
Ayrılığın ilk gecəsi
Yola düşür arzuların bir neçəsi
Tanrı!
Belə olmur,vallah olmur
Gəl,yatan bəxti oyat
Ya da götür məni
Yenidən yarat!
Bu şəhərdən uzaq
Baxışlar məndən uzaq
Sevgi daha mənə yasaq
Səmaları siyah tutub
Ah!Canımı bir ah tutub
Tanrı yola ötür məni
Sən tərəfə götür məni
Götür məni.
***
(Babək Ramaldanovun əziz xatirəsinə.)
Soyuq məzarından çəkilmir gözüm
Səpilib qəlbimə nur baxışların
Odu ,alovu olan sonu bəlliydi
Ah bu tufanların,bu yağışların.
Vətən torpağına yar oldun getdin
Tanrı göylərdən əl edən zaman
Sayrışan mələklər qanad saxlayar
Babəkin torpağa qovuşduğu an.
Babəklər ölməzlər nə vaxtsa bir gün
Babəklər vətənin qan yaddaşıdır
Torpağa qan verib,onu yaşadan
Şəhidlər torpağın qan qardaşıdır.
***
Nə qoydun səndən sonra?
Nə saxladın geridə?
Dodaqlarım buz tuta
Göz yaşlarım əridə.
Əl vurduğun saçlarım,
Saçlarım da yadlaşır
Tökülür ovuc-ovuc
Əllərimə dolaşır.
Ah..əllərim demişkən
Daşınmır qollarımda
Kəs ya gəl ,qır bilmirəm
Gəl apar onları da.
Saxlama səndən nəsə
İzin qala ahımda
Çaxnmalar dayanmır
Tufan qopur ruhumda.
Sakit qalmır hisslər də
Adamdı da neynəsin
Bəlkə yağan yağışla,
Bir kəsilər nəfəsim
***
Bəxtimə düş
Ay üzündə gözüm qalan,
Gəl yerin var yerinə düş,
Könlüm səndən eşq diləyə,
Qaz qəlbimi dərinə düş.
Ümüdə əl aç,baxta baxtdır,
Bəxtin sənə gülən vaxtdır,
Göydən alov yağan vaxtı,
Qaç könlümün sərinə düş.
Mənə gələn yollar uca,
Dərt düyünü aça-aça,
Nə şeş,nə cahan,nə qoşa,
Altı-altı zərimə düş.
Sənə yaxın tanrıya yol,
Köksü didən boşluğa dol,
Göydən düşən üç alma ol,
Bəxtə qartək ərimə düş.
Müəllif: Xavər SƏFİYEVA





0 Rəy:
Yorum Gönder