1.01.2021

Şəhid Şəhriyar Əsgərovun xatirəsinə (şeir) Vüsalə VƏTƏNXAN

 










Bu gün göyərçinin qanadlarında,
Yüksələn ruhuma baxır vətənim.
Üç rəngli bayrağın ayparasında,
Şəhidlik rəmzini taxır vətənim.

Anam nalə çəkib diz çökən anda,
Tutun qollarından, qaldırın onu.
Mənsiz bükülməyə izn verməyin,
Oğul kölgəsitək qoruyun onu.

Vətənə qanımı halal etmişəm,
Bu haq belə asan verilməz ələ.
Qalmasın düşməndə bu pak torpağım,
Yoxsa yaralarım ağrayar hələ.

Allaha əmanət qoyub sizləri,
Əbədi cənnətə yol alıram mən.
Azadlıq uğrunda savaşan varsa,
"Şəhidlər ruhutək" yaşayar vətən.


Müəllif: Vüsalə VƏTƏNXAN (Mehri)

0 Rəy:

Yorum Gönder