Səhər açılırdı. Günəş yenə də adəti üzrə öz şəfəqlərini bu sınıq
pəncərələrdən içəri vururdu. Gecənin soyuğunu içəri ötürən sınıq
pəncərələr sübh çağı narin üfüqləri yerə səpələyirdi. Kimsə düzəltdirmirdi
bu şüşələri. Yayı qışa, qışı yaya satan fəsillər hələ də ard-arda
ötüb keçirdi. İçəridə yatan məsum körpələr öz röyalarından ayılmaq
bilmirdilər. Bəlkə də nə vaxtsa ayılacaqlar, lakin ayılmaq istəməyəcəklər.
Kaş elə hər şey yuxu kimi şirin olardı deyəcəklər.
Bura tərk edilmiş körpələrin tək sığınacağı idi. Bura yadları
birləşdirən doğma ocaq sayılır. Yaş həddindən asılı olmayaraq bura
az yaşından gətirilib buraxılan uşaqlar var idi ki, illərdir bu evdə
yaşayır, bir yerdə məskunlaşır, eyni tikəni yeyir, eyni sudan içir,
eyni yeməyi dadırlar. Kimsə onları yad etmir, bəlkə də az hallar
olardı ki bu uşaqlar gəzintiyə çıxsın, yeni bir şey kəşf etsinlər. Onlar
öz uşaqlıqlarından məhrum olmuş uşaqlar idi. Yenə də uşaqlar, doğma
bir qucağa ehtiyac duyan uşaqlar... (səh: 16-17)
Vüsalə Vətənxan qələmə aldığı «Ayaq səsi» hekayəsində bir ananın ayaq
səslərindən bəhs etmişdir. O, öz hekayəsində həmçinin ana səsi duymayan, ana
qayğısı görməyən kimsəsiz uşaqların fani ömründən çarəsiz talelərindən bəhs
etmişdir. İnanırıq ki, bu hekayə hər bir oxucunun qəlbində dərin bir iz
qoyacaq.
O səsin varlığı ilə oxunur laylalar, o səsin varlığı ilə isinir
evlər, o səsin varlığı ilə bəzənir süfrələr, yanır ocaqlar, döyülür qapılar,
dönür atalar, sevinir uşaqlar, gülümsəyir üzlər... O səsin varlığı ilə
qorunur uşaqlığın izləri...
Kim bilir o səsin yoxluğu neçə evin divarlarında asır öz əksini.
Kim bilir neçə evlər soyuq, neçə süfrələr bəzəksiz, neçə ocaqlar
sönük, neçə üzlər hüzünlü, neçə qəlblər boş, neçə-neçə silinmiş uşaqlıq
izləri qalır o səsin yoxluğu ilə. O səsin yoxluğu kim bilir neçə körpə
uşaqları toplayaraq yığır küçələrdən bir dam altına... Kim bilir?!
Düşünürəm ki, hər bir cəza və ya mükafat bizə zər aləmində ikən etdiyimiz
səhvlərimiz və ya tabeliyimiz ucbatından verilib. Biz ya böyük xəta
edib bu dünyaya köçmüşük, ya da cənnətə vasil olmağımız üçün kiçik bir
hüznü dadmağa gəlmişik dünyaya. Axı hamımız eyni məqsəd və səbəb üçün
gəlsəydik, fərqli zamanlarda, fərqli məkanlarda, fərqli rütbələrdə
fərqli yaşayış tərzi keçirmək deyil, eyni həyat sürər, eyni mükafatı
alar və ya eyni cəzanı çəkərdik...
Hər kəs bu dünyada yaşam üçün mübarizə aparır, kimisi şöhrət, kimisi
dövlət, kimisi şərəf və baş ucalıq üçün, kimisi yaxşılıq üçün, kimisi
pislik etmək üçün, kimisi halal yolla, kimisi harama əl atmaqla,
günaha girmək, haqqı qəsb etməklə, baş kəsməklə, cana qəsd etməklə,
müxtəlif pis və yaxşı mücadilələrlə yaşam sürür dünyada. Kimi itirir,
kimi qazanır, lakin qazandıqlarını da itirir. Qısa müddətli bir qazanc
üçün şərəfli bir ömürü tapdalayanlar da var. Acgözlülüklə nə əldə edilib?
Nə qədər yığsan da itirəcəksən! Sən sahib olduğun varlıq qədər zəngin
ola bilərsən, sahib olmadığın varlıq qədər isə yoxsulsan. Kainat qədər
yoxsulsan. Bir ovuc torpaq olacağın günü düşün. Dünən ağalıq edən şahların
tozu üstündə başqa bir şahların taxtı qurulub, sabah onlar da toz olub
gedəcəklər. Bəlkə də adları belə xatırlanmayacaq. Dünyada sürəcəyin
bu qısa ömrü fürsət bilərək özünü böyük bir mükafat üçün hazırla. Yaxşılıqla,
insanlıqla, toxtaqlıqla və təvazökar olmaqla. Demə ki kasıbçılıqdır,
demə ki mənim imkanım digərindən qat-qat azdır. Yaxşılıq etmək üçün
imkanının artacağı günü də gözləmə. Mütləq şəkildə yardım etmək üçün
milyoner olmaq labüd deyil... Hz Əli əleyhissalam son malına qədər
yardım etmiş, hətta namaz üstündə belə üzüyünü çıxarıb kasıba ehsan
etmişdi. Kimsə milyoner olub yardım edəcəm deyə vaxt itirməsin məncə,
onsuz da heç kəs çoxla doymur. Dünyanın sərvəti elə insanlar kimi gəlib
keçicidir. Vaxt itirmədən yaxşılıq et ki, köç etdiyində böyük bir
mükafatla qarşılaşasan. (səh: 3-5)
* Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı
bir əməl baş verərsə, onu (onun səvabını) ikiqat artırar və öz tərəfindən
də (bu əməlin sahibinə) böyük mükafat verər!
*Nisa, ayə 40
Payızın gəlişi ilə saralıb ağacdan qoparaq üzərinə düşmüş zərif
yarpaqları dəniz öz dalğaları ilə sürüb aparırdı. Çox uzağa aparırdı
və mən onları görə bilmirdim. Sahilin kənarında oturub hey suyun üzərindəki
saralmış yarpaqları izləyirdim. Suyun axını elə narin idi ki, səmirsiz
və xəfif sürətli. Yenicə ağacdan qopub düşən yarpaqların üç-beş dəqiqə
ərzində dənizin dalğalarında itdiyini görürdüm. Kiçik bir yarpaq
üçün sonsuzluğu sayan dəniz bu sürət ilə saralmış yarpaqları hara
aparırdı görən? Bəlkə məni də apara?... Mən də itib gedərdim kaş...
Lakin insan üçün həyat bitmək
bilmir. Quşların uçması, səmanın müxtəlif rənglərə boyanması,
küləyin əsməsi, günəşin istisi, suyun sərinliyi, ağacların gözəlliyi,
güllərin ətri, torpağın bənzərsiz qoxusu, bütün bunlar insan üçündür.
Mən isə bu gözəllikləri hiss etmirdim, suyun sakit-sakit dalğalanması,
onun həzin şırıltısı qulağımda bir fəryad səsi kimi idi. Qağayıların
su üzərində dalğalarla çarpışması, rəngi açıq bulanıq dənizin üzərində
görünən kiçik balıqların onlara yem olması. Havanın durduq yerə qaralması,
günəşin məndən xəbərsiz ötüb keçməsi, işığın çəkilməsi, ulduzların
gəlişi, içimdə xəyallara dalaraq yatmış birinin bu qürbət ilə oyanması.
Dənizin dalğaları ilə mən də çəkilib getmişdim sahildən. Axın ilə suyun ortasına doğru vidalaşan
yarpaqlara qoşulub getmişdim sanki. Buralarda günlərdir öz keçmişi
ilə gəlib oturan məndən heç bir əsər əlamət qalmamışdı. Ruhumun səssizliyə
boğulması ilə, məni dilsiz qoyması ilə çökmüşdüm elə bil. Varam, yoxam,
hiss etmirdim. Nə zaman qaraldı ki hava? Şəhərin işıqlarının suyun
üzərində parlaması ilə oyanmışdım. Saatlar elə tez keçir ki... Ayağa
qalxıb getməyim gəlmirdi. Axı hara gedəcəksən? İşığı sönmüş bir evəmi?
İzləri donmuş bir evəmi? Gözəlliyi itmiş, boş divarlaramı baxacam?
Sükuta dönmüşdü o ev. Bütün arzularımın tükəndiyi ev.(səh: 7-9)
Binə qəsəbəsi, Ümid Yeri – Uşaq evi /18.06.2017
Qumru adlı bir qızla təsadüfi qarşılaşdım...
Adın nədir?
– Qumru...
– Neçə yaşın var?
– Mənim yaşım yoxdu...
– Niyə yoxdur?
– Mən axı məktəbə getmirəm...
(təxminən yeddi yaşı olardı...)
– Niyə getmirsən? Bilmirsən yaşın neçədir?
– Yox, hələ məktəbə getmirəm axı... Məktəbə gedəndə olacaq yaşım...
– Səni kim gətirib buraya?
– Babam...
Binə qəsəbəsi, Ümid Yeri – Uşaq evi /18.06.2017
Qumru adlı bir qızla təsadüfi qarşılaşdım...
Adın nədir?
– Qumru...
– Neçə yaşın var?
– Mənim yaşım yoxdu...
– Niyə yoxdur?
– Mən axı məktəbə getmirəm...
(təxminən yeddi yaşı olardı...)
– Niyə getmirsən? Bilmirsən yaşın neçədir?
– Yox, hələ məktəbə getmirəm axı... Məktəbə gedəndə olacaq yaşım...
– Səni kim gətirib buraya?
– Babam...
(səh: 85)
- ŞEİR -
Mən həsrət evinin pəncərəsiyəm
Mən həsrət evinin pəncərəsiyəm.
İçim də, çölüm də həsrət doludur
Doğma taleləri ayıran evin,
Sağı da, solu da həsrət yoludur.
Yox, yox, zənn etməyin kənarı bağlı
Əlləri qandallı, sinəsi dağlı,
Bəlkə ehtiyacdan, ya pis amacdan,
Günahın atılmış məqbərəsi yox.
Zülmət sakinlərin sığındığı o
Bir məhbəs evinin pəncərəsi yox...
Günahsız, xətasız, qüsursuz olan,
Təkəbbür bilməyən, qürursuz olan,
Məsum körpələrin tənha ünvanı,
Sevgiyə bağlanan pəncərəsiyəm.
Bu məzlum körpələr nemətdir, əfsus
Atılmış neməti toplayan, yığan
Fələyin bəlkə də dəstgirəsiyəm.
Mən həsrət evinin pəncərəsiyəm.
Mən həsrət evinin pəncərəsiyəm.
Hər səhər göz-gözə gəlir gözlərim,
Körpə gözlərində itib batıram.
Mən niyə şüşəyəm, niyə qalmışam
Çərçivə içində sanki yatıram.
Gecə ay işığın ötürürəm mən,
Onlara bir ümid gətirirəm mən.
Yağışdan, soyuqdan qorumaq üçün,
Buzu sinəm üstə götürürəm mən.
Elə bil bu evin sakinlərinin
Gözləri yoldadır, gələni varmı?
İçində lal olan cümlələrini
Anlayanı varmı, biləni varmı?
O körpə baxışlar baxır nə vaxtdan,
Taleydən xəbərsiz, bəxtdən xəbərsiz.
Burda göz yaşları axır nə vaxtdan,
Axır yanaqlardan sakit, xətərsiz.
Mən həsrət evinin pəncərəsiyəm.
Burda uşaq var ki, laldı, danışmır,
Taleyin üzünə gülmür, barışmır,
Kimsənin işinə dinmir, qarışmır.
Elə küsgün baxır içimdən çölə.
Yandırır sinəmin başını mənim,
Onun gözlərindən axan bir gilə.
Onu atanlar heç yanmır, alışmır.
Görəsən bu uşaq niyə danışmır?
Dərdini deməyə dili də gəlmir,
Onu göstərməyə əli də gəlmir.
Kiçik barmaqları toxunur mənə,
Elə bil xəyalən yazılar yazır,
Şüşəmin üstünə nələrsə cızır.
O sağkən ruhuna məzarmı qazır?
Duyuram...
Duyuram xəyali cümlələrini,
Elə bil ah edib, fəryad edir ki.
Məni atanlarım hardadır deyir,
Bəlkə özləri də atılmışdılar?
Bəlkə bu dünyaya satılmışdılar?
Bəlkə də özləri dardadır... deyir.
Bu körpə uşağı suallar boğur,
Mənim də içimdən suallar doğur.
Mən ki pəncərəyəm,
Danışa bilmirəm, dinə bilmirəm,
Onun sözlərində donub qalmışam,
Soyuq xəyalındayam... isinə bilmirəm...
İsinib açılsa dilim, deyərdim
Bir tikə çörəyə satıblar səni,
Bir qab yemək nədir qıymayıb sənə,
Yetimlər evinə atıblar səni…
Bilirəm qırılar bu sözlərimdən,
Qanadı qırılan qumrular kimi.
Sınar içindəki həyat sevgisi,
Dağılar gələcək ümidləri də.
Bir tərəfi uçmuş barular kimi.
Mən həsrət evinin pəncərəsiyəm.
Burda körpələrin nakam bəxti tək
Bir yanım çat vurub, sınıb, tökülüb.
Burda yarım qalmış sevinclər ki var,
Bir ürək içində yurdu sökülüb.
İçim də, çölüm də həsrət doludur
Doğma taleləri ayıran evin,
Sağı da, solu da həsrət yoludur.
Yox, yox, zənn etməyin kənarı bağlı
Əlləri qandallı, sinəsi dağlı,
Bəlkə ehtiyacdan, ya pis amacdan,
Günahın atılmış məqbərəsi yox.
Zülmət sakinlərin sığındığı o
Bir məhbəs evinin pəncərəsi yox...
Günahsız, xətasız, qüsursuz olan,
Təkəbbür bilməyən, qürursuz olan,
Məsum körpələrin tənha ünvanı,
Sevgiyə bağlanan pəncərəsiyəm.
Bu məzlum körpələr nemətdir, əfsus
Atılmış neməti toplayan, yığan
Fələyin bəlkə də dəstgirəsiyəm.
Mən həsrət evinin pəncərəsiyəm.
Mən həsrət evinin pəncərəsiyəm.
Hər səhər göz-gözə gəlir gözlərim,
Körpə gözlərində itib batıram.
Mən niyə şüşəyəm, niyə qalmışam
Çərçivə içində sanki yatıram.
Gecə ay işığın ötürürəm mən,
Onlara bir ümid gətirirəm mən.
Yağışdan, soyuqdan qorumaq üçün,
Buzu sinəm üstə götürürəm mən.
Elə bil bu evin sakinlərinin
Gözləri yoldadır, gələni varmı?
İçində lal olan cümlələrini
Anlayanı varmı, biləni varmı?
O körpə baxışlar baxır nə vaxtdan,
Taleydən xəbərsiz, bəxtdən xəbərsiz.
Burda göz yaşları axır nə vaxtdan,
Axır yanaqlardan sakit, xətərsiz.
Mən həsrət evinin pəncərəsiyəm.
Burda uşaq var ki, laldı, danışmır,
Taleyin üzünə gülmür, barışmır,
Kimsənin işinə dinmir, qarışmır.
Elə küsgün baxır içimdən çölə.
Yandırır sinəmin başını mənim,
Onun gözlərindən axan bir gilə.
Onu atanlar heç yanmır, alışmır.
Görəsən bu uşaq niyə danışmır?
Dərdini deməyə dili də gəlmir,
Onu göstərməyə əli də gəlmir.
Kiçik barmaqları toxunur mənə,
Elə bil xəyalən yazılar yazır,
Şüşəmin üstünə nələrsə cızır.
O sağkən ruhuna məzarmı qazır?
Duyuram...
Duyuram xəyali cümlələrini,
Elə bil ah edib, fəryad edir ki.
Məni atanlarım hardadır deyir,
Bəlkə özləri də atılmışdılar?
Bəlkə bu dünyaya satılmışdılar?
Bəlkə də özləri dardadır... deyir.
Bu körpə uşağı suallar boğur,
Mənim də içimdən suallar doğur.
Mən ki pəncərəyəm,
Danışa bilmirəm, dinə bilmirəm,
Onun sözlərində donub qalmışam,
Soyuq xəyalındayam... isinə bilmirəm...
İsinib açılsa dilim, deyərdim
Bir tikə çörəyə satıblar səni,
Bir qab yemək nədir qıymayıb sənə,
Yetimlər evinə atıblar səni…
Bilirəm qırılar bu sözlərimdən,
Qanadı qırılan qumrular kimi.
Sınar içindəki həyat sevgisi,
Dağılar gələcək ümidləri də.
Bir tərəfi uçmuş barular kimi.
Mən həsrət evinin pəncərəsiyəm.
Burda körpələrin nakam bəxti tək
Bir yanım çat vurub, sınıb, tökülüb.
Burda yarım qalmış sevinclər ki var,
Bir ürək içində yurdu sökülüb.
13.04.2016
(səh: 81-82)
Müəllif; Vüsalə VƏTƏNXAN! - ("AYAQ SƏSİ" hekayəsindən...)
https://www.youtube.com/watch?v=QEaFDOs-OAQ
https://www.youtube.com/watch?v=7Y7XuVIJyCk&t=132s
Qeyd edək ki, Vüsalə VƏTƏNXANın kitabları 2017-ci ildə dərc edildikdən sonra xeyriyyə məqsədi ilə satışa çıxarılmış, əldə edilən vəsaitlə uşaqlar evinə ziyarət edilib, onların problemlərinə sərf edilmişdir. Xeyriyyə məqsədi ilə yenidən çap edilməsi nəzərdə tutulmuşdur. bunun üçün yardım etmək istəyən şəxslər "Vəhdət Yardım Fondumuz" və digər əlaqə vasitələrimizə müraciət edə bilərlər.
https://www.youtube.com/watch?v=RJr2tLfpXqM
https://www.youtube.com/watch?v=eBRxQ8sI18Y
https://www.youtube.com/watch?v=7Y7XuVIJyCk&t=132s
Qeyd edək ki, Vüsalə VƏTƏNXANın kitabları 2017-ci ildə dərc edildikdən sonra xeyriyyə məqsədi ilə satışa çıxarılmış, əldə edilən vəsaitlə uşaqlar evinə ziyarət edilib, onların problemlərinə sərf edilmişdir. Xeyriyyə məqsədi ilə yenidən çap edilməsi nəzərdə tutulmuşdur. bunun üçün yardım etmək istəyən şəxslər "Vəhdət Yardım Fondumuz" və digər əlaqə vasitələrimizə müraciət edə bilərlər.
https://www.youtube.com/watch?v=RJr2tLfpXqM
https://www.youtube.com/watch?v=eBRxQ8sI18Y








0 Rəy:
Yorum Gönder