YALNIŞ
BİLİNƏN "ARAKEÇİD DÖVRÜ".
Təkamül nədir?
Təkamül mənim fikrimcə yaradılışın daim inkişafda (sonsuz tərəqqidə, genişlənmədə
və dinamikada) olduğu elm tərəfindən isbat edilmiş bir nəzəriyyədir.
Darvin öz nəzəriyyəsini 4 təbiət prinsipi əsasında
qurmuşdur, nəzərimcə burada bəhs edəcəyim bizə yalnış təlqin edilən
"arakeçiddövrü" əslində Darvinin açıqlamağa çalışdığı
"Varislik" qanununa əsaslanır. İlk öncə başlıqları verim.
İnsanı
müstəqil xilqət kimi danan Darvin nəzəriyyəsi - təkamül fəlsəfəsi nədir? Gəlin
bu qavramdan bəhs edək.
Qədim dövürlərdə filosoflar bu əqidədə
olmuşlar ki, üç növ varlıq, yəni minerallar, bitkilər və heyvanlar bir-birinə
qarışmış və minerallar bitkilərdən, bitkilər də heyvanlardan öncə yaranmışdır.
Və bu silsilə elə nizamlanıb ki, mineralların sonuncu qatı, məsələn, mərcanlar
bitkilərin ilkin növü ilə çox oxşar və yaxındırlar. Eləcə də bitkilərin sonuncu
növü, məsələn, süngər dəniz heyvanlarının ilk növü ilə oxşardır və həmçinin
sonuncu heyvan nəsli, məsələn, meymun ilkin insanlarla yaxınlıq və oxşarlığa
malikdir.
Sonralar bu fəlsəfi baxış başqa əski fəlsəfi
dünyagörüşlərlə birgə qərb dünyasına da yol tapır və qərbin təbiət alimlərindən
Çarliz Darvin bundan xəbər tutduqdan sonra deyir "Varlıqların hər növünün
və ya hər yüksək qatının aşağı növ və ya qatdan ayrılmış bir varlıq olması
mümkündür." Yəni, bitki mineraldan və ya heyvan bitkidən yaranmış ola bilər...
Eyni qayda ilə heyvanlar silsiləsi də öz inkişaf mərhələsində elə yüksəliş nöqtəsinə
çatmışdır ki, onların nəslindən insanabənzər meymunlar törəmiş və onlardan da
insan yaranmışdır...
Nəzərə almaq lazımdır ki, "təkamül"
baxışı Darvinin kəşfi deyildir. Ondan öncələr də bir çox alimlər bu fikirdə
olmuşlar. Sadəcə və lakin Darvin bu baxış və fikirləri toplayıb nizama
saldığından təkamül nəzəriyyəsi onun adı ilə bir ərsəyə gətirilir. Necə ki bir
həkim hansısa bir xəstəliyi öz elm və bilik gücü əsasında tapıb onu təhlil
edirsə, nəzərimcə bu qavram da eyniylədir...
Darvin də öz baxışlarını 4 təbiət prinsipi əsasında
qurmuşdur.
1. Əbədilik
üçün mübarizə qanunu.
Bu o deməkdir
ki, yer kürəsindəki varlıqların hamısı öz həyatlarının davamı və qorunması üçün
daima bir-birlərilə mübarizədə və çarpışmadadırlar. Belə ki bu səy və təlaş
başqalarının həlakı ilə nəticələnir.
2. Təbii
seçilmə qanunu.
Bu qanun
xülasəsi belədir ki, canlı varlıqlar bir-birilə daimi mübarizə və çarpışma nəticəsi
"seçilmə xəlbirindən" keçirlər. Yaşamaq üçün daha layiqli olanlar
qalırlar, təbiət güclüləri qoruyub saxlayır, zəiflər isə yaşam sırasından
çıxırlar, bu seçilmə nəticəsində təkamül və inkişaf ortaya çıxır.
3.
Uyğunlaşma qanunu.(Və ya adaptasiya dövrü)
Qanunun
mahiyyəti bundan ibarətdir ki, yemək növləri və onları ələ gətirmək
yolları müxtəlif canlılar arasındakı
ixtilafların üzə çıxması üçün əsas amillərdən biridir. Məsələn, ətyeyən və
yırtıcı heyvanlardan olan aslanın iti dişləri və güclü pəncəsi olduğundan o istər
istəməz bu üzvləri ilə öz ovunu parçalayıb dağıtmalıdır. Əgər aslan min illərlə
ardı-arası kəsilmədən ov ovlamaq, heyvan parçalamaq imkanından məhrum bir
mühitdə yaşamalı olsa və əlacsız qalıb bitki yeməli olsa mümkündür ki, onun iti
dişə və nəhəng pəncəyə ehtiyacı olmasın və həmin müddət ərzində üzvlər işdən
düşmüş və zəifləmiş, kiçilmiş olsun və mühitə uyğun formalaşsın, və yeni yeminə
lazımlı olan yeni üzvləri meydana çıxsın və beləliklə tədricən təkamülün
inqilabı baş versin...
4.
Varislik qanunu.
Darvin nəzəriyyəsində
varislik qanununun mahiyyəti bundan ibarətdir ki, həyatdakı ziddiyyətlər nəticəsində
heyvanların orqanizmində tədricən əmələ gələn dəyişikliklər varislik yolu ilə
övladlarına keçir və dəyişikliklər eyniylə davam edir.
BƏS
BİLDİYİMİZ "ARAKEÇİD DÖVRÜ" NƏDİR?
Zənnimcə
Darvin nəzəriyyəsində bu qanunlar arasında arakeçid dövrü yoxdur. Dediyimiz bu
dövr yalnız bu qanunların fərdi başvermə prosesində cərəyan edir. Yəni ki, məsələn,
bir canlının bildiyimiz "arakeçid dövrü" vasitəsi ilə uyğunlaşma
qanununu atlayaraq varislik qanununa keçməsi deyil, əksinə bu qanunlarda fərdi
qalaraq daim inkişafda olması, yəni hər 4 qanunların yalnız öz arasında bir
keçid mərhələsi olduğu qənaətindəyəm. Əgər bildiyimiz arakeçid dövrü bu 4
qanunları birləşdirəcək rol oynayacaqdısa onda Darvin niyə təbiətin bir-birinə
zidd bu 4 prinsimlərini ayırıb ortaya qoyurdu?? Mütləq ki bizə təlqin edilmiş
bu anlayış gərçək anlayışdan fərqlidir.
Başqa təbirlə
desəm, zənnimcə "arakeçid dövrü" sadəcə yaradılışın nizamında keçici
dəyişiklik oynayan bir mərhələdir. Necə ki, dəniz öz dalğalarını sahilə
vurduqdan sonra geri qayıdır və təkrar sahilə dalğalarını vurur və yenə geri
qayıdır. Məhs bu qavram da eyniylədir.
Bəhsində
olduğum bu mövzudan yola çıxaraq, Darvinin təkamül haqqında dediyi fikrini təkrarlamaq
və bu qavramı açıqlamaq istəyirəm. Gəlin bir də nəzər yetirək,
"Varlıqların hər növünün və ya hər yüksək
qatının aşağı növ və ya qatdan ayrılmış bir varlıq olması mümkündür."
Çarliz Darvin.
Mümkündür
ki, bir insan tüklü dünyaya gəlsin və görünüşcə meymuna bənzəsin, lakin
sonralar yenə övladları tüksüz doğulsun və öz yaradılış nizamına qayıtsın və
davam etsin. Yəni ki, insan insandır, meymun isə meymun... İnsan heç bir zaman
heyvanların həyat və yaşamına uyğunlaşa, adaptasiya ola bilməz. Çünki, insan
daim inkişafa, dinamikaya, yaratma qüvvəsinə, fiziki patensiala malikdir. Necə
ki, Quran deyir "biz insana ağıl verməklə onu bəşərdən fərqləndirdik."
Müəllif; Vüsalə VƏTƏNXAN
Mənbə; fitret.az
Müəllif; Vüsalə VƏTƏNXAN
Mənbə; fitret.az







0 Rəy:
Yorum Gönder