Mən Şəhidəm!
Çünki, mənim damarımda vətən axır qan yerinə!
Qeyrətimdə, namusumda, bədənimdə can yerinə!
Son nəfəsi vətənimçün vermişəm qurban yerinə!
Siz yaşadın bu vətəni!
Mən şəhidəm,
Vətənimin torpağında, ağacında, suyundayam,
Yüz illərdir azadlığın yazılmayan sayındayam,
Artıq varam, ruhum azad! Bu vətənin hayındayam,
Siz yaşadın bu vətəni!
Mən Şəhidəm!
Məhəbbətim, sədaqətim vətənimçün müqəddəsdir!
Həqiqi eşqi var olan şəhadəti dadan kəsdir.
Vətən gülü yüz illərdir qan ağladı, daha bəsdir,
Siz yaşadın bu vətəni!
Mən şəhidəm!..
Mən cənnəti vətənimin azadlığında istərəm!
Bayrağı yüksələn yeri uçub səmada göstərəm.
Vətən üçün gərək isə ruhum ilə səfərbərəm,
Siz yaşadın bu vətəni!
Müəllif: Vüsalə VƏTƏNXAN Mehri
İnstaqram: vusale_vetenxan_mehri
Youtube: Yazar Vüsalə Vətənxan
FB: Gənc Yazar Vüsalə Vətənxan Mehri
0 Rəy:
Yorum Gönder