1.01.2021

Aprel döyüşlərində şəhid olan Səyyar Knyaz oğlu Quliyev

 

Qərinələr, əsrlər keçsə də xalq tərəfindən unudulmayan  insanlardır  şəhidlər. Sizlər vətəni candan baha tutaraq canınızı  vətənə fəda etdiniz vətən də qarşınızda baş əyir,ölümü ilə ölümsüzlük qazanan  qeyrətli  oğullar.Unudulmaz şəhidlər.

Ölümü ilə ölümsüzlük qazanan bir aprel şəhidimiz Səyyar  Knyaz oğlu Quliyevdir. 

O 13 noyabr 1986-cı ildə Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndində anadan olmuşdu.

Ailədə 7 uşaq olublar.Evin sonbeşiyi olan Səyyarın uşaqlığı müharibə  illərini əhatə edirdi.Uşaqlığından müharibə, silah səsləri ilə boyümüşdü.Qızlar böyük olduğundan  alilə qurmuşdular.Dörd qardaşlar isə kiçik idi.

Müharibədən əvvəl  həmin kənddə ferma var idi.Səyyarın  atası   Knyaz kişi ferma müdiri olub.Müharibə başlayanda Füzulinin yarıs işğal  olunanda ordumuz  həmin yerdə qərargah yaratdı. Yurd- yuvaları işğal olunanda Səyyar  7 yaşında idi.Kənd boşalanda   Knyaz kişi fermasını da götürüb əvvəl Beyləqana ,sonra İmişlidəki mal yatağına gəlirlər.Orda da məktəb olmağından qardaşlar məktəbə gedə bilmədilər. Şox bəlalar şəkdi başlari ,ağır günlər yaşadılar.Əvvəl çadrda yaşadı uşaqlığını.Sonra Füzulinin kəndinə köçüb yaşayandan sonra 9 yaşında Səyyar birinci sinfə gedir.Ana və atası  cox əziyyətlə böyütdülər  uşaqlarını.Gah çadrlarda gah da palçıqdan,qarqıdan ev tikib uşaq saxladılar.Beləcə günlər yaşayıb məktəbə getdi Səyyar və bitirdi orta  məktəbini.2006-cı ildə Hərbi xidmətə yollanır .Layiqincə hərbi xidməti yerinə yetirib və Füzulinin  mühafizə polisinə işə düzəlir.Bir müddət sonra 2014- cü ildə   könüllü olaraq  eatadan evdən xəbərsiz ərizə ilə müraciət edərək ön cəbhədə  qulluq istəyir.Ordunun kiçik çavuşu kimi işə başlyir.Səyyar ordu sırasında serrast atıcı, PÜLEMYOTÇU idi.

29 yaşında yaşında   nikbin insan idi Səyyar .Hər kəs evlənməyini istəyirdi. Bacısı ağır xəstə idi və Səyyarın toyunu gorsün , arzusu ürəyində qalmasın deyə qonşu qəsəbədən Təranə adlı xanımla ailə qurdu. 3 ay sonra bacısı rəhmətə gedir.

3 aprel 2016-cı il ildə ildə gedən döyüşlər zamanı Lələ təpədə 4 nəfər əsgərlə istehkam qurduğu ərazidə , düşmən tərəfindən atılan mərmiylə şəhid olur.Onu şəhid olan ərazidən çıxaranda hərbiçi yoldaşları  vətənə torpağa bağlı  Səyyarın ovcunda torpaq görürlər.Son nəfəsində belə vətən torpağını əlinə alır şəhidimiz.

Ağır derddir 5 ay içində Şöhlə ana,Knyaz ata 2 övladını məzara qoydu.Oğul tabutunu qarşılayan ananın bağrı yarıldı,oğul derdinə dözməyən ata heykələ buza döndü.Həkimlərin yardımı ilə ata özünə gəldi və 4 apreldə oğlunu , şəhid  balasını torpağa tapşırır.

Ölümündən 4 ay sonra Səyyarın ömür bağçasının fidanı, balaca mələyi qızı Zeynəb dünyaya gəlir.Amma  həyat acımasız,ömrə vəfa yoxdur.Aman vermədi nakam ataya qızını görməyə, balaca mələyinin dilindən” ata” sözünü eşitməyə.Yalnız gələcəkdə şəhidimizin balaca mələyi  Zeynəb  fəxrlə deyəcək: “ mən canını vətənə fəda edən şəhid Səyyar quliyevin qızıyam.....

Məkanı cənnət şəhidimizə , “ hərbi xidmətdə fərqlənməyə görə IIl dərəcəli medal ilə təltif olunub......


HazırladıAynurə İNCİ

 

 

 

 


0 Rəy:

Yorum Gönder