1.01.2021

AĞCABƏDİ QAZİSİ ABBASOV İLHAM AKİF OĞLU HAQQINDA AYNURƏ İNCİ YAZIR

 

Cəbhə bölgəsində yaşayıb,böyüyən uşaqların xatirələri mərmi səsləriylə düşən axşamlar,barıt qoxulu səhərlər oldu.Zəfər sorağında ,qələbə ümidilə böyüdülər.Ağcabədi eli də qorxmaz igidlər, vətənpərvər qəhrəmanlar yetişdirdi. Uşaqlıq illəri 1-ci Qarabağ müharibəsinin şahidi olan oğullar, 2-ci Qarabağ müharibəsinin cəsur döyüşçüləri idi artıq.

   7 avqust 1979-cu ildə Ağcabədidə ziyalı ailədə dünyaya gələn  İlham Akif oğlu Abbasov  2_ Qarabağ müharibəsinin   bu cür qəhrəmanlarındandır. İlham Abbasov yaşadığı rayonda M.Aranlı adına 11 saylı orta məktəbi 1996- cı ildə əla qiymətlərlə bitirərək,Gəncə şəhərində Azərbaycan Dövlət Kənd təsərrüfat Akademiyasının “Mühasibat uçotu  və audit” ixtisasina yiyələnmişdir. Ali məktəbi bitirdikdən sonra 2003-2005 – ci illərdə  Goranboy rayonunda  N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur və hərbi xidmətinin layiqincə yerinə yetirərək, “Baş Leytenant “ rütbəsinə laiq görülür. Hərbi xidməti başa vurduqdan sonra 2005-ci ildən başlıyaraq Ağcabədi Rayonunda Dövlət Sosial Müdafiə fondun da aparıcı mütəxəsis vəzifəsində çalışır.

İlham Abbasov vətənpərvər övlad, qayğıkeş atadır həm də . Vətənpərvər ruhda böyüyən 2 oğul övladı var. 

  Uşaqlıq illərinin qan yaddaşı olan doxsanlarda mənfur düşmənlərin işğal etdiyi torpaqlarımızın azad etmək məqamı yetişdi. 27 Sentyabr 2020-ci il 2-ci Qarabağ savaşı başladı. İllərdi ürəyi zəfər qisas hissi ilə döyünən vətənimin igidləri, torpaqları azad etmək amalı ilə canla-başla döyüşlərə qatıldılar.

  İlham Abbasov da ehtiyatda olan zabit kimi 29 sentyabrda döyüşlərə qatıldı. Cəbrayıl rayonu gedən döyüşlərdə fəal  döyüş yolu keçərək, Cəbrayıl ərazisində yaralanır. Kəllə-beyin travması və ayaqlarının tutulması diaqnozu ilə Füzuli rayon qospitalına yerləşdirilir. Bir müddət sonra Mİngəçevir mərkəzi xəstəxanasında müalicə alır. Hal-hazırda isə Bakı mərkəzi Hərbi Klinikasında müalicəsini davam etdirir. Qazimiz İlham Abbasov`a şəfalar diləyirik. Vətinin yarasını sağaltmaq üçün döyüşə qatılan oğulların rez bir zamanda öz yaraları sağalar. Sağ-salamat ailəsinə dönərlər.
 
  Vətənimiz bütövləşdi, torpaqlarımız azadlığına qovuşdu. Şəhidlərin qanı, qazi və hərbiçilərimizin zəhməti yerdə qalmadı. Uğrunda qan töküb, sağlamlığını itirdikləri torpaqlarda zəfər bayrağımız dalğalanır. 



İlham Abbasov da öz sağlamlığına qovuşar tez bir zamanda .  Göstərdiyi qəhrəmanlıq dəyərləndirilərək, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə 2020-ci il 18 dekabr tarixində qazimiz  İlham Abbasov “ Cəsur döyüşçü” medalı ilə , daha sonra 24 dekabr tarixində isə “ Cəbrayılın azad olunması uğrunda” medalı ilə təltif olundu.     

               












Hazırladı : Aynurə İNCİ.


 
 
 


1 Rəy: