Düşmən hər zaman pusquda durur oyaq olur. Ayıq-sayıq igidlərimiz onları hər zaman geri oturdurdu. Artıq Tovuz döyüşləri səbrimizin son həddi idi. Hər kəs "ya Qarabağ, ya ölüm" şüarı ilə könüllü olaraq səfərbərliyə yazılırdı. Onlardan biri idi Bilal da. Vətənini anası qədər, qızı qədər çox sevirdi. Bəlkə də daha çox sevirdi. Daxilində tügyan edən sevgi ilə Hərbi Səfərbərliyə könüllü olaraq yazılır. Heç kim heç nə bilmirdi. Evlərinə gələn qəfil zəng bu sevginin böyüklüyünü göstərdi hamıya. Yenə də sevinərək yola düşdü. Ən böyük arzusu idi Şuşaya bayraq sacmaq. Bütün varlığı ilə inanırdı qələbəyə.Və inamında haqlı idi. O, Hadrut, Cəbrayıl və Füzuli rayonlarının alınmasında fəxarətlə döyüşürdü. Elə uşaqlıqdan qoruduğu şən əhval-ruhiyyəsini döyüşlərdə də saxlayırdı. Döyüşçü yoldaşları da onu çox sevirdi. Haqqında hər zaman qürurla danışırlar. Noyabr ayının 2-də üç dostdan biri qəlpə yarası alaraq yaralanır. Bilal və Əbdül adlı daha bir əsgər onu xəstəxanaya yola salırlar. Yenidən qayıdırlar Şuşa uğrunda gedən döyüşlərə.
Çox vaxt nə hisslər, nə də yuxular aldatmır adamı. Son gün Bilal ailəsi üzvlərinin yuxusuna bir başqa cür girir. Sonuncu danışığı 3 gün əvvəl olmuşdu ailəsi ilə. Çox qısa danışır, harasa tələsirdi sanki. Bəli o, vətənin tam olaraq azadlığa çıxacağı günə tələsirdi, şəhadətə tələsirdi özü bilmədən, bilməmişdi tanrı tərəfindən seçildiyini. Son cümləsi bu olmuşdu:"özünüzdən muğayat olun, qızımdan muğayat olun". Noyabr ayının 3-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq şəhid olur Bilal. Amma ailəsi bundan iki gün sonra xəbər tutur. Noyabr ayının 6-da Bilal Badamdar qəbristanlığında dəfn edilib uğrunda can verdiyi torpağa əmanət edilir. Onun adını əbədiləşdirmək üçün Gürcüstanda yaşayan qohumları Arıxlı kəndinə bulaq çəkdirir.
Vəzifə borcunu layiqincə yerinə yetirən Qənbərov Bilal Xanlar oğluna ölümündən sonra "Vətən uğrunda" medalı verilir. Vətən uğruna canından keçən hər kəs, hərbi şəhid canımızdan bir parçadır.
Müəllif: Atlaz Rzayi
0 Rəy:
Yorum Gönder