Bildiyiniz kimi "antropogenetika" insan genetikasını öyrənən elm sahəsinə deyilir.
İnsan digər orqanizmlər kimi cinsi yollaçoxalır, dominant və resessiv əlamətlərə malikdir, irsiyyət qanunauyğunluqları insana da xasdır.
Canlı varlıqlardan dik duruşa, nisbətən
inkişaf etmiş bir beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə
etmə) qabiliyyətinə malik - insan - homosapiens adlanır. Bu qabiliyyətləri
dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş avadanlıqlar
istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası
kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı
"insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. İstər Çarlz Darvin,
istərsə də əmisi oğlu F. Qalton, istərsə də J. Lamarkın təkamül nəzəriyyəsinə fərqli
və bənzər baxışları bu günümüzədək gəlib çıxmışdır. İndi isə müasir gənclərimizin
təkamülə baxışına yol alaq.
İnsan meymundan təkamül edib, ya yox? Bu sual təkamülü qəbul etməyənlər tərəfindən, hətta bəzi hallarda qəbul edənlər tərəfindən yanlış anlaşılır. Səbəbi isə yazıda da qeyd edəcəyim kimi, lüğətimizdə olan problemdən və məlumatsızlıqdan qaynaqlanır.
Bəli, insan meymundan təkamül edib. Amma necə? Axı indiki meymunlar necə təkamül etməyib? Burada əsas olan məsələ, insanın da meymunlar dəstəsinə (daha doğrusu infradəstəsinə) aid olmasıdır. Yenə sual ortaya çıxır. Axı meymun, meymundan necə təkamül edə bilər? Buna yazıda aydınlıq gətirəcəyimi ümid edirəm.
Öncə aid olduğumuz dəstə, yəni primatlar haqqında yazım. Primatlar taksonomik cədvəldə dəstədir. Meymunları da (simians) özündə cəm edən dəstə. Yəni, insan primatdır. Diqqət edilməsi lazım olan hissə isə hər primat, meymun (insan da daxil) deyil. Amma hər meymun primatdır. Biz isə Primat dəstəsindən köhnə dünya meymunlarıyıq (Catarrhini). İndi isə şimpanzeyə meymun deməyimizə və insanı o kateqoriyadan ayırmağımıza gələk. Haqlı şəkildə sual verilə bilər ki, "insan meymundan əmələ gəlibsə, bəs niyə bir meymun olan şimpanze, insan olmayıb?". Ortaq atanı paylaşırlar cavab veririk adətən. Axı taksonomik cədvələ baxdıqda, Homonidlərə (hominidlər də böyük insana bənzər meymunlardır) qədər eyni gəlirik. İkisinin də meymunlara aid olduğunu görürük. Daha aydın yazsam, Simianların, Pan və ya Homo cinsi var olmadan öncə də mövcud olduğunu görürük. Hansı ki, həm Pan, həm də Homo cinsi Simianlara (meymunlara) aiddir. Hazırda haqqında danışdığımız meymunlar özlərindən əvvəlki meymunlardan təkamül ediblər. İzah edim. Göründüyü kimi, Taksonomik cədvəldə Simiiformes, yəni meymunlar infrasinfi mövcuddur. Catarrhini (köhnə dünya meymunları) isə Simiiformes'dən təkamül edib. Yəni, "meymun meymundan necə təkamül edə bilər" sualı sadəcə bizim lüğətdəki problemdən qaynaqlanır. Yəni, meymun, meymundan yaranmayıb. Catarrhini, Simiformes'dən yaranıb. Ümid edirəm ki, yazım aydın oldu. Biz hər iki halda meymun deyirik. Amma ingiliscəyə baxsaq, meymun, adi dildə "monkey", elmi dildə isə "simian" gedir. Biz quyruqsuz meymunlar və ya insanabənzərlər üst fəsiləsinə aidik. Yenə də kobud səslənir. Halbu ki, elmi dildə "Hominoidea", normal ingilis dilində isə "Ape" olaraq əvəz olunur. Yəni, quyruqsuz meymunlar (insanabənzər meymunlar), köhnə dünya meymunlarından təkamül edib və ya Hominoidae, Catarrhini'dən təkamül edib. Göründüyü kimi əsas problem lüğətdədir.
"Homo Sapiens Sapiens" altnövünün taksonomik cədvəlini yazsam dediklərim daha aydın başa düşüləcək.
Aləm: Heyvanlar
Yarımaləm: Eumetazoylar
Bölmə: İkitərəflisimmetriyalılar
Yarımbölmə: Sonağızlılar
Tip: Xordalılar
Yarımtip: Onurğalılar
İnfratip: Ağızçənəlilər
Sinifüstü: Dördayaqlılar
Sinif: Məməlilər
Yarımsinif: Vəhşi heyvanlar
İnfrasinif: Plasentalılar
Dəstə: Primatlar
Alt dəstə: Haplorrphini (Quru burunlular)
İnfradəstə: Simiiformes
Parvorder: Catarrhini (Köhnə dünya meymunları)
Üst fəsilə: Hominoidea (İnsanabənzərlər və ya quyruqsuz meymunlar)
Fəsilə: Hominidlər (Böyük insanabənzərlər)
Alt fəsilə: Homininae
Oymaq: Hominini
Alt oymaq: Hominina
Cins: Homo (İnsan)
Növ: Homo sapiens (Fərqində olan insan)
Alt növ: Homo sapiens sapiens (Fərqindəliyinin fərqində olan insan)
(Tam cədvəli əmələ gətirmək üçün müxtəlif cədvəllərdən istifadə etmişəm. Ona görə də bəzi adların bizim dildə heç bir yerdə tərcüməsini tapa bilmədiyim üçün original olaraq qeyd etmişəm)
Yəni, cədvəldən göründüyü kimi hər alt təbəqədə olan canlı, həm də üst təbəqədə olanların hamısıdır. Yəni, Homo (insan), həm Simiiformes (meymun), həm Primat, həm Plasentalı, həm Məməli, həm xordalı, həm də Heyvanlara aiddir. Amma hər üst təbəqədə olan, alt təbəqədə olmur. Məsələn, plasentası olan bütün canlıların (infrasinif) məməli (sinif) olduğunu bilirik. Amma məməlilərin yumurta qoyanları da var. Yəni, hər məməli plasentalı deyil. Bilirəm, biraz yuxarıda yazdığım "heyvanlara aiddir" cümləsi biraz kobud səslənir, amma bitkilərə, bakteriyala və ya göbələklərə aid deyilik hər halda. Kobud qəbul edən və bioloji olaraq başqa alternativi olan varsa, buyursun.
Bir sözlə insan da, şimpanze də, oranqutan da simiiformes'dir. Yəni, indiki meymunlar niyə insan olmayıb demək absurd sualdır, çünki, insan özü də meymundur. İkincisi isə indiki meymunlar da insan kimi özlərindən əvvəlkilərdən təkamül edərək bu vəziyyətə gəlmişdir. İnsan, indiki meymunlardan təkamül etməyib.
(C) İlkin Rzayev
___________________________________________________
Bildiyiniz kimi şəxsiyyət vəsiqələrində (Qan qrupu) yazılan yerdə (RH)-ı görürük, yəni ki məsələn: B(|||)RH+......(Rh) hamımız yəqin ki bilirik ki, rezus faktorudur.
1940-cı ildə ilk dəfə 72 yaşlı Karl Landşteyner "Əntər" meymunun (Macaca rhesus) qanında rezus faktorunun olduğunu aşkar etdi. O, bu kəşfini Əntər meymunun adı ilə Rezus amili (Rh) adlandırdı: bu da o deməkdir ki, Əntər (Macaca) meymunun qanı ilə qanımız demək olar ki eynidir.
Sonradan məlum olub ki, insanların 85%-nin qırmızı qan hüceyrələrində rezus amili (Rh) faktoru var, 15% insanda isə bu amil yoxdur.
Bu günə kimi insanın meymundan təkamül olunduğuna dair bir çox sayıda bioloji sübutlar tapılıb: bu sübutlar müsəlmanlar və digər din adamları tərəfindən rədd edilsə də, (Kopçik sümüyü, yəni ki, bildiyimiz quyruq sümüyü, meymunla insanda var olan ağıl dişi, hansı ki, o diş meymunların çənəsi çox böyük olduğu üçün, meymunlarda fəsad törətmir və əl-ələxsus şimpanzeylə insanın qan təhlilləri və Əntər meymunuyla insanda rezus faktorunun olması və hətta insanın bədənində məskən salmış milyonlarla, trilyonlarla bakteriyalar, hansı ki, insan doğulandan bəri üzərində olur o bakteriyalar: və əl-ələxsus meymunla insanın duyğu və şəhvət hisslərinin bənzərliyi, meymunun ərkəklərində qocalıq baş verəndə saçının tökülməsi, meymunların bir çox növlərində insansayağı hərəkəti və idrakının olması, yəni ki, bu dediyim bioloji sübutlar və ən xırda belə olsa əyani faktorlar olduğu üçün, o boyda din adamlarının irəli sürdüyü mənbələrə rəğmən bu faktorlar elmi içtimaiyyətdə süphə doğurmur.
Təkamül nəzəriyyəsi biologiyanın təməlidir. Bununla yanaşı tibb elmləri: antropologiya, arxeologiya, anatomiya, astrobiologiya, bakteriologiya, biocoğrafiya, biofizika, biokimya, genetika, mikrobiologiya, molekulyar biologiya, nevrobiologiya, paleontologiya, parazitologiya, entomologiya, ekologiya, biotexnologiya və sair kimi onlarca elm sahəsi tərəfindən dəstəklənir. Bu boyda elmi sahələr dəstəklədiyi halda müsəlmanların istehza şəklində (ƏCDADINIZ MEYMUNDUR) deməsi, müselmanların ne qeder faydasız düsünceye sahib olduğunu gösterir.
(C) Dr. Elçin Mirzəyev








0 Rəy:
Yorum Gönder