Şəhidlər qeyrət, şərəf, ucalıq zirvəsidir. Şəhidlər
həm vətən həm də azadlığın ucalan heykəl
daşıdır.Şəhidlər ölməzdir ölməzi ağlamazlar.Onlar allahın müqəddəslərinə
çevrilib.Öz ölümləri ilə ölməzlik qazanmış .,cənnətin qapılarını üzlərinə
açmış,əbədiyyətə qovuşmuş bəndələridir.
Şəhidlik
zirvəsinə ucalan daha bir aprel şəhidimiz əsgər Süleymanov Vüqar Natiq
oğludur.O, 1993- cü il 20 yanvar tarixində Şəkinin Böyük Dəhnə kəndində dünyaya
gəlmişdir.Sanki 20 yanvarda doğulduğandan alnına şəhidlik yazıldı.
Evin
son beşiyi iki bacının bir qardaşı Vüqar
Şəkidə doğulsa da atası Natiq
Süleymünovun işi ilə bağlı Bakiya köçdüyündən Orta məktəbi Baki şəhər 45 saylı
məktəbdə oxuyur.Orta məktəbi Əla qiymətlərlə
bitirib,404 balla Bakı Slavyan
universitetinin “beynəlxalq əlaqələr” fakultəsinə qəbul olmuşdu.Ömrünün çiçəklənən bahar
çağında 2015- ci ildə ildə Universiteti müvəffəqiyyətlə bitirir.Baxmayaraq
ki gözündə problem olduğundan hərbi xidmətə 2 illik möhlət verilmişdi, ancaq
Vüqar həmin ili
öz ərizəsi ilə könüllü hərbi xidmətə
yollandı.Əvvəlcə 3 ay Lənkəranda xidmət edir, sonra Füzuliyə aparırlar.Vüqar hərbidə
yeddi əsgər tabeliyində olmaqla kəşfiyyat
manqa komandiri idi.2016-cı ilin
martında məzuniyyətə gəlir . Bu gəliş son görüşü imiş Vüqarın ailəsiylə.Hətta hərbi
xidmətə gedəndə diplomunu almamışdı məzuniyyət
müddəti diplomunu da alir .Neçə arzuları
ürəyində qönçələnmişdi Vüqarın. Amma ömür bağçasını xəzan vurdu.
Oğlunun
oxuyub bir iş sahibi olsun , gələcəyi üçün gecə - gündüz çalışdılar valideyinləri.İsti
yuvasını qoyub oğluna görə Bakida kirayədə qaldılar.Bütün ümidləri heç oldu ürəyinə
bala dağı çəkilən,gözü yollarda qalan Zemfira ananın,bütün arzuları ürəyində
qalan beli bükülən Natiq atanın. Arzu və Aysel bacılarının qardaş toyunu görmək
arzusu ürəyində, gözləri xonçalarda qaldı.
2016- cı il
aprel tarixində , hərbi xidmətinin başa çatmasına üç ay qalmış,Lələtəpə
uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq vətənə olan borcunu
layiqincə yerinə yetirdi..Vüqarlı Vüqar
da aşdı əbədiyyat adlı dağı, şəhidlik zirvəsinə ucaldı. 23 yaşlı şəhidimiz
Vüqar Süleymanovun qönçələnmiş arzuları şaxta vuran bahar çiçəyinə döndü .5
aprel 2016 cı ildə doğulduğu Şəkinin Böyük
Dəhnə kəndində torpağa tapşırıldı.Rəhmət beşiyində uyuyan,məkanı cənnət şəhidimiz Vüqar Süleymanov...
Ölümündən
sonra göstərdiyi qəhrəmanlığa görə “hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli
medal ilə teltif edildi.
Allah
rəhmət eləsin....
Hazırladı: Aynurə İNCİ






0 Rəy:
Yorum Gönder