CƏNNƏTİN ŞƏHİD ƏTRİ
Vətənin bir qarış torpağı vətəndaşlar üçün dünyanın
bütün cah-cəlalından üstündür. Bunu tarix boyu vətənin bir qarış torpağı üçün
canından keçən qəhrəmanlar bizə sübut ediblər. O qəhrəmanlar ki, yumruq boyda
ürəyə cahan boyda vətən sevgisi sığdırıblar. O sevgi Allah sevgisinə bənzəyir.Allahını,
vətənini sevən, bu sevgi uğrunda canını fəda edən qəhrəmanların mükafatı ən uca
məqam olan şəhadət zirvəsidir.Hər kəs bu məqama ucala bilmir. Çünki hər kəs bu
müqəddəs sevgini daşıya biləcək qəlbə sahib olmur. 4 il öncə şəhadət zirvəsinə
ucalanların sayı yaman çox oldu. Cənnəti şəhidlərin ətri bürüdü. Vətəni qan
qoxusu bürüyən kimi. Vətən torpağı yaz vaxtı çiçəklənən laləzara büründü. Ancaq
bu dəfə lalələr deyil şəhid qanı torpağı al rəngə boyadı. Üç rəngli bayrağın al
qırmızı rəngi şəhid qanını, üstündəki ay, ulduz isə şəhidlərin nurunu andırdı.
Azadlıq müjdəsini yetirmək üçün neçə-neçə mərd oğullar şəhid olmağa tələsdilər.Həmin
o Dörd günlük müharibə zamanı qəhrəmanlar vətənin üzərindən qismən də olsa qara
buludları çəkməyi bacardılar. Onların ən böyük arzusu şəhid ruhlarının azad vətən
səmasında qanad çalması idi. O qəhrəmanlar bunu bacardılar. İllərdən sonra
azadlıq müjdəsi hər kəsi sevinc göz yaşlarına boğdu. "Cocuq Mərcanlı azad
olundu", "Lələ Təpəni işğaldan azad etdik", "Seysulanı düşmən
əsarətindən qurtardıq", "Artıq Talış kənddəyik", "Madaqiz və
Qazaxlar kəndindəki yolları nəzarətə götürdük" deyə xəbərlər aldıq. Xalq
olaraq azadlığın sevincini yaşadıq. Ancaq bu sevinclə bərabər qəlbimiz
sızım-sızım sızladı. Biz bu qələbənin neçə qəhrəmanın canı bahasına əldə
edildiyini bilirdik. Azərbaycanın dörd bir tərəfinə yayılan şəhid xəbərləri ürəyimizə
dağ çəkdi. Bir gözümüz qələbə sevincinə, bir gözümüz şəhid xəbərlərinə ağladı.
Beləcə tarixdə qəhrəmanlıqdan bəhs edən bir dastan yazıldı. O dastanın vərəqləri
vətən torpağı, mürəkkəbi isə şəhid qanı oldu.
Müəllif; MANYA
SƏXAVƏTQIZI






Dəyəriniz üçün təşəkkür edirəm Vüsalə xanım.
YanıtlaSilAllahım sənin kimi dəyərli Şəhidlərimizi yaşadan bacı qardaşlara uzun ömür nəsib etsin siz var olun ki Şəhidlərimiz sizin qələminizlə yaşasın dünya tanısın onların igidliyini qəhramanlığını🙏
YanıtlaSil