Texnologiya inkişaf etdikcə, insanlar da
getdikcə tənbəlləşir. Tənbəllik qolumuzdan tutub, bizə imkan verməyən bir
gücdür. Təbii ki, bütün günahı da texnologiyanın üstünə yıxmaq düzgün deyil.
Əslində tənbəlliyin bir çox səbəbi var, bunlardan biri isə insanın rahatlığını
düşünməsi, bütün gün “yatması” deyil, sadəcə olaraq istəksiz olması ola bilər.
Tənbəllik bir çox səbəblərdən də yarana bilər, depressiya, xroniki yorğunluq sindromu,
şizofreniya kimi simptomları buraya aid etmək olar.
Əgər tənbəlllik həyatımıza müdaxilə etməyə
başlayıbsa, özümüzü nəzərdən keçirməyin vaxtı gəlib deməkdir. Bəs insanlar niyə
tənbəl davranışlar sərgiləyir?
1
Uşaqlıqda ailənin aşılamış olduğu bir rahatlıq varsa; Məsuliyyəti
anlamayan uşaq, yaşı irəlilədikcə həyatında da məsuliyyəti dərk etməz və işlərinin
başqaları tərəfindən həll ediləcəyini düşünərək davranar.
2
Motivasiya əskikliyi varsa: Əgər insan özünü bir vəziyyətə kifayət qədər
motivasiya edə bilməyibsə, heç nə etmək istəməz. Tənbəlliyin ən yaxşı dostu
“istəksizlikdir”. Bir şeyi etməyi istəmək, motivasiyalı olmağı tələb edir.
Uğurun yarısı istəmək deyil, istəməyə motivasiyalı olmaqdır!
3 Üzləşməkdən
qorxursunuzsa: Bəzən insan çətinliklərin öhdəsindən gələ bilməcəyini və ya
uğursuz olacağını düşünüb, həmişə asana üstünlük verərək, üstdəki pilləni
deyil, altdakını seçməyi özünə nümunə götürər.
4 Aktiv
olduğunuz bir vəziyyət sizi xoşbəxt etmirsə: Bu, təhsil və ya iş həyatınızda ətrafınızdan
gələn reaksiyaların mənfiliyi ilə birbaşa əlaqəli bir vəziyyətdir. Əgər
gördüyümüz işi sevərək və istəyərək etmiriksə, bu vəziyyət təbii olaraq
performansa da təsir edəcək. Performansı aşağı olan insan ətrafından müsbət
reaksiyalar ala bilməz və passivliyə üstünlük verər.
5 Dəyişməyə
qarşı dirəniş varsa: Əgər bir insan dəyişəcəyi zaman məğlub olacağını düşünürsə,
olduğu yerdə saymağın özünə daha az zərərı uğrayacağını düşünər.
6
Ətrafınızdakı passiv insanlar çoxdursa: “Mənə dostunu göstər, sənə kim
olduğunu deyim” sözündən yola çıxsaq, insanın birlikdə vaxt keçirtdiyi insanlar
və ya dostlar həyatı yavaş ritmdə yaşamağa üstünlük verən insanlardırsa, bu, həmin
insanın da həyatına təsir edər.
Tənbəlliklə necə mübarizə aparmalı?
1 Tənbəl hüceyrələri beyninizdən uzaqlaşdırıb
canlandırmaq üçün bir stəkan su için.
2
Motivasiyanını heç vaxt azaltmayın, hər zaman özünüzə sizi istəkli hala
gətirəcək sözlər deyin.
3 Başlanğıc edin, hər şey gözəl bir
başlanğıcla başlayır. Ən çata biləcəyiniz, real xəyallar qurun və edə biləcəyinizə
inanın.
4
Siyahılar yaradın, balaca kağızlara nə edəcəklərinizi yazıb otağınıza
yapışdırın.
Müsbətə fokuslanın, mənfiləri düşünüb özünüzü
təqdir etməyi nəzərdən qaçırmayın!
5 Lampa
olub ətrafınıza işıq saçın, şam olub dibinizi aydınlatmayın!
6
Keçmişə ilişib qalmayın, gələcəyə fokuslanın və həmişə gələcəyə dair qərarlar
alın.
7 Məqsədinizi
müəyyən edin, kiçik hədəflərlə irəliləyin.
Tənbəlliklə əlaqəli deyə biləcəyimiz çox şey
var əslində, amma əsas təsir isə insanın məqsədsiz olmasıdır. Hədəfi olmayan
insan heç nə etmək istəməz.
@ FİKİR
ADAMI, KÖŞƏ YAZARI
Təbriz
İsmayılov (051-571-71-61)







Tənbəllik içimi aldığı bir vaxtda yaxşıki çıxdı qarşıma. Ən azından ara yerdə 1 stəkan su içdim. Hətta buna da tənbəllik edəcəydim az qala.
YanıtlaSil