12.24.2020

CƏNAB ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVƏ HƏSR - ŞEİR




Mərd oğullar məskəninin,
Mərd oğlu, Sərkərdəsisən!
Heydər oğlu İlhamımız,
Milli ruhun müjdəsisən!

Bircə əmrinlə azaddır,
Qarabağın hər guşəsi.
Ağdam, Xocalı, Cəbrayıl,
Şuşanın bül-bül nəşəsi.

Laçın, Qubadlı, Zəngilan,
Füzuli, Kəlbəcər, hər yan!
Canım qurban, Suqovuşan,
Yaşasın Azərbaycan!

Dünya susan haqsızlığa,
Susmayan tək Komandansan!
“Dəmir Yumruq” səsi gəldi,
Biz – igidlər diyarından!

Azadlıq uğrunda gedən,
Qanlara qanlar qarışır,
Bütün dünya seyr edərək,
Haqlı savaşdan danışır.

Qəhramanlıq sərgiləyən,
İgidlərlə bir oldun Sən!
Bayrağına sadiq olan,
Cənab Ali Baş Komandan!


Müəllif; Vüsalə VƏTƏNXAN Mehri.
24.12.2020


0 Rəy:

Yorum Gönder