanım var?
Ey Vüsalə, nə edim özgə behiştin fikrin?
***
Əl açma bu dünyadakı insanlara
sail,
İnsan axı zülm eyləyir insanlara sail.
İşrətdə yatıb, qəflü cəhalətlə dolaşmış,
Azmışlar edir qətli, qıyır canlara sail.
Çox dərdə düşən dərdinə dərman tapa bilmir,
Bel bağlama verdikləri dərmanlara sail.
Düz yol buyurub insana Allah, yenə insan,
Adətdədi yol açmağa nöqsanlara sail.
Allaha tutub üz, elə xidmət, dilə rəhmət,
Gəl salma yolu sən daha nadanlara sail.
Bir loxma çörəkçün dolanıb hər qapı gəzdin,
Zərrən də toxunmaz belə vicdanlara sail.
Dünya yetirib bəhrəsin insanlara hərgah,
Düz paylamayır neməti ünvanlara sail.
Kimlər şah olub şahlıq edir zülm ilə ancaq,
Rəhm eyləməyir məzluma, bicanlara sail.
Gəl salma yolu sən daha nadanlara sail,
İnsan elə zülm eyləyir insanlara sail.
Ya Rəbb, Sənin qüdrətinə var ola bildik,***
Pünhan idik, ol hökmünə aşkar ola bildik,
Eşqinlə könüldən könülə yar ola bildik,
Mə’bud bilib, əcz ilə qarşında əyildik.
Ya Rəbb, əzəmət sahibi yalnız səni bildik.
Hər dəm ey Əziz, ismini zikr eylərəm əlbət,
İsminlə nüfuz etdi bütün ol bəşəriyyət,
Bir “ol” deməyinlə yaranıb aləmi xilqət,
Lakin bunu dərk etmədən əvvəlcə zəlildik,
Ya Rəbb, əzəmət sahibi yalnız səni bildik.
Qəlbin evi zülmətdi, ona nur əta et,
Eşqinlə yanan qəlblərə haqqınla vəfa et,
Ol cənnət ilə ruhumuzu baqi-səfa et,
Qəflətdən oyanmaqla açıb əl, Sənə gəldik.
Ya Rəbb, əzəmət sahibi yalnız səni bildik…
İnsan, o uca Xaliqi-Sübhanə boyun əy,***
Xəlq eyləyən aləmləri Rəhmanə boyun əy.
Zillətdədir ol kəs ki edir nəfsinə taət,
İzzət diləyirsənsə O Sultanə boyun əy.
Əxz eylə ibadət yolunu həzrət Əlidən,
Tək haqq ilə ol, Rəbbinə mərdanə boyun əy.
Cəhd eylə rəzalətlə ömür sürmə, ey insan,
Əxlaqu ədəb, ürf ilə ərkanə boyun əy.
Əhkamına Qur’anın elə daim itaət,
Haqqın sözüdür, sidq ilə Quranə boyun əy.
Səccadəyə candərdi yaxınlaşma, ey insan,
Könlünlə Xuda verdiyi fərmanə boyun əy.
Eşq ilə Vüsalə, güzər et kuyi-nigarə,
Ver könlüvü dildaruva, məstanə boyun əy.
***
*"Saqiyi-vəhdət meyindən dilbəri-mövlayı gör,
Gəl ki məstani-ələst ol, bu məhəl övlayı gör."
Aşiq isən ismi pünhana əgər, eylə sücud,
Eyləyib razu niyaz, müştaqi ol, əlayı gör.
Aç bəsirət çeşmini, ol lövhi-idrakdan əyan,
Ver həqiqi aləmə könlün ki, həq sevdayı gör.
Nitqü elmi ol Əli mövladan əxz eylə təmam,
Şəhri-elmin ərkanından qətreyi-dəryayı gör.
Ərseyi-həqdə göz aç, seyr et nigarın hüsnünü,
Hikməti ümmul kitab, həm yasinü tahayı gör.
Bənzərin yoxdur Nəsimi nitqinə, Mehri, düşün,
Bax Süleyman nitqinə, gəl, alimu danayı gör.
Qopduqca qiyamətlər tənimdə, əcəl başlar.
Hissimdən olar bariz gözlərdən axan yaşlar,
Qəlb içrə fəğan eylər ruhum kimi qəllaşlar.
Etmiş sinəmi zindan, eşqin acı həsrətdir,
Sönmüş ürəyin nuru, gör bir necə zülmətdir.
Yoxdur ürəyə çarəm, hər çəkdiyi zillətdir,
Çün bitməz acı həsrət, ah gör neçə illətdir?
Onsuz qaralır dünyam, zülmət bürüyür aləm,
Yox məndə dözüm əfsus, aləmdə bütün naləm.
Qopsun xəyalım başdan, qalmış yuxusuz didəm,
Tənha bu məhəbbətdən hər gün doğular bir qəm.
Ey ömrü xəzan qılmış həsrət dolu dildarım,
Hüsnümdən olan vaqif ruhumdakı əsrarım.
Gəlməz baharım neyçün, açmaz gülü gülzarım,
Donmuş əbədi əfsus qəlbimdəki ah-zarım.
Ey Mehri, sığın qəlbən, eşqin evi azaddır,
Çün dünyada hər zərrə eşq ünvanına yaddır.





0 Rəy:
Yorum Gönder