12.29.2020

Ağcabədi şəhidi Ömər Rəhimliyə həsr (şeir) - Aynurə İNCİ

 












Şuşa torpağının dağ-yoxuşunda,

Şəhidim Ömərin izləri qaldı.
Qələbə diləyi,Vətən sevgisi,
Ürəkdə arzusu, sözləri qaldı.


Düşmənə bir dəfə aman vermədi,
Döyüşdə göstərdi igidliyini,
Sığdırdı çox qısa əsgər ömrünə,
O uca məqamı şəhidliyini.


Uğrunda qan töküb candan keçdiyi,
Azaddır hər qarış Vətən torpağı.
Qisası alındı ruhu şad olsun,
Zirvəyə sancıldı zəfər bayrağı.


Müəllif: Aynurə İNCİ

0 Rəy:

Yorum Gönder