8.02.2020

Məni motivə edən cümlələr... - Vüsalə VƏTƏNXAN (Mehri)


Mən həssas insanam. Bu günə qədər həssaslığımdan heç bir şikayətim olmayıb. Əksinə həzin duyğulu insan olaraq həyatımın ağırlığından məmnunam. Mənə elə gəlir ki, qəlbi geniş insanlar həssas olur. İnsanı həssas edən yaşadıqlarıdı və çətinliklərlə baş edən insanın gücünün qarşısında acizəm. Mən də az şey yaşamamışam, bəzən güclü və bəzən gücsüz ola bilirəm. Ona görə özümdə güc toplamışkən bir neçə məsləhətyönlü statlar yazmaq istəyirəm. Mənim 28 yaşım var. Düşüncələrimi, həyata nə cür baxdığımı sizlərlə paylaşacağam.

Mənə görə;

*Keçmişdə qalmaq gələcəyi məhv edir.

*Geriyə baxan önünü görməz.

*İnsanı yüksəldən onun gələcək planlarıdır.

*Keçmiş səni sıxırsa gələcəyinə inan və onu yaxşıya doğru dəyişdirməyə çalış.

*Dünən bu günün düşmənidir, nəinki sabahın.

*Keçmişdə qalan gələcəyə gecikər.

*Məqsədin nə olursa olsun, sonuna qədər getmirsənsə, acizsən.

*Getmək istəyən yol axtarmaz. Gedər...

Ps. "Keçmişini bilməyən gələcəyini bilməz" misalının yeri deyil." Mənim məğzim psixoloji baxımdandır.

Bu arada məni motivə edən cümlələri də qeyd edim.

* Özünə inam və əminlik bütün uğurlara imza atmaqdır. Rövşən Abdullaoğlu

* İstifadə edən şəxslər istifadə edilən şəxslərə möhtacdırlar. Vüsalə Vətənxan

* Gözümü yumduğumda qaranlıqda gördüyüm qarışıq rəngli işıqlar Allahın işığıdır ki heç zaman tükənmir. Motivəm

* Hər bir çətinlikdən sonra mütləq bir asanlıq var. İnşirah, ayə 3

* Dünya genişdir, olduğun yerdə xoşbəxt deyilsənsə bir addım önə gəl. Konfusti

* Öz doğruların başqalarına yanlış gəlir deyə doğrularından əl çəkmə. Epikür

* Allah qarşısında əyilməyən heç vaxt ucala bilməz. İmam Hüseyn.

* Başqasına bənzəməyə çalışmaq, onun köləsi olmaq deməkdir. Konfusti

* Əslində həyatda pis və yaxşı heç nə yoxdur. Məsələ insanların hadisələrə nə cür baxmasından asılıdır. Şekspir.


@ Vüsalə VƏTƏNXAN. -Həyat müşahidələrimdən...



0 Rəy:

Yorum Gönder