1988-ci ildən başlıyan işğalçı ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları Qarabağ müharibəsinin başlanğıcı olmuşdu.1991-1994- cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisində başlanan şiddətli müharibələr isə bu müharibənin davamı olmuşdur. Yenicə müstəqillik qazanan Azərbaycan minlərlə igidini itirdi. İtirilən torpağlarımız uğrunda Azərbaycanın igid oğulları son damla qanına qədər vuruşdular. Qarabağın azadlığı uğrunda Şəhidlik zirvəsinə ucaldıar. 2020-ci ilin İyul ayında Tovuz ərazində düşmənlə döyüşdə hərbi xidmətini layiqincə yerinə yetirən qeyrətli Vətən oğulları generalımız,mayorumuz, baş leytinatımız, ümumilikdə 12 Hərbiçimiz Şəhidlik zirvəsinə ucaldı.Bu Şəhidlərdən biridə Baş Leytinant Mahmudov Rəşad Rəşid oğludur.
Şəhidimiz Mahmudov Rəşad Rəşid Oğlu 1992-ci ilin 2 iyulunda Biləsuvarın aşağı Cürəli kəndində anadan olmuşdur. Uşaq yaşlarından əziyyətlə böyümüşdür. Sevda ananın iki oğlan övladı dünyaya gəlib. Ailənin kiçiyi idi Rəşad. İki oğlunu qardaşının himayəsində atasız böyüdür ana. Ana iki övladı ilə qardaş himayəsində qalır. Pambıq tarlalarında işləyərək zəhmətlə,əziyyətlə iki oğlunu atasız böyüdür. Böyük oğlu bir neçə il bundan öncə faciəvi şəkildə dünyasını dəyişir. Sevda ananın göz dikdiyi,ümidi,gələcəyi Rəşad Mahmudov idi.
Rəşad məktəbi bitirdikdən sonra 2007-ci ildə C.Naxçıvanski adına litseyə daxil olur, bitirdikdən sonra 2010- cu ildə H.Əliyev adına Ali Hərbi Məktəbə qəbul olur. Bir il ümumi qoşun (motoatıcı) ixtisasına yiyələnir. 2 ci kursda isə artilleriya ixtisasın seçir. 2014-cü ildə ali məktəbi bitirir. 1 il ərzində silahlı qüvvələrin təlim-tədris mərkəzində Zabit ixtisas kursunu keçəndən sonra 2018- ci ildən xidmətini davam etdirir.
Xidməti müddətində dəfələrlə könüllü olaraq ön xətdə xidmət etmək istəyi ilə müraciət etmişdir. Baş Leytinant Rəşad Mahmudov 2020-ci ildə iyun ayında istəyi həyata keçirilərək, Tovuzda ön xətdə xidmətini davam etdirir.
Mənfur düşmənlər yenə də işğalçı siyasətindən əl çəkmədilər. Bu dəfə Tovuz istiqamətində 2020-ci ilin 12 İyulun da hücuma keçdilər. Öz vəzifə borcunu yerinə yetirərkən, ön cəbhəyə gəldiyi 1 ayı tamam olmamışdı, Baş Leytinant Rəşad Mahmudov qəhrəmancasına əbədiyyətdəki uca məqamına şəhidliyə ucaldı. Şəhidlik məqamıyla Vətənə xidmətini, qələbə ümidi arzusuyla öz yoldaşlarına ötürdü. Şəhidimiz Rəşad doğulduğu Biləsuvarın Cürəli kəndində torpağa tapşırıldı.
Zəhmətiylə tikdirdiyi evi hazir olsun ailə quracaqdı Rəşad. Yarım qalan arzuları, yarım qalan ömrü kimi zəhmətiylə tikdirdiyi evi də yarımçıq qaldı .Arzusuydu min zəhmətlə onu böyüdən anasıyla tikdirdiyi evdə yaşaya bir ömür. Sevda ananında göz tikəcəyi Rəşadı idi, söndü ümid çırağı.
Şəkillərdən sual dolu
Qəm yağışlı baxışında,
Üzgün baxan şəhidimin
Taleyinin qarası var.
Ömür adlı bağçasında
Vaxtsiz solan arzuları,
Son ümidi ,son istəyi
Vətən adlı yarası var.
Arzuları kimi ömrü də yarım qalan şəhidim,səndən sonra vətən oğulları Vətən adlı yaranı da sağaltdılar,qisasını da aldılar.
27 sentyabr 2020- ci il tarixində II Qarabağ müharibəsinin başlanmasıyla,işğalda olan torpaqlarımızın azadlığı uğrunda oğullar sinəsin sipər etdilər.Müasir texnika
lara yiyələnən rəşadətli ordumuz yeni tarix yazdı şərəfiylə,qanıyla.Zəfər bayrağımız dalğalanır qan tökdüyünüz torpaqlarımızda.Ruhunuz şad olsun şəhidim, qisasınız alındı.
Prizident İlham Əliyevin sərəncamına əsasən,baş leytenant Rəşad Mahmudov ölümündən sonra “İgidliyinə görə” medalına layiq görüldü.
Allah rəhmət eləsin...
Müəllif: Aynurə İnci







Cannn məkanı cənnət olsun 🥀😢
YanıtlaSil