Bir gülün aşiqiyəm,baği-baharımdı mənim,
Nəfəsimdir nəfəsi,varlığı, varımdı mənim.
Qoydu sevdası fərağıyla vücudimdə əsər,
Hicri, köksümdə olan, gizli qubarımdı mənim.
Ta, yıxannan məni sevdası,dağılmış əqlim,
Yandı hicriylə könül,dərdim-azarımdı mənim.
Yarıma yox bu cəmalü bu cəlal ilə əvəz,
Gəzmə həmta ona, bimisl əyarımdı mənim.
Yetməsin vəslə! Vətəndən üzü dönmüş nadan,
O münafiqlərə məxsusi şüarımdı mənim.
Xəlq edən,Azərbaycanda qılıb məskənimi,
İsti ağuşi evim, köksü, məzarımdı mənim.
Ey Səfai, edəməm tərk o ziba gözəli,
O nigarımdı, nigarımdı, nigarımdı mənim.
Müəllif; Zamiq Səfai






0 Rəy:
Yorum Gönder