Vətən sevgisi - mənim ilk addımım, ilk ana deyişim, ilk nəfəsim,
ilk ürək döyüntüm, ilk fənnim, ilk sirrdaşım və bütün mənalı ilklərimdir. Həyatım
boyu kitablardan oxuduğum, sənədli filmlərdən izlədiyim, heç vaxt ayaq basa
bilmədiyim, yaşlı nəsildən eşitdiyim doğma Azərbaycanımızın, vətənimin o gözəl
guşələrindən olan Qarabağın düşmən tapdağı altında qaldığını, gözəl mənzərələri
Şuşamızın, Laçın, Ağdərə, Kəlbəcər, Xocavənd, Xocalı, Füzuli, Ağdam, Cəbrayıl,
Qubadlı, Zəngilan və digər işğal altında qalmış rayonlarımızın necə darmadağın
edildiyini oxuduqca ürəyim sızlayır, günahsız, məzlum körpələrimizin, zərif
analarımızın, mərd oğullarımızın, əliyalın, silahsız vətəndaşlarımızın erməni qətliamına
necə qurban getdiklərini gördükcə bağrım yarılırdı. İlahi, bu zülmə niyə səssiz
qaldıq, niyə şəhidlərimizin qanı yerdə qalmalıdır axı.
Mən də vətənpərvər gənc yazar kimi daim
bu məqamları qələmə alaraq qəlbimin dərinliyində gizlətdiyim ahımı ovudur və bu
ahımızın bir gün dinəcəyini xəyal edərdim. Atalarımızın qanı bir gün
alınacaq. Bir gün şəhid övladları sevinəcək. Şəhid qızlarının üzünə təbəssüm gələcək.
Heç bir şəhidin qanı yerdə qalmayacaq. Və bu, o günə doğru birgə addımladığımız
əyyam idi ki, həqiqətən
də 30 il sonra cənab Prezidentimizin layiqli imzası ilə bütün Azərbaycan
xalqının, gənc, orta, yaşlı nəsil olmaqla oğullarımız, igidlərimizin ön cəbhəyə
vətən sevgisi ilə necə can atdığını birlikdə gördük. İçində qardaşım olmaqla digər süd qoxulu
balalarımızı Allah
qorusun. Mən sizinlə fəxr edirəm. Siz mənim atan ürəyim, şah damarım,
qeyrətli qardaşlarımsınız.
Mən indi sevincimi, kədərimi
ayrı-ayrılıqda ifadə edə bilmirəm. Günlərdir döyüş getdikcə olan itkilərimiz və
zəfər səsləri. Göz yaşlarımın harmoniyası. Duyğularımın emosiya üzərində rəqs
etdiyi, xəyallarımın gerçəkləşdiyi anlar. Hisslərimin qarışdığı bir nöqtədən
xalqıma səslənirəm, yaxşı ki Azərbaycanlıyam və yaxşı ki haqq ölkəsiyəm!
Mənim igid qardaşlarım! Uca Allah
dizlərinizə, qolunuza qüvvət versin. Allah sizləri qorusun. Vətən sizə, siz də
Allaha əmanətsiniz! Allah bir daha bu xalqa ağrı, acı yaşatmasın. Kaş ki, bütün
faciələrimiz geridə qalsın, qalacaq da. Zəfər bizimdir çünki. Qarabağ bizimdir!
Mən bu il xalqımızın həqiqi mənada
necə həmrəy olduğunun şahidi oldum. Başda ordumuz olmaqla, xalqımızın böyük qəhrəmanlıq
və şücaətlə torpaqlarımızı almaq uğrunda necə can qoyduqlarını, igidlik və mərdlik
nişanələrini artıq kitablardan, filmlərdən yox, real görüntülərdə görüb izlədik.
Orduda döyüşən əsgərlərimizlə yanaşı ürəyi vətən eşqi ilə döyünən əsgər
anaları, ataları, ordumuzun gücləndirilməsi üçün əl-ələ verib arxa cəbhədən ön
cəbhəyə yardım yollayanlar, qurban kəsənlər, dua edənlər, gecə sübhədək
yatmayıb xəbərləri izləyərək gərginlik və stres içində vurnuxanlar, pensiyasını
alıb əsgərlər üçün qida, ərzaq alıb yollayanlar və daha sadalamadığım bir çox
sevindirici hallar... bu bizim əsl həmrəyliyimizin nişanəsi idi.
Mən sevinirəm ki bu il dünyanın
müşahidə etdiyi ən çox "Ürəyi Vətən Eşqi İlə Döyünən
Xalq" kimi tanındıq. Bundan sonra daha da güclü olacağıq. Bu il Cənab Ali Baş Komandanın
"Qarabağ Azərbaycandır!" şüarı ilə torpaqlarımızı işğalçılardan azad
etdik. Biz Xarı Bülbülü azad etdik! Ağrılı,
acılı ilin nidası olaraq deyə bilərəm ki artıq ərazi bütövlüyümüz bərpa edilir.
Şəhidlərimizin qanı yerdə qalmadı və qalmayacaq! Mən bütün şəhid analarının
qarşısında baş əyirəm. Vətən mənim
damarlarımda axan qandır!
Hər birimizi Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə ürəkdən
təbrik edirəm.
Müəllif: Vüsalə VƏTƏNXAN Mehri
İnstaqram: vusale_vetenxan_mehri
Youtube: Yazar Vüsalə Vətənxan
FB: Gənc Yazar Vüsalə Vətənxan Mehri







0 Rəy:
Yorum Gönder