6.23.2020

Günay Məmmədlinin rəsm yaradıcılığı


Bildiyiniz kimi təsviri-incəsənətin ən qədim növlərindən biri də rəssamlıqdır. Günümüzə qədər gəlib çıxan bu incəsənət bir çox ölkələrdə, eləcə də vətənimizdə öz əksini tapmaqdadır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Rəssamlıq ruhun lal, yəni səssiz danışığıdır. İstər dekorativ, monumental, teatr-dekorativliyi, miniatür, istərsə də dəzgah üzərində olsun. Rəssamlığın ən geniş yayılmış forması dəzgah üzərindədir. Əsasən də yağlı boya ilə canlandırılmış əsərlər.

Müasir dövrün gənc yaradıcıları ilə maraqlanarkən VİG TV olaraq Günay Məmmədli haqqında yayımlamaq istədik. Günayın əl işlərini bəyəndik və sizlərin də bəyənəcəyinə ümid edirik.

Məmmədli Günay İsmayıl qızı – 21 fevral 1997-ci il Bərdə şəhərində anadan olmuşdur.
2003-cü ildə Mingəçevir şəhər 10 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 7-ci sinifini bitirmişdir. 2007-ci ildə Bərdə şəhər 1 saylı Uşaq İncəsənət məktəbində oxumuş və 2011-ci ildə bitirmişdir. 2009-cu ildə Bərdə şəhər R. M. Musayev adına günüuzadılmış ümümtehsil tam orta məktəbində təhsilini davam etdirmiş və 2012-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2014-cu ildə Ağdam rayon Sosial İqtisadi Kollecinin təsviri incəsənət fakültəsinə qəbul olmuş, 2017-ci ildə həmən kolleci bitirmişdir. 2019 -ci ildə təhsilini artırmaq üçün ADRA-ya qəbul olmuş, hal-hazırda təhsilini davam etdirir.
Orta məktəbdə təhsil aldığı kollecdə təhsil aldığı zaman rayon daxili və Respubilka daxili Beynəlxalq sərgilərdə iştirakıma görə diplomlar almışdır.
1. Yeni Azərbaycan Partiyasının yaramasının 17-ci il dönümüə görə sərgidə 3 yer.
2. LİDİCE 2011-ci ildə beynəlxalq rəssamlıq müsabiqəsində iştirakına görə İncəsənət və Musiqi məktəbinə qızıl medal qazandırmışdır.
3. Silahlı qüvvələr gününə həsr edilmiş sərgidə fəxri diplomla təltif edilmişdir.
4. “Şimal Kipir türk Respubilkası Azərbaycan uşaqlarının gözü ilə” sərgisində və bir çox sərgilərdə iştirakına görə diplomlara, fəxri fərmanlara layiq görülmüşdür.
2019-cu ildə Rəssamlar İtiffaqına üzvlüyə dəvət edilmişdir. Həmin ili AZərbaycan Respubilkasının AQUP üzrə DK sədri Hicran Hüseyinova tərəfindən Muğam mərkəzində fərdi sərgisi keçirilmişdir. Sərgidə dövlət adamları iştirak etmişdir. 3-cü qrup eşitmə əngəllidir. Eşitmə aparatından istifadə edir.
Qeyd edək ki, Günay Məmmədli Vətənin İstedadlı Gəncləri İctimai Birliyinin fəxri üzvüdür.
Çəkdiyi rəsm əsərlərini sizlərlə paylaşırıq.
x






























1 Rəy: