Yeni bir tarix
yazır Azərbaycan ordusu
Qara bəxtli vətənin ağ bəxtin,ağ tarixin.
Sizlər qürur mənbəyi,bizim ümid yerimiz,
Qanınızla yazırsız siz Qarabağ tarixin.
Sizlər qürur mənbəyi,bizim ümid yerimiz,
Qanınızla yazırsız siz Qarabağ tarixin.
Bu dünyaya
bəllidir qüdrətiniz,gücünüz,
Bu düşmənə
qorxudu,düşmənə dağ deməkdir.
Sizsiz bizə
yaşadan bu qələbə sevincin
Atdığınız hər addım azad torpaq deməkdir.
Atdığınız hər addım azad torpaq deməkdir.
Otuz ildir həsrəti çəkilən torpaqları
Bu xalqa
qaytarırsız yuvaların, yurdların
Sizdə vətən
qeyrəti, sizdə döyüş əzmi var
Vətənimin qorxusuz,döyüşkən boz qurdları.
Vətənimin qorxusuz,döyüşkən boz qurdları.
Bu yol haqqın yoludur, Allah sizə köməkdir
Getdiyiniz hər yolun,sonunu zəfər etsin.
Canınız sağ-salamat, yolunuz açıq olsun
Allah sizi qorusun,sizi müzəffər etsin.!
Getdiyiniz hər yolun,sonunu zəfər etsin.
Canınız sağ-salamat, yolunuz açıq olsun
Allah sizi qorusun,sizi müzəffər etsin.!
***
"Azərbaycan
əsgəri"
Sənə zəfər yaraşır, sən qazandın bu adı
Bu gün
qalib olandır,Azərbaycan əsgəri.
Sən qaldır
zirvələrə,o üç rəngli bayrağı,
Şərəflə dalğalandır Azərbaycan əsgəri.
Şərəflə dalğalandır Azərbaycan əsgəri.
Bu gün hamı
bir əsgər,hamı bir generaldı
Qarabağın həsrəti artıq geridə qaldı
Qarabağın həsrəti artıq geridə qaldı
İgidlər canın verdi,Qarabağımızı aldı
Hərə bir qəhrəmandır,Azərbaycan
əsgəri.
Siz qələbə qazandız, biz şad xəbərlər aldıq
Sizin qüdrətinizlə , biz hamımız ucaldıq
Sayənizdə bu vətən yarimçıq deyil artıq,
"Bütöv Azərbaycandır"! Azərbaycan əsgəri.
Sizin qüdrətinizlə , biz hamımız ucaldıq
Sayənizdə bu vətən yarimçıq deyil artıq,
"Bütöv Azərbaycandır"! Azərbaycan əsgəri.
***
"Şəhidlər"
Otuz il,
Qarabağın ümidlə bizə tərəf,
Uzanan əllərini
tutanlardı şəhidlər.
Vətən sağ
olsun deyib,göz qırpmadan özünü,
Ölümün qucağına atanlardı şəhidlər.
Ölümün qucağına atanlardı şəhidlər.
Bəxti qara
vətənin bəxtini ağ edənlər
Bu
torpaqdan düşməni qovub uzaq edənlər
Canlarından can verib vətəni sağ edənlər
Qanını bu torpağa qatanlardı şəhidlər.
Canlarından can verib vətəni sağ edənlər
Qanını bu torpağa qatanlardı şəhidlər.
Özlərinə qürurlu,şərəfli yol seçənlər
Vətən,torpaq deyərək canlarından keçənlər
Şəhid olub Allahın dərgahına köçənlər
Vətən,torpaq deyərək canlarından keçənlər
Şəhid olub Allahın dərgahına köçənlər
O müqəddəs
məqama çatanlardı şəhidlər.
Üzünü güldürdülər,o qəmli Qarabağın
Sancdılar hər tərəfə Azərbaycan bayrağın
Üstündə qəhrəman tək can qoyduğu torpağın
Altında qalib kimi yatanlardı şəhidlər.
Sancdılar hər tərəfə Azərbaycan bayrağın
Üstündə qəhrəman tək can qoyduğu torpağın
Altında qalib kimi yatanlardı şəhidlər.
***
" Azərbaycan"
O dövlətsən,şərqdə
ilksən
Sən
ulusan,sən böyüksən
Soyun
türkdür,özün türksən
Azərbaycan,
Azərbaycan!
Bayraq
oldun,enmədin sən
Atəş
oldun,sönmədin sən
Haqq
yolundan dönmədin sən
Azərbaycan,
Azərbaycan!
Torpaq
deyib, bir hay saldın
Sənin
idi,geri aldın
Qarabağlı vətən
oldun
Azərbaycan,
Azərbaycan!
Bu gün hər
yer Qarabağdır
Vətən
tamdır,vətən sağdır
Daha sənin
üzün ağdır
Azərbaycan,
Azərbaycan!
Zəfər
çalmış bir ölkəsən
Qisas almış
bir ölkəsən
Sən,
ucalmış bir ölkəsən
Azərbaycan,
Azərbaycan!
30 ildir
uzaq düşdün
Çox
vuruşdun,çox əlləşdin
Nəhayət
ki,bütövləşdin
Azərbaycan,
Azərbaycan!
Müəllif: Rəvan Məmmədli






0 Rəy:
Yorum Gönder