4.09.2020

QƏZƏL - Sabit Qasım





















*****Qəzəl*******


Görə bilsəydik əgər, daxili nöqsanımızı,
Dərdimiz məcbur edərdi, verə dərmanımızı.

Edirik ahu-fəğan hər yaşanan zillət üçün,
Sevirik agah edək hər kəsə, pünhanımızı.

Şeytanın fe'linə uyduq, avam olduq bir əsir,
Vermiş idik (Ivana) cənğ edə, meydanımızı.

Ayrı düşdük o gözəl hüsnünə dildarımızın,
Öpmürük gör nə zamandır, ləbi-cananımızı.

Yetər artiq bu qeder etdiyimiz, cövri-cəfa,
Yoxsa bu şahu-gədalər, içəcək qanımızı.

Sabita, birlik olaq, düşməni birlikdə əzək,
Verməyək kimsəyə gəlsin bizə, ünvanımızı.

Müəllif: Sabit Qasım

0 Rəy:

Yorum Gönder