1.12.2021

Qısa ömür payı, 2 ay 4 günlük hərbi həyatı yaşayan nakam Şəhid Xəyyam Daşdəmirov.

 

Qısa ömür payı, 2 ay 4 günlük hərbi həyatı yaşayan nakam

  Şəhid Xəyyam Daşdəmirov

    1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında  imzalanan atəşkəslə hərbi əməliyyatlar başa çatmışdır. Atəşkəs şəraitində yaşadığımıza baxmayaraq, bu müddətdə nə qədər şəhidlərimiz oldu. Neçə ocaqlar söndü, neçə ana oğulsuz, ailələr başsız, usağlar atasız qaldı. Avqust Döyüşlərində(2014), Aprel döyüşlərində(2016), 2020-ci ilin İyul Döyüşlərində qanları ilə tarix yazan, özləri tarixə dönən Şəhidlərimiz çox  oldu.  Neçə- neçə igid oğullar canlarından keçərək, ölümləri ilə ölümsüzlük qazanaraq şəhadətə ucaldılar.  Belə oğullardan biri 22 Fevral 2002-ci ildə İsmayıllı rayonun Balik Kəndində anadan olan, Xəyyam Məhəmməd Oğlu Daşdəmirovdur. Əvvəl 1 ci sinifi anadan olduğu kəndə oxuyub, sonra Bakıya köçərək,  Biləcəridə  orta məktəbi oxuyub başa vurur.  2020- ci ilin Mayın 8-i Xəyyam Daşdəmirov Vətən sevgisi ilə, qələbə arzusuyla vətənə yollanır.  Hərbi xidmətini Tovuz Rayonu ərazisində davam etdirir.  Hərbi həyatıda ömrü kimi qısa olur.  2 ay dörd  günlük vətənə xidmətini  Xəyyam qələbə arzusuyla yoldaşlarına ötürdü Şəhidliyi ilə .  12 İyul 2020- ci il tarixində  Tovuz  istiqamətində gedən döyüşlərdə  şəhadətə yüksələn 12 şəhidlərdən 1-i olur. Qısa hərbi həyatı, qısa ömür yolu geridə qalan isə şəhid  Xəyyamdan qalan

Unudulmaz xatirələri və şəhid anasının fəryadı. Şəhidimiz Xəyyam Daşdəmirovun atası Məhəmməd Daşdəmirov 4 il Qarabağ uğrunda gedən düyüşlərdə iştirak etmşdir.Amma şəhidlik oğluna qismət oldu.

 Həyat bağçasında vaxdsız soldu Xəyyam. Vətən borcunu layiqincə yerinə   yetirərkən, əbədiyyət adlı dağı aşdı,Şəhidlik zirvəsinə ucaldı.. 18 yaşlı Şəhidimiz Xəyyam Daşdəmirovun qönçələnmiş arzuları şaxta vuran bahar çıçəyinə döndü.18 illik ömründə 2 ay 4 günlük hərbi həyatı yaşadı. Şəhidimiz  doğulduğu İsmayıllının Balik kəndində torpağa tapşırıldı.

     Bütün ümidləri heç olan Şəhid anası Vüsalə Daşdəmirovanın fəryadı göyə ucaldı, ürəyinə bala dağı çəkildi, gözü yollarda qaldı.  Nə desəm, nə yazsam

Şəhid anaların qəlbi ovutmaz. Xəyyam kimi nakam Şəhidlərin qarşısında baş əyirik. Məqamı uca olsun. .

27 sentyabr 2020-ci il tarixində əks hücüm əməliyyatı nəticəsində Ikinci Qarabağ müharibəsinin başlaması və işğalda olan torpaqların azad olunması, həm də Xəyyam kimi şəhidlərimizin qisas  məqamı idi.

Uğurunda qan tökdükləriniz torpaqlar geri alındı,zəfər sevincini yaşadan igid oğullar sizlərin qanınızı yerdə qoymadı..

Allah cəmi Vətən uğrunda candan keçən şəhidlərimizə rəhmət eləsin.

                                                                                        

Hazırladı: Aynurə İNCİ.



0 Rəy:

Yorum Gönder