Yerimiz cənnətdir.
-----------------------------
Kömülmülmüş olsam da torpağa Ana,
Ağlayıb tökmə sən o göz yaşların.
Yayılıb Mübariz ismim hər yana,
Siz yüksək etməyin o baş daşların.
*
Şəhidlər ehtiyac duymur onlara,
Çünki,biz çatmışıq gözəl anlara.
Bilirəm,od vurub ordum yanlara*1
Qaytarıb torpağın sağ qalanlara.
*
Cəbrail olsa da mənim tək şəhid,
Ruhu şad haldadır,budur önəmli.
Ölübdür deməyin,köçübdür igid,
Anası olmasın gözləri qəmli.
*
Polkovnik Mirzəyev İlqarın adı,
Hallanır Vətəndə xəbərdarıq biz.
İçərək deyir ki, Kövsərin*2 dadı,
Başqa bir dad verir xali olun Siz.
*
Unutmaq olarmı Qasimi bir an,
Fəxr edir bizimlə o mərd qardaşım.
İşidin "dövlətin" o etdi viran,
Bayrağım qoy olsun mənim baş daşım.
*
Ana can,Polad da bizimlədir,bil,
Ruhu şad haldadır o cəngavərin.
Gözündən yaş gəlsə həmin anda sil,
Yerimiz cənnətdir biz şəhidlərin.
-----------------------------
Kömülmülmüş olsam da torpağa Ana,
Ağlayıb tökmə sən o göz yaşların.
Yayılıb Mübariz ismim hər yana,
Siz yüksək etməyin o baş daşların.
*
Şəhidlər ehtiyac duymur onlara,
Çünki,biz çatmışıq gözəl anlara.
Bilirəm,od vurub ordum yanlara*1
Qaytarıb torpağın sağ qalanlara.
*
Cəbrail olsa da mənim tək şəhid,
Ruhu şad haldadır,budur önəmli.
Ölübdür deməyin,köçübdür igid,
Anası olmasın gözləri qəmli.
*
Polkovnik Mirzəyev İlqarın adı,
Hallanır Vətəndə xəbərdarıq biz.
İçərək deyir ki, Kövsərin*2 dadı,
Başqa bir dad verir xali olun Siz.
*
Unutmaq olarmı Qasimi bir an,
Fəxr edir bizimlə o mərd qardaşım.
İşidin "dövlətin" o etdi viran,
Bayrağım qoy olsun mənim baş daşım.
*
Ana can,Polad da bizimlədir,bil,
Ruhu şad haldadır o cəngavərin.
Gözündən yaş gəlsə həmin anda sil,
Yerimiz cənnətdir biz şəhidlərin.
Gözlərin aydın olsun ay Ana.
-----------------------------
Gözlərin aydın olsun ay Ana,
Şəhidəm mən artıq,fəxr et ey canım.
Sevincdən gözlərin dolsun ay Ana,
Qürur duy sən də ey Azərbaycanım!
*
Muhəmməd ismini verdiniz mənə,
Bu fani dünyaya gəldiyim zaman.
Təşəkkür edirəm Ana can,sənə,
Sevindim ruhumu verdiyim zaman.
*
Cənnətin qoxusun duymuşam artıq,
Nigaran qalmasın Atam mənimçün.
İlahi nemətdən uymuşam artıq,
Axıdma göz yaşın Anam,şəhidçün.
*
İlahi,qalib et bizim ordunu,
Məğlub et düşməni,sevindir bizi.
Hifz et hər zaman odlar yurdunu,
Qalmasın yurdumda düşmənin izi.
-----------------------------
Bayrağım,dalğalan can Qarabağda,
Yurdundur bu odlar diyarın,sevin!
Dalğalan bu doğma aranda,dağda,
Şöhrəti,şanısan sən hər bir evin!
*
Əbədi yüksəlmiş bayrağımızsan,
Sən Məmməd Əminin yadıgarısan.
Hər zaman,hər yerdə şüarımızsan,
Bu odlar yurdumun iftixarısan!
*
Bəxtiyar ölkənin bayrağısan sən,
Ordumun qüruru,fəxrisən hər an!
Düşmənin önündə göz dağısan sən,
Olmasın sənsiz bu diyarım bir an!
-----------------------------
-----------------------------
Şərəfim,şöhrətim,canımsan Vətən!
Var ol hər zaman odlar diyarı!
Şadam ki,varımsan,şanımsan Vətən!
Dünyaya səs salan odlar diyarı!
*
Səninlə fəxr edir hər vətəndaşın,
Ey azad diyarım,Azərbaycanım!
Tarixin qədimdir,bilinmir yaşın,
Vətənsiz olmasın canım,bir anım!
*
Varlığın şərəfdir bizimçün inan,
Məhşursan Bakınla sən gözəl diyar!
Biz qürur duyuruq səninlə hər an,
Arzumdur hər zaman olaq bəxtiyar!
(Cəng)
--------------------------
Ordumun əsgəri, var ol hər zaman,
Biz qürur duyuruq səninlə əsgər!
Vermədin düşmənə bir an sən aman,
Mərdliyin,iradən,gücünlə əsgər!
*
Sən yazdın tarixi şücaətinlə,
Qarabağ bizimdir,doğma diyardır!
İgidlik etdin sən məharətinlə,
Bu odlar diyarı tam bəxtiyardır!
*
Qalibsən sən bu gün Vətən əsgəri,
Sən məğlub etmisən yağı düşməni!
Rəbbimiz qorusun sənin tək nəri*,
Diz çökdü önündə mənfur erməni!
*
Qarabağ azaddır, gözlərin aydın,
Sevin ey diyarım,Azərbaycanım!
Xalqımız da şaddır,gözlərin aydın,
Canım ey vüqarım, Azərbaycanım!
----------------------------
Ata can,mən artıq igid əsgərəm,
Xalqımı qoruyan bir səfərbərəm*1!
Borcumdur Vətənə xidmət eyləmək,
İgidəm,qorxmazam,Vətənpərvərəm!
*
Qorxmuram mən heç bir alçaq dığadan,
Düşmənə göz dağı,nər oğlu nərəm*2!
Sipərəm hər zaman düşmən önündə,
Vətəni qoruyan bir hünərvərəm*3!
*
Vətənim əzizdir mənimçün Ata!
Var olsun diyarım,Azərbaycanım!
Qədimdir tarixi odlar yurdumun!
Olmasın Vətənsiz mənim bir anım!






0 Rəy:
Yorum Gönder