Aysel Nəsirzadəni 2016- cı ildən yazar kimi
tanımışam. Tanıdığım vaxtdan xarakteriylə sevdirdi özünü.Qəlbi Vətənlə döyünən,vətənpərvər,hamının
dərdinə yanan, həssas qəlbli , ən çətin anlarında dualara üz tutan,allaha sığınıb, şükür etməyi bacaran
biridir.
“Zərif kölgələr”layihəsinə rəhbərlik edib gənc xanım yazarları topladığı vaxtdan doğmalaşdı bizlərə. Onun şəhid analarına necə qəlb acısıyla yanaşdığının onları təsəlli etməyi çalıışdığının şahidi olmuşdum yazılarında. Axı özü də iki övlad anasıydı...
Qəlbi Vətən həsrətiylə döyünən , Zəngilanın
azadlığına , zəfərə doyunca sevinməmiş, yeni il girər –girməz ağir itkiylə üzləşdi
Aysel.
Zərif kölgələr komandası olaraq 2 yanvar
tarixində aldığımız kədərli xəbərdən sarsıldıq. Sağalması üçün sonsuz dualar
etdiyimiz Toğrul balamızı itirmişdi. Ağlımıza gəlməzdi biz də Ayseli övlad
itirmiş ana kimi təsəlli etməyə çalışarıq.
Günlər idi ki, böyük övladı Toğrul ilə birlikdə xəstəliklə mübarizə aparan ,vətən boyda ürəyi olan Ayselin həyatında dərin kədər iz qoydu.Övlad itkisi,təsəllisiz dərd...
Bir müddət amansız xəstəliklə mübarizə aparsa
da 10 yaşlı Toğrul Bağırzadə cənnət mələyi oldu.Toğrul balamız 10 illik ömür
payina sığdırdı cənnət sakini olmağı. Ondan qalan isə, qısaca ömrün unudulmaz
xatirələri olacaq.
Kiçik oğlu Tuncay isə hələ dəqardaşının yoxluğundan
xəbərsizdi. “Xəstəxanadadır.,sağalıb gələcək qardaşın” sözləriylə oğlunu təsəlli
edən Ayseli mən necə təsəlli edim bilmədim...Axı övlad itkisinə təsəlli
yoxdur.Mənim üçün doğma olan Ayselə, tək ümidi Tuncayi yaşatmaq üçün həyatda dözüm,sonsuz səbr diləyirəm.Bütün ailəsinə
dərin hüzünlə başsağlığı verirəm.Cənnət mələyi Toğrul balamızı hörmətlə,sevgiylə
anırıq...
Allah rəhmət eləsin.
Hazırladı : Aynurə İNCİ








0 Rəy:
Yorum Gönder