7.30.2020

Fuad Nəsimi - Qəzəlləri.














Hər gül gözəl olmur gülə bənzərdə gül olmur,
Gül bənzəri sənsən sənə bənzər gülümüz var.

Gül bənzəri olsanda deyilsən axı sən gül,
Sən tək gözələ bircə bərabər gülümüz var.

Gülllər bəzəmiş güllü-gülüstani əzəldən,
Solmuş hamı bənzər sənə bir tər gülümüz var.

Gül ruyinə bənzərmi görən hansısa bir gül,
Bu bağidə bənzər sənə madər gülümüz var.

Hər güldə bu ecaz bu təravət dəxi olmaz,
Baş əydi sənin tək gülə,güllər gülümüz var.

Sayəndə tanınmış bütün aləmdəki güllər,
İffətli olan ləl ilə gövhər gülümüz var.

Gül bənzəri gül,Zeynəbi Kubra kimi güldür.
Bir güldə əmanətdi peyəmbər gülümüz var.

Bir ali gülün təşbihi meyarə gələrmi.
Yaz səndə Fuad ali müyəssər gülümüz var.

***

Qəm yanğısı tək yaş hələ gözdən süzüləndir.
gözdən süzüləndir.

Göz yaşı tökülmüş üzə üzdən süzüləndir
Üzdən süzüləndir.

Hicran özü aşiqlərə qəmdəndə betərdir,
meyari bilinmir.

Qəm güşəsi sirac eliyir qəlbimə hər gün,
miqdarı bilinmir.

Bəzən səni ən duyğulu anlarda düşündüm,
Əfsus ola əfsus.

Qəm adlı libasə elə hər dəfə büründüm,
Etdin məni məyus.

Sənsiz sənə çatmaq məni sənsizliyə çəkdi,
Hər sadə görüntü.

Yandım sənin əlbətdə fərağında tutuşdum,
Qəlbimdə üzüntü.

Sən hüsnü cəmalında olan cizgilərindən,
Etdin məni heyran.

Bir ülvi məhəbbət yaşam hissiylə yarandı,
Canım sənə qurban.

Yarim səni axtarmağımın lütfidi səndə,
Saldın məni dərdə.

Verdin elə dərdi,onu gəzsəmdə tapılmır,
Bir qeyri bəşərdə.

Eşqində Fuadın yolu düşdükcə cəfayə,
Qərq oldu cəfayə.

Mən hali pərişan baxıram zövqi səfayə,
Düşdükcə bəlayə,
Yoxdur elə sayə,
Gəlsinki harayə.
Qəlb düşdü nəvayə.

***

Dilərəm baxmaq üçün mən o gülüstan üzünə.
Məni həsrətmi qoyursan güli reyhan üzünə.


Mən ümidi puça dönmüş biriyəm illərdir.
Bu bəlakeş qəm edir ki,baxa hər an üzünə.


Niyə ruyin bu qədər gözdən uzaq yerdə qalıb,
Dəmi var seyrə çıxım ali güləfşan üzünə.


Bu gecə namə səbadan sənə göndərdim mən,
Neçə dürdanə kəlam eylədim ehsan üzünə.


Gecə qəm vaqiyəsi gün üzü ondanda betər,
Necə qəmxarəm əzizim şəbi-hicran üzünə.


Üzünün nuruna şövq ilə mələklərdi baxan.
Fuad həsrətdi vəli sahibi dövran üzünə.

***

Dil açıb danışmaq istər,bizə qəm məlamətindən.
Niyə dil açıb danışmır,utanır xəcalətindən.


Xocalı bəlalı bir yer,Xocalı cəfalı bir yer.
Xocalı qəm adlı məskən,danışım vilayətindən.


Gözə qəm siyahisində,neçə ağır itki verdik.
O həmən ki gün bugündür,görünür cəmadətindən.


Ana bir uşaq itirsə,dolanar səmanı nalə.
Elə nalə eylər əlbət,düşə canda taqətindən.


Xoca adlı bir film var,o ki,tarixin danışdı.
Bu görüntü oldu ancaq,Xocalı əsarətindən.


Fuadın vətəndi dərdi,vətən ilə təndi dərdi.
Üzə qəm libası salmaq,bilinir  əlamətindən.

***

Sinəmə eşqin közün hər dəfə sıxdım gəlmədin.
Sən gələrsən mən həmən mənaya baxdım gəlmədin.


Gəl gözümdən intizar adlı kəlam əskik deyil,
Laləzarda sən gülün sehrinə çıxdım gəlmədin.


Aşiqin qəlbin edərsənmi gəlişin ilə şad
Meylimi sən tək gözəl memara taxdım gəlmədin.


Məndə Məcnun olmuşam divanəyəm sən yar üçün.
Qəlbdəki bütxanəni imanla yığdım gəlmədin.


Çox güvənc hissi ilə salmış sənə meylin Fuad,
Gəldi Əzrayil mənimdə bitdi vaxdım gəlmədin.

***

Hər kim eşqin məhzərindən keçdi mey nuş eylədi.
Tanrı əlbət ol kəsin əhvalını xoş eylədi.


Sənsiz hicran yanğısı yandırdı hərdəm sinəmi.
Hər nə ki,batində idi zahirə cuş eylədi.


Saxladım mən sirri qəlbimdə fərağın olsada.
Həsrətin döndü kamala qəlbi bihuş eylədi.


Hansı halda əl uzatdım verdi əl mən nokərə.
Çəkmədi əl,əllərin şövq ilə ağuş eylədi.


Sən Fuad at atdımı sevdalı dildardan ötür.
Çünki aşiq halını dildarı meyxoş eylədi.

***

Bu gün eşq ilə sənin ismini aldım qələmə,
Gün ola gözlərimin yaşı düşəydi hərəmə.


Elə aşiqi fədayam ki məhəbbətdi yolum,
Qoyaram başımı sən qoyduğun hər bir qədəmə.


Səni Allahdir edən şahi xorasan qürəba,
Vəli nokərdir edən təzimi sən möhtərəmə.


Çəkirəm həsrəti hər dəfə olum mehmanın,
Ürəyim dözməyir artiq bu qədər dərdə qəmə.


Fuad həsrət özü sevdalıların güşəsidir,
Sənidə dəvət edər görüşünə çox dərd eləmə.


Müəllif; Fuad Nəsimi

0 Rəy:

Yorum Gönder